Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə42/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   38   39   40   41   42   43   44   45   ...   253

 

 

134 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

formalaşmasına mühüm təsirini göstərir, bərabərlik, insan 



hüquqları  və azadlıqları, azad rəqabət və xüsusi mülkiyyət 

hüququ ideyaları ictimai inkişafın əsasını təşkil edirdi. 

Bununla yanaşı, S.Hantinqtonun qeyd etdiyi kimi, XIX 

əsrin sonu – XX əsrin  əvvəlində demokratik inkişafa pro-

testantlıq kömək etmişdi, çünki 1900-cü il üçün demokratik 

təsisatların yarandığı ölkələrin üçdə ikisi dini tərkibinə görə 

protestant ölkələri idi. Eyni zamanda, kommunikasiyaların 

intensiv inkişafı, maliyyə  vəsaitlərinin köçürmə sahəsinin 

genişlənməsi, nəqliyyat vasitələrinin sürətli inkişafı  və  təh-

silin tədricən beynəlmiləlləşməsi bir-biri ilə möhkəm qarşı-

lıqlı  asılılıq telləri ilə bağlı olan qərb cəmiyyətlərinin labüd 

surətdə demokratikləşməsinə doğru aparırdı. 

XIX əsrin axırı, xüsusilə də XX əsrin əvvəlində dünyanın 

əksər ölkələrində ictimai həyat getdikcə özünü daha aydın 

büruzə verən qlobal xarakter alırdı. Bu və ya digər dövlət-

lərin  əhalisi üçün səciyyəvi olan, adət edilmiş  həyat tərzinə 

başqa cəmiyyətlərdə yaranmış beynəlmiləl elementlər, maddi 

və  mədəni dəyərlər labüd surətdə daxil olurdu. Milli təsər-

rüfatların və siyasi sistemlərin daxilində xarici təmsiçilərin 

və təsisatların iştirakı genişlənirdi. İntellektual elita və hakim 

sinif get-gedə daha kosmopolit olurdu, geniş insan kütlələri 

isə dünya sivilizasiyasının təsirini öz üzərində hiss edirdi. 

XIX əsrin sonu – XX əsrin əvvəllərindəki demokratik trans-

formasiyaların səbəb-nəticə  əlaqəsi  iqtisadiyyatın və qitələr 

arasında kommunikasiya  əlaqələrinin inkişafı ilə bağlı idi. Sa-

bit iqtisadi inkişaf və beynəlxalq münasibətlərdəki nisbətən mü-

naqişəsiz zaman kəsiyi bir çox hakim rejimlərdə tranzitə imkan 

yaratdı. Beləliklə, S.Hantinqtonun qeyd etdiyi kimi, iqtisadi zə-

mini qloballaşmanın birinci dalğasının əsası hesab etmək olar. 



 

 

135



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

İnsanların qanunlar tətbiq etmək 

bacarığı

 

demokratiyanı mümkün edir, 

qanunlardan

 

yan keçmək 

 

meyli isə demokratiyanı

 

zəruri edir. 

 

Reynhold Nibur 

İkinci dalğa Qərb dövlətlərinin İkinci dünya müharibəsin-

dəki qələbəsinin  hərbi-siyasi aspektləri ilə bağlı idi. S.Han-

tinqtonun fikrincə, bunun ardınca meydana gələn demokra-

tikləşmə  təkcə tanınmış demokratiyaların müharibədə  qələ-

bəsinin və bu ölkələr tərəfindən müstəmləkələrin ləğv olun-

masının deyil, həm də  Qərb həyat tərzini, düşüncəsini və 

dövlət quruluşu formasını Şərqi Avropadakı sosializmə qarşı 

qoymaq cəhdlərinin nəticəsi idi. Məlumdur ki, iqtisadi geri-

liyinə baxmayaraq, nüvə dövləti kimi SSRİ beynəlxalq 

siyasətdə müəyyən üstün-

lüklərini saxlayırdı. Sovet 

rəhbərliyi  ərəb ölkələrində 

kommunist partiyalarını 

dəstəkləmək üçün vəsaiti 

əsirgəmirdi,  əmtəə idxalı 

hesabına  Şərqi Avropa öl-

kələri iqtisadiyyatının artımına  əhəmiyyətli dərəcədə yardım 

göstərirdi, iqtisadiyyatın durğunluğu sonradan həm də 

inflyasiya ilə  müşayiət olunan səviyyəsində isə bu ölkələrə 

“dost rejimləri dəstəkləmək” məqsədi ilə qoşun yeridirdi. 

Ötən  əsrin ikinci yarısında demokratiyanın yayılmasına 

həm də sonradan qərbləşmə, yəni düşüncə  tərzi və forması-

nın “qərbləşməsi” (termin A.Zinovyevindir) adı almış so-

siomədəni fenomen kimi də baxmaq olar. Vurğulayıram ki, 

qərb cəmiyyətlərinə xas olan demokratik ənənələr və bu 

ənənələrin müxtəlif formalarının ilk əlamətləri müstəsna ola-

raq qərb sivilizasiyasının yetirməsidir. Lakin onların təkmil-

ləşdirilməsi və ictimai inkişafın nəzəri  əsası kimi təsəvvür 

edilən ayrı-ayrı  fəlsəfi nəzəriyyələrə transformasiyası qeyri-

qərb məkanında demokratik baxışların assimilyasiyasının 

başlanmasına gətirib çıxardı. Belə assimilyasiya çox vaxt de-




 

 

136 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

mokratik idarəetmənin hibrid formalarını, bəzən isə  əslində 



avtoritar idarəetmə, lakin içində demokratik təsisatların  ele-

mentlərinin nəzərə çarpdığı yalançı demokratik rejimlər ya-

radırdı. Demokratik  ənənələrin bu və ya digər məkanda “kök 

salması” və məqbulluğunun səbəb əlaqələrini çox vaxt əvvəl-

ki sosiomədəni mühitdə axtarmaq lazımdır. Yeni ənənələri  

qəbuledən qeyri-qərb cəmiyyətində  əvvəllər mövcud olmuş  

protodemokratik və ya protototalitar determinantlardan asılı-

dır. Qərb tərəfindən gətirilən ənənələr məcrasında qeyri-qərb 

cəmiyyətinin gələcək inkişaf strategiyası  məhz bundan 

asılıdır. 

1974-cü ilin Portuqaliya hadisələri və Üçüncü dalğanın 

yürüşündən sonra geosiyasi vəziyyət kökündən dəyişdi. 

Demokratik tranzitlərin yeni dalğası törəmə geosiyasi 

dəyişikliklərə transformasiya oldu və XX əsrin 90-cı illərinin 

əvvəlinə yaxın tamamilə başqa strateji inkişaf yoluna çıxdı. 

Dünya xəritəsində istənilən məkanın tarixi inkişafını  dəyişə 

bilən bir fövqəldövlət qaldı. Buna görə  də “demokratikləş-

mənin üçüncü dalğasını” ikimərhələli struktur formasında 

təsəvvür etmək yerinə düşər. 1974-1985-ci illəri  əhatə edən 

birinci mərhələdə – əsas tranzitlər baş vermiş  və  əsas eti-

barilə Sov.İKP MK-nın Baş katibi M.Qorbaçovun nüvə 

sınaqlarının qadağan edilməsi və nüvə silahına ümumi 

qadağa qoyulması barədə təşəbbüsləri nəticəsində beynəlxalq 

siyasətdə müəyyən sakitlik yaranmışdı. 1985-ci ildə Brazili-

yada hərbçilərin 20 il sürən idarəetmə dövrü başa çatdı. Elə 

həmin il Nigeriyada hərbçilər hakimiyyətə gəldilər. 

1988-ci ildən indiyə  qədər “demokratikləşmənin üçüncü 

dalğasının” ikinci mərhələsi yaşanır. Bu  təkcə demokratik 

təsisatların təşəkkülünü yox, həm də dünyanın monosentrik 

nizamının da formalaşmasını şərtləndirmişdir. Aydın oldu ki, 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə