Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə34/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   30   31   32   33   34   35   36   37   ...   253

 

 

110 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Saat 20:00-da SQH rejimin devrildiyini elan edir. General 



rütbəsindən aşağı rütbədə kiməsə  təslim olmaqdan imtina 

edən Kaetano hakimiyyəti general Antonio de Spinolaya təh-

vil verir və Ameriko Tomba ilə birlikdə Madeyraya qaçır. 

Bir ay sonra Braziliyanın hərbi diktaturası onlara siyasi sığı-

nacaq verəcəkdi. 

Lissabonun küçələri camaatla dolu idi. Heç kim gənc za-

bitlərin nə edəcəklərini, – əslinə qalsa, onların uzunmüddətli 

fəaliyyət planı da yox idi, – bilməsə də, hamı hiss edirdi ki, 

totalitarizm boyunduruğu atılmışdır. Demək olar, qansız-

qadasız baş tutan çevriliş Avropada ən uzunsürən diktaturanı 

ləğv etdi və bu, əsl bayram idi. SQH-nin zirehli maşınları se-

vincdən vəcdə gələn izdihamın içində itib-batmışdı. Minlərlə 

məktəbli  şəhərin mərkəzi küçələrindən keçib gedir və bir 

ağızdan deyirdi: “Rədd olsun faşizm!”. Hər yerdə – insanla-

rın əllərində, tüfənglərin lülələrində baş tutan inqilabın rəm-

zinə çevrilən al qərənfillər görünürdü. Bu, “xoşbəxt inqilab”, 

“güllər inqilabı” idi. 

Kaetano rejimi ictimai dəstəyi artıq çoxdan itirmişdi. Por-

tuqaliyada diktatura 1930-cu illərin əvvəllərində Antonio Sa-

lazar tərəfindən qurulmuşdu. Bundan əvvəl iyirmi il ərzində-

ki sosial və siyasi sarsıntılar, habelə bütün dünyada tüğyan 

edən iqtisadi tənəzzül Salazarın sabitlik yaratmaq barədə 

vədlərini cəmiyyətin bəzi təbəqələri üçün, ilk növbədə, 

torpaq sahibləri, kolonistlər və orta sinfin bir hissəsi üçün 

cəlbedici edirdi. 

Kaetano hakimiyyəti irsən 1968-ci ildə  gəlmişdi. O vaxt 

ölkədə “korporativ respublika” deyilən respublika qurulmuş-

du, bir neçə varlı ailə proteksionist qanunların müdafiəsindən 

yararlanaraq, maliyyə  və  sənaye birliklərinə  nəzarət edirdi. 



 

 

111



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Dövlət faşist partiyası özünün gənclər bölməsi istisna ol-



maqla, icazə verilmiş yeganə siyasi təşkilat idi. Yarımhərbi 

təşkilatlar solçu fəalları və həmkarlar ittifaqlarını qorxu için-

də saxlayırdı. Müstəqil həmkarlar ittifaqları  və  tətillər qa-

dağan olunmuşdu. Gizli polis geniş agentlər və ştatdankənar 

xəbərçilər şəbəkəsi təşkil etmişdi. İşgəncələr adi hal sayılırdı. 

İnqilab gizli polisin zirzəmi və arxivlərinin qapılarını açdıqda 

silahlar, sadistcəsinə  işgəncə vermək alətləri, qeyri-insani 

vəhşiliklərə dair təlimatlar, bu vəhşiliklərin  əks olunduğu 

fotoşəkillər və xəbərçilərin şəxsi işləri tapılmışdı. 

“Üçüncü demokratik dalğa” beləcə başladı  və o, “zəfər 

yürüşü” ilə  və transformasiya edərək, XXI əsrin  əvvəlində 

özünün “müdaxilə” məkanını Orta Asiya ölkələrinə  qədər 

genişləndirdi. 

1970-ci illərin ortalarından, demokratikləşməyə yeni nəfəs 

gəldiyi vaxtlardan etibarən, növbəti tranzit cərəyanlarında fəal 

rol oynamağa başlayan heç də  təkcə siyasi dairələr deyildi. 

Demokratikləşmə prosesinin uğurla getməsində ruhanilərin

xüsusən, Roma Papası II İoann Pavelin və koreyalı kardinal 

Kimin rolu az olmamışdır. Lakin II İoann Pavelin güclü 

fəaliyyətindən əvvəl katolik kilsəsi bir sıra transformasiyalara 

məruz qaldı.  İkinci Vatikan kilsə  məclisindən sonra (1962-

1965-ci illər) katolisizm dünya məkanında insan hüquqları və 

azadlıqlarının müdafiəsinə münasibətini dəyişdirərək, “ictimai 

həyat üçün daha ədalətli  şərait yaradılmasını, ümumi sülhün 

möhkəm bərqərar olmasını”

1

 təbliğ etməyə başladı. 



1950-ci illərin ikinci yarısında xristian-demokrat partiya-

larının coşğunluğu səngidi, onların çoxu isə böhrana düşdü. 

                                                 

1

 



Документы  Второго  Ватиканского  собора.  Декрет  об  экуменизме. 

Пункт 23, 4 декабря 1963 г.

 



 

 

112 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Fransa Xristian-Demokrat Partiyası parçalandı,  İtaliya 



Xristian-Demokrat Partiyası isə sosialistlərlə birləşməyə 

məcbur oldu. Ümumiyyətlə, xristian demokratiyasında 

müşahidə olunan ideologiyasızlaşma onun getdikcə kilsədən 

ayrılması demək idi. Bu partiyalar vətəndaş  mənafelərini 

açıq  şəkildə  təmsil edən təşkilatlara çevrildilər. Dinin rolu 

isə, müvafiq surətdə arxa plana keçrilirdi. Elə o vaxt Papa 

XXIII İoann (1958-1963) kilsənin dünya ilə əlaqələrini artıq 

xristian partiyalarının vasitəsilə deyil, mənəvi-dini fəaliy-

yətin köməyi ilə təzələməyi qərara aldı. Bunun nəticəsində o, 

həmin partiyalara münasibətdə bitərəf mövqe tuturdu. 

Papa XXIII İoannın 1961-ci il mayın 15-də irəli sürdüyü 

“Mater et magistra” (“Ana və mürəbbiyə”) sosial 

ensiklikası – müraciəti katolik kilsəsinin artıq yeni ruhunu 

əks etdirirdi. Əslində,  əvvəlki ensiklika kimi, bu da eyni 

problemləri – kilsənin sinifləri və sinfi mübarizəni 

tanımasından irəli gələn vəzifələrini həll etməyə çalışırdı. 

Əvvəllər dünyanın demokratiyaya və sosializmə doğru 

getdiyi  şəraitdə bu problemlərin həllinə dair təkliflər kilsə 

üçün məqbul deyildi. Əgər Papa XXIII İoannın sələfləri 

sosial məsələlərdən danışarkən fəhlə 

hərəkatının 

pislənməsini birinci yerə  çıxarır və sosial proqramı isə 

yalnız ikinci növbədə irəli sürürdülərsə, XXIII İoannın 

dövründə  əsas diqqət daha humanist ictimai və iqtisadi 

sistem hazırlanmasına yönəldilmişdi. Lakin sosial 

ziddiyyətlərin həllinə dair yeni nəzəriyyə ancaq metodlar, 

necə deyərlər, intonasiya baxımından yeni idi. Belə bir tezis 

əsas olaraq qalırdı ki, kilsə və dövlət müdrikliklə qarşılıqlı 

fəaliyyət göstərərək, əməklə kapital arasındakı ziddiyyətləri 

addımbaddım aradan qaldırmalıdır. Elə  həmin vaxt Papa 

XXIII İoann paternalizmlə əlaqəni kəsdi, çünki sinfi müba-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə