Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə35/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   31   32   33   34   35   36   37   38   ...   253

 

 

113



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

rizənin mövcudluğunu və fəhlələrin öz hüquqları, müdafiəsi 



uğrunda mübarizəsinin qanunauyğunluğunu, o cümlədən öz 

təşkilatlarına malik olmaq hüququnu ardıcıl surətdə 

tanıyırdı. O, fəhlələrin sosial ədalət uğrunda mübarizəsinə 

kilsə tərəfindən dəstəklənən obyekt kimi baxırdı. 

Acornamento (müasir neotomizmin ekzistensializm, fəlsə-

fi antropologiya, germenevtika, fenomenologiya, habelə dil-

çilik fəlsəfəsi, neopozitivizm və qismən kantçılığın və koqni-

tiv psixologiyanın  ən yeni fəlsəfi ideyalarının katolik teolo-

giyası  tərəfindən assimilyasiyasına yönəlmiş inkişaf 

təmayülü.  Termin, neotomizmin müasir mədəniyyətin müd-

dəalarına adaptasiyasının geniş proqramını qəbul edən  İkinci 

Vatikan kilsə  məclisi tərəfindən tətbiq edilmişdir) sosial 

məsələlərdə xüsusi mülkiyyətin tanınması problemi barədə 

kilsənin  ənənəvi mövqeyinə toxunmurdu. Kilsə xüsusi 

 

mülkiyyətin tanınması prinsiplərinə tərəfdar olaraq qalmaqda 



idi. Mülkiyyətə teoloji baxışlara uyğun olaraq, yer üzündə 

olan nemətlər,  əşyalar insana xidmət etmək üçündür, yəni 

onlara malik olmaq lazımdır. Kilsənin fikrincə, (mülkiyyət 

məsələsində) insanlar arasında ifrat əmlak ziddiyyətləri ola 

bilməz; burada tarazlıq yaratmaq lazımdır. Xüsusi mülkiyyət 

hüququ təbiət qanunlarına uyğun olaraq insanın siqlətindən 

irəli gəlir və  yalnız istifadə və istehlak üçün olan nemətlərə 

deyil, həm də istehsal vasitələrinə  şamil edilir. Xüsusi 

mülkiyyətdə olan nemətlərdən istifadə yeganə nemətdir və 

burada sərhədləri ictimai fayda təyin edir. 

Papa XXIII İoannın dünyada baş verən dəyişiklikləri qə-

bul etməsi onun sonuncu “Pacem in Terris” (“Dünyada 

sülh”) adlı ensiklikasında – müraciətində (9 aprel 1963-cü il) 

özünün daha aydın ifadəsini tapmışdır. Ensiklika həm də o 

cəhətdən yeni idi ki, ekumenizm ruhunda o, artıq təkcə din 



 

 

114 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

xadimlərinə deyil, ümumiyyətlə katoliklərə, hətta bütün 



dindarlara ünvanlanmışdı. Ekumenizm müxtəlif xristian 

təriqətləri arasında yaxınlaşma və  əməkdaşlıq kimi yeni 

məna qazandı. Papa nəzərə aldı ki, dünyanın bir hissəsi 

kapitalizm quruluşundan imtina etmişdir və bununla bağlı 

kilsənin vəziyyəti xeyli dərəcədə  dəyişmişdir. Sosialist 

ölkələrini de-fakto tanımaqdan başqa, o, daxili çəkişmələrin 

həll edilməsi təklifini beynəlxalq müstəviyə  çıxardı: 

kapitalizm və sosializmlə münasibətdə yeganə düzgün yol – 

Allahın dövləti (Civctas Dei) yolunu tutmaqdır ki, bunun 

vasitəsilə birgə yaşayış  və sülhü qoruyub saxlamaq 

mümkündür. Papa XXIII İoann bu ensiklikada bəyan etdi ki, 

ateizm ideoloji baxımdan xristianlar üçün qəbuledilməz olsa 

da, sülh uğrunda mübarizə aparan hər hərəkatla, o cümlədən 

kommunizmlə  də  əməkdaşlıq nəinki mümkündür, hətta 

vacibdir. Bununla da XXIII İoann sosializm ideyasının 

yarandığı vaxtdan sələflərinin kilsə  ətrafında çəkdikləri 

sərhədi adlamış oldu. “Pacem in Terris” ensiklikası Vatikan 

üçün sosialist ölkələri ilə təmas və əlaqə, marksistərlə dialoq 

axtarışlarını mümkün etdi

1



1978-ci ildə Roma katolik kilsəsinin başçısı özünə II 

İoann Pavel adını götürmüş polyak Karol Voytıla seçildi. O, 

Papa pontifikatının tarixində yalnız katolik kilsəsinin başçısı 

olan ilk slavyan kimi deyil, həm də demokratik proseslərin

vətəndaşların hüquq və azadlıqlarının  ən qızğın müdafiəçisi 

kimi qaldı. Onun papalıq dövrünün əvvəli “üçüncü 

demokratik dalğa”nın başlanması ilə üst-üstə düşdü və  təbii 

ki, o vaxt Şərqi Avropa və Latın Amerikası ölkələrini, xeyli 

dərəcədə xristian dövlətlərini bürümüş olan proseslər  İkinci 

                                                 

1

 

Е.Гергей. История папства. Папство наших дней. http://svany.narod.ru/  



popes/gergey/ch11.htm 


 

 

115



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Hökm edənlər ilə itaət edənlər 

arasında

 

məsafə nə qədər çoxdursa, 

birinci üçün

 

qanın, ikinci üçün isə 

tərin əhəmiyyəti

 

bir o qədər azdır. 

 

Deni Didro 

Vatikan məclisindən sonra siyasətə münasibətini dəyişmiş 

kilsəni narahat etməyə bilməzdi. 

Karol Voytıla papa seçiləndən sonra elə ilk çıxışında 

kardinallara müraciət edərək bəyan etdi: “Biz ürəkdən gələn 

itaətkarlıqla sülhə, tərəqqiyə  və millətlər arasında  ədalətə 

xidmət etməyə çalışmalıyıq… Biz bəşər cəmiyyətinin bünöv-

rəsini təşkil etməli olan mənəvi  əsasları möhkəmləndir-

məliyik. Biz hiss edirik ki, bu vəzifə təxirəsalınmazdır, çünki 

dünyanın bir çox yerlərində 

mübarizə  və toqquşmalar 

üçün zəmin yaradan dağıntı 

və ziddiyyətlər davam edir 

və bunlar daha qorxulu və 

dəhşətli bəla və  bədbəxt-

liklərə doğru aparır”. 

II  İoann Pavel papalığının bütün dövrü ərzində  dəfələrlə 

əməyin humanistləşməsi, fəhlələrin hüquqlarının müdafiəsini 

dəstəkləmiş, “gerçəkləşmiş sosializm”də  təşəkkül tapan 

partiyalı dövlətin diktatura strukturunu, bu sistemdə  fəhlə 

sinfinin və  məhsuldar  əməyin asılı rolunu tənqid etmişdir.  

Eyni zamanda, papa dünyanın iqtisadi durumunun qarşıya 

çıxardığı problemlər haqqında da fikir söyləməyə başlamışdı, 

çünki sabit maddi təminat olmadan insanın mənəvi 

inkişafının nə dərəcədə məhdud olduğunu görürdü. 

Papalıq daha geniş yayılmış siyasi teologiyaya –  “qurtuluş 

teologiası”na qarşı da çıxış etdi, çünki Latın Amerikası gerçək-

liyi özlərini xalqla eyniləşdirən katolik ruhanilərinin  ədalətsiz 

rejimləri devirmək üçün ictimai və siyasi mübarizəyə qoşulma-

larına səbəb olmuşdu. “Tərəqqi teologiyası”, “qurtuluş teolo-

giyası”, “inqilab teologiyası” və s. məhz orada yaranmışdı. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə