Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə37/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   33   34   35   36   37   38   39   40   ...   253

 

 

119



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

dumunda qəbul olunandan sonra 1982-ci ilin noyabrında 



qüvvəyə mindi. Konstitusiyaya “milli təhlükəsizliyin”, “döv-

lətin birliyinin” və “ictimai mənəviyyatın” qorunmasına zə-

rurət olduğu hallarda məhdudlaşdırıla bilən vətəndaş azad-

lıqlarının və siyasi azadlıqların uzun bir siyahısı daxil idi. 

Hökumətə isə fövqəladə  və ya mühasirə (hərbi) vəziyyəti 

elan etmək ixtiyarı verilirdi. 

1983-cü ildə Türkiyədə  cərəyan edən demokratik pro-

seslər yeni nəfəs aldı. 1983-cü ilin parlament seçkilərində 

yalnız üç partiya rəqabət aparırdı: hərbçilərin dəstəyini qa-

zanmış Milli Demokrat Partiyası (MDP), mötədil-sol Xalqçı 

Partiya (XP) və mühafizəkar, həm də özəl sahibkarlığa 

arxalanan Ana Vətən Partiyası (AVP). Səsvermənin nəticə-

lərinə görə MDP üçüncü oldu, AVP isə Böyük Millət 

Məclisində tam üstünlük qazandı. Partiyanın lideri, ixtisasca 

iqtisadçı olan, hərbçilərin hakimiyyəti dövründə ilk 21 ay 

ərzində baş nazirin iqtisadi məsələlər üzrə müavini vəzifəsini 

tutmuş  Turqut Özal 1983-cü ilin dekabrında yeni hökumətə 

başçılıq etdi. 

Filippində demokratik dəyişikliklər keçən əsrin 80-ci illə-

rinin ortasından başladı. 1965-ci ildə prezident seçkilərində 

qalib gəlmiş Ferdinand Markos islahatlar apararaq iqtisadi 

yüksəlişə nail oldu. Lakin sonradan ölkədə sosial gərginlik 

artdı, kommunistlərin və radikal-müsəlmanların rəhbərliyi 

altında daim qiyamlar baş verirdi. 1972-ci ildə Markos 

Konstitusiyanın icrasını dayandıraraq, ölkədə hərbi vəziyyət 

elan etdi. Hərbi vəziyyət 1981-ci ilə  qədər davam etdi. 

Markos prezident seçiləndən sonra elə həmin il  ölkəni onun 

rejimindən narazılıq dalğası bürüdü. Bu narazılıq 1983-cü 

ilin avqustunda müxalifət lideri Beninyo Akinonun qətlə 

yetirilməsindən sonra özünün zirvəsinə çatdı. 1986-cı ildə 




 

 

120 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ABŞ-ın təzyiqi altında Markos hər halda prezident seçkiləri 



keçirdi və özünü yenidən qalib elan etdi. 

1983-cü ildə Markos şahmat turnirində iştirak etmək üçün 

Filippinə  gələn Anatoli Karpovdan soruşmuşdu: “Siyasət 

şahmata bənzəyir. Qalib gəlmək üçün mənə nə məsləhət gö-

rərdiniz?” Karpov demişdi ki, şahın xanımını qurban vermək 

lazımdır (o vaxt dövlət xəzinəsindən külli miqdarda vəsaitin 

israf edilməsinin, xidmətçilərlə qeyri-insani münasibətin və 

ali dövlət hakimiyyətinin məsuliyyətsizliyinin rəmzinə 

çevrilmiş  İmelda Markos nəzərdə tutulurdu), ancaq yaşlı 

prezident özünü qurban verər, arvadından keçməzdi. 

Kütləvi saxtakarlıqların doğurduğu vətəndaş itaətsizliyi 

kampaniyası, qan tökülmədən başa gələn, bellərinə gül-çiçək 

çələngi dolamış insanların prezidentə sadiq olan dəniz piyadala-

rını qiyamçılara yaxın buraxmayan “gülüşlər inqilabı”, habelə 

Markosun rəqibi Beninyo Akinonun dul qalmış arvadı Korason 

Akinonun kilsə  və ordu tərəfindən dəstəklənməsi Ferdinand 

Markosu ölkədən Havay adalarına qaçmağa vadar etdi. 

Ferdinand Markos diktaturasının devrilməsindən on iki il 

sonra, 1998-ci ildə Markosun tərəfdarı Cozef Estrada ölkənin 

prezidenti oldu. Keçmiş prezidentin arvadı  və dostlarının 

dəstəyi, həmçinin məzlumları  dəstəkləmək kimi populist 

şüarlar hesabına iqtidara gələn yeni prezident hakimiyyəti 

Markosun adamlarına qaytarmağa, onun qələbəsinə kömək 

edənlərə  vəzifə  və  əmlak paylamağa başladı. O vaxta qədər 

Cənub-Şərqi Asiyada ən demokratik ölkələrdən biri sayılan 

Filippində  qısa müddət  ərzində korrupsiya və qohumbazlıq 

sistemi,  əsas dövlət məsələlərinin prezidentin dostları 

tərəfindən  həll olunduğu “gecə kabineti” yarandı.  İlk 

həyəcanı  məqalələrindən birində prezidenti “ölkənin xaç 



 

 

121



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Mən həmişə seçə bilərəm, ancaq 

bilməliyəm ki, hətta əgər mən heç 

nəyi seçmirəmsə də, bu zaman 

hər halda seçirəm. 

 

Jan Pol Sartr 

atası” adlandırmış  ən populyar ingilisdilli qəzetlərdən olan 

“Manila tayms”ın jurnalistləri qaldırdılar. Tezliklə  qəzet 

sahibini “Manila tayms”ı prezidentin əlaltılarından birinə 

satmağa vadar etdilər və ölkədə müstəqil mətbuatın 

susdurulması kampaniyası başlandı. 

Ölkədə ümumi daxili məhsul istehsalı 35 faiz, pesonun 

məzənnəsi 50 faiz aşağı düşmüş, işsizlik 30 faizdən çox 

artmışdı. Əgər parlament azlığının lideri Teofisto Quinqona-

nın 2000-ci il oktyabrın 5-də prezidenti korrupsiyada və 

digər cinayətlərdə ittiham 

edən çıxışı olmasaydı, və-

ziyyətin necə inkişaf edə-

cəyini təsəvvürə  gətirmək 

çətindir. Dörd gündən son-

ra prezidentin silahdaşı 

Luis Sinqson prezidentin ondan 10 milyon məbləğində rüşvət 

tələb etməsi və alması barədə ifadə verdi. Prezidentin gizli 

hesabları barədə məlumatlar ortaya çıxdı. 

Prezidentin korrupsiyada əli olması barədə  xəbər ölkəni 

təlatümə  gətirdi.  İlk olaraq nümayişlərə nüfuzlu katolik 

kollec və universitetlərinin tələbə və müəllimləri çıxdılar və 

bu, prezidentin istefaya getməsinə  qədər davam etdi. Sonra 

onlara dövlət institutlarının tələbələri, iş adamları, həmkarlar 

ittifaqlarının və ictimai təşkilatların, sol və sağ partiyaların 

üzvləri, minlərlə sadə filippinli qoşuldu. Kilsə prezidentə 

qarşı ictimai hərəkatı dəstəklədi, onun rəhbərlərindən biri  – 

kardinal Sin müxalifətin başında durdu. Prezidentə tabe olan 

parlamentin ona etimadsızlıq göstərilməsi proseduruna başla-

maqdan imtina etməsi paytaxtın və digər böyük şəhərlərin 

küçələrində etiraz nümayişlərinə çıxan adamların sayını yal-

nız artırdı. Müxalifət hakimiyyətə qarşı beşgünlük müqavi-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə