131
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
4. Katolik kilsəsinin avtoritar rejimlərə və totalitar döv-
lətlərə qarşı mübarizədə yeni strategiyası. Onun həyata
keçirilməsində Roma Papasının mühüm şəxsi rolu ol-
muşdur.
5. Yeni ərazilər, təbii sərvətlər və ucuz işçi qüvvəsi tələb
edən qlobal maliyyə müdaxiləsinin başlanması.
6. Qərb bloku ölkələri əhalisinin iqtisadi rifahının inkişa-
fının davamlılığını təmin etmək və keyfiyyətcə yaxşı-
laşdırmaq üçün “Böyük yeddilik” ölkələri tərəfindən
yeni nəqliyyat yollarının axtarışı.
7. Vahid hərbi-siyasi aksiyalar və demokratik ölkələr
qurşağının təhlükəsizliyini təmin etmək üçün yeni
amortizasiya şəraiti yaradılmasının zəruriliyi.
8. Dünya birliyinin bütün ölkələri üçün vətəndaşların öz
iradəsini bildirməsini, insan hüquqları və azadlıqlarını,
dövlət idarə etməsinin və ictimai inkişafın əsasları
sayılan hakimiyyət orqanlarının seçkili olmasını təmin
edən vahid siyasi preferensiyaların (imtiyazların)
mühümlüyü.
9. Təhlükəsizliyin təmin olunması və yeni məkanların
sabitlik və təhlükəsizlik qövsünə daxil edilməsi
zərurətindən irəli gələn Pax Americana zonasının
genişlənməsi.
10. İkiqütblü dünya nizamından monosentrik dünya niza-
mına keçid, ABŞ-ın xeyirxah hökmranlığı, dünyanın
strateji cəhətdən mühüm rayonlarında kəskin qeyri-
sabitliklə bağlı alarizm (ingiliscə alarm – təhlükə
sözündəndir).
132
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Bu amillər XXI əsrin əvvəlləri üçün demokratikləşmənin
yeni fenomen – geosiyasi təsirin, neoliberal siyasəti və
iqtisadi modelinin zonasının genişlənməsinin determinantı
xarakteri alan sürətinin xeyli dərəcədə artmasını irəlicədən
müəyyən etmişdi. S.Hantinqton vurğulayır ki, bütün zəngin
ölkələr demokratikdir və demək olar ki, bütün demokrati-
yalar zəngindir. Deməli, bu zənginliyi nəinki qorumaq, sabit
inkişaf və mütəmadi artımı təmin etmək üçün imkan da-
xilində onu çoxaltmaq lazımdır. Ötən əsrin sonu, yeni əsrin
əvvəlində baş verən demokratik transformasiyaların mahiy-
yəti xeyli dərəcədə yeni dünya nizamını quranların iqtisadi
və siyasi iddialarının həyata keçməsi ilə bağlıdır. Qabriel
Almondun yazdığı kimi, “sosial və beynəlxalq dəyişikliklər
uzun dövr ərzində davam edə bilər və əyri xətdə, yaxud
xətlərdə yalnız hansısa qısamüddətli ilgəyə, yaxud bir sıra
ilməyə çatandan sonra siyasi sistemdə dəyişikliklərə təhrik
etməyə başlaya bilər”
1
.
Belə yanaşmada demokratik dövlətlərin davakar olmama-
ları haqqında dəlil bəzən tarixi təhlil qarşısında aciz qalır.
Eləcə də bazar iqtisadiyyatının guya demokratiyanın ayrıl-
maz hissəsi olması fikri. Çünki Yaponiya da, Almaniya da
heç vaxt Amerika tipli liberal bazar iqtisadiyyatına malik
ölkələr olmamışdır.
Qlobal qarşılıqlı asılılığın xilasedici rolu barədə dəlili də
tənqid etməyə dəyməz, çünki Birinci dünya müharibəsi
ərəfəsində dünya ölkələri son dərəcə bir-birindən asılı idi,
lakin bu hal Avropanın yenidən bölüşdürülməsinin ortaya
atılmasına mane ola bilmədi.
1
G.A.Almond. Approach to Developmental Causation // Crisis, Choice and
Change: Historical Studies of Political Development / Ed. by G.A.Almond,
S.C.Flanagan, R.J.Mundt. Boston: Little, Brown, 1973, p. 28.
133
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Yaxud da ABŞ Prezidenti oğul Buş İraqda müharibənin
yalançı zəmin əsasında başlanması ilə razılaşanda,
müstəqil
dövlətin işğalı isə demokratik rejim yaradılmasına cəhd kimi
təqdim ediləndə, üstəlik, hər gün orada yüzlərlə dinc sakin
həlak olanda istər-istəməz müasir demokratiyanın dəyəri
barədə sual doğur.
Elə buna görə də müasir sosiologiyanın əsas problemi
“yeni demokratiya nədir?” sualına verilən cavabdan ibarətdir.
XXI əsrin əvvəllərinə yaxın Pax Americana-nın təsir
dairəsini Şimali Koreya və İran hüdudlarına qədər geniş-
ləndirən “demokratikləşmənin üçüncü dalğası”nın nəticələri
nədən ibarətdir? Yeni ərazilərin demokratikləşdirilməsi nə
deməkdir: qərbləşmə dünyada güclülərin geosiyasi üstün-
lüyü, yoxsa daha əlverişli dövlət idarəetmə rejiminin real
şəkildə qurulması? Aşağıda biz demokratik tranzit pərdəsi
altında gizlənən demokratik reallıqlar və əsl demokratik
transformasiyalar arasında sərhədi göstərməyə çalışacağıq.
§ DÜNYADA ÜSTÜNLÜK QAZANMAQ
STRATEGİYASI
İqtisadi inkişaf, sənayeləşdirmə, urbanizasiya, burjuazi-
yanın və orta sinfin meydana gəlməsi, fəhlə sinfinin və onun
ilkin təşkilatlarının yaranması, iqtisadi bərabərsizliyin tədri-
cən aradan götürülməsi XIX əsrdə Şimali Avropa ölkələri-
nin demokratiyaya doğru hərəkətində öz rolunu oynamışdır.
O dövrün demokratiya dalğasının hərəkətverici qüvvəsi təd-
ricən formalaşan kapitalist cəmiyyətini bürüyən intensiv
iqtisadi artımdan ibarət idi. Lokk, Monteskyö, Russo, de
Tokvil kimi filosofların təsiri də yeni tip kütləvi düşüncənin