134
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
formalaşmasına mühüm təsirini göstərir, bərabərlik, insan
hüquqları və azadlıqları, azad rəqabət və xüsusi mülkiyyət
hüququ ideyaları ictimai inkişafın əsasını təşkil edirdi.
Bununla yanaşı, S.Hantinqtonun qeyd etdiyi kimi, XIX
əsrin sonu – XX əsrin əvvəlində demokratik inkişafa pro-
testantlıq kömək etmişdi, çünki 1900-cü il üçün demokratik
təsisatların yarandığı ölkələrin üçdə ikisi dini tərkibinə görə
protestant ölkələri idi. Eyni zamanda, kommunikasiyaların
intensiv inkişafı, maliyyə vəsaitlərinin köçürmə sahəsinin
genişlənməsi, nəqliyyat vasitələrinin sürətli inkişafı və təh-
silin tədricən beynəlmiləlləşməsi bir-biri ilə möhkəm qarşı-
lıqlı asılılıq telləri ilə bağlı olan qərb cəmiyyətlərinin labüd
surətdə demokratikləşməsinə doğru aparırdı.
XIX əsrin axırı, xüsusilə də XX əsrin əvvəlində dünyanın
əksər ölkələrində ictimai həyat getdikcə özünü daha aydın
büruzə verən qlobal xarakter alırdı. Bu və ya digər dövlət-
lərin əhalisi üçün səciyyəvi olan, adət edilmiş həyat tərzinə
başqa cəmiyyətlərdə yaranmış beynəlmiləl elementlər, maddi
və mədəni dəyərlər labüd surətdə daxil olurdu. Milli təsər-
rüfatların və siyasi sistemlərin daxilində xarici təmsiçilərin
və təsisatların iştirakı genişlənirdi. İntellektual elita və hakim
sinif get-gedə daha kosmopolit olurdu, geniş insan kütlələri
isə dünya sivilizasiyasının təsirini öz üzərində hiss edirdi.
XIX əsrin sonu – XX əsrin əvvəllərindəki demokratik trans-
formasiyaların səbəb-nəticə əlaqəsi iqtisadiyyatın və qitələr
arasında kommunikasiya əlaqələrinin inkişafı ilə bağlı idi. Sa-
bit iqtisadi inkişaf və beynəlxalq münasibətlərdəki nisbətən mü-
naqişəsiz zaman kəsiyi bir çox hakim rejimlərdə tranzitə imkan
yaratdı. Beləliklə, S.Hantinqtonun qeyd etdiyi kimi, iqtisadi zə-
mini qloballaşmanın birinci dalğasının əsası hesab etmək olar.
135
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
İnsanların qanunlar tətbiq etmək
bacarığı
demokratiyanı mümkün edir,
qanunlardan
yan keçmək
meyli isə demokratiyanı
zəruri edir.
Reynhold Nibur
İkinci dalğa Qərb dövlətlərinin İkinci dünya müharibəsin-
dəki qələbəsinin hərbi-siyasi aspektləri ilə bağlı idi. S.Han-
tinqtonun fikrincə, bunun ardınca meydana gələn demokra-
tikləşmə təkcə tanınmış demokratiyaların müharibədə qələ-
bəsinin və bu ölkələr tərəfindən müstəmləkələrin ləğv olun-
masının deyil, həm də Qərb həyat tərzini, düşüncəsini və
dövlət quruluşu formasını Şərqi Avropadakı sosializmə qarşı
qoymaq cəhdlərinin nəticəsi idi. Məlumdur ki, iqtisadi geri-
liyinə baxmayaraq, nüvə dövləti kimi SSRİ beynəlxalq
siyasətdə müəyyən üstün-
lüklərini saxlayırdı. Sovet
rəhbərliyi ərəb ölkələrində
kommunist partiyalarını
dəstəkləmək üçün vəsaiti
əsirgəmirdi, əmtəə idxalı
hesabına Şərqi Avropa öl-
kələri iqtisadiyyatının artımına əhəmiyyətli dərəcədə yardım
göstərirdi, iqtisadiyyatın durğunluğu sonradan həm də
inflyasiya ilə müşayiət olunan səviyyəsində isə bu ölkələrə
“dost rejimləri dəstəkləmək” məqsədi ilə qoşun yeridirdi.
Ötən əsrin ikinci yarısında demokratiyanın yayılmasına
həm də sonradan qərbləşmə, yəni düşüncə tərzi və forması-
nın “qərbləşməsi” (termin A.Zinovyevindir) adı almış so-
siomədəni fenomen kimi də baxmaq olar. Vurğulayıram ki,
qərb cəmiyyətlərinə xas olan demokratik ənənələr və bu
ənənələrin müxtəlif formalarının ilk əlamətləri müstəsna ola-
raq qərb sivilizasiyasının yetirməsidir. Lakin onların təkmil-
ləşdirilməsi və ictimai inkişafın nəzəri əsası kimi təsəvvür
edilən ayrı-ayrı fəlsəfi nəzəriyyələrə transformasiyası qeyri-
qərb məkanında demokratik baxışların assimilyasiyasının
başlanmasına gətirib çıxardı. Belə assimilyasiya çox vaxt de-
136
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
mokratik idarəetmənin hibrid formalarını, bəzən isə əslində
avtoritar idarəetmə, lakin içində demokratik təsisatların ele-
mentlərinin nəzərə çarpdığı yalançı demokratik rejimlər ya-
radırdı. Demokratik ənənələrin bu və ya digər məkanda “kök
salması” və məqbulluğunun səbəb əlaqələrini çox vaxt əvvəl-
ki sosiomədəni mühitdə axtarmaq lazımdır. Yeni ənənələri
qəbuledən qeyri-qərb cəmiyyətində əvvəllər mövcud olmuş
protodemokratik və ya protototalitar determinantlardan asılı-
dır. Qərb tərəfindən gətirilən ənənələr məcrasında qeyri-qərb
cəmiyyətinin gələcək inkişaf strategiyası məhz bundan
asılıdır.
1974-cü ilin Portuqaliya hadisələri və Üçüncü dalğanın
yürüşündən sonra geosiyasi vəziyyət kökündən dəyişdi.
Demokratik tranzitlərin yeni dalğası törəmə geosiyasi
dəyişikliklərə transformasiya oldu və XX əsrin 90-cı illərinin
əvvəlinə yaxın tamamilə başqa strateji inkişaf yoluna çıxdı.
Dünya xəritəsində istənilən məkanın tarixi inkişafını dəyişə
bilən bir fövqəldövlət qaldı. Buna görə də “demokratikləş-
mənin üçüncü dalğasını” ikimərhələli struktur formasında
təsəvvür etmək yerinə düşər. 1974-1985-ci illəri əhatə edən
birinci mərhələdə – əsas tranzitlər baş vermiş və əsas eti-
barilə Sov.İKP MK-nın Baş katibi M.Qorbaçovun nüvə
sınaqlarının qadağan edilməsi və nüvə silahına ümumi
qadağa qoyulması barədə təşəbbüsləri nəticəsində beynəlxalq
siyasətdə müəyyən sakitlik yaranmışdı. 1985-ci ildə Brazili-
yada hərbçilərin 20 il sürən idarəetmə dövrü başa çatdı. Elə
həmin il Nigeriyada hərbçilər hakimiyyətə gəldilər.
1988-ci ildən indiyə qədər “demokratikləşmənin üçüncü
dalğasının” ikinci mərhələsi yaşanır. Bu təkcə demokratik
təsisatların təşəkkülünü yox, həm də dünyanın monosentrik
nizamının da formalaşmasını şərtləndirmişdir. Aydın oldu ki,
Dostları ilə paylaş: |