Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə30/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   26   27   28   29   30   31   32   33   ...   253

 

 

98 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ğasının təhlilində  məşhur Amerika politoloqu, Harvard 



Universitetinin Strateji Tədqiqatlar  İnstitutunun direktoru 

Səmyuel Hantinqtonun böyük xidməti var.  

O, 1991-ci ildə çapdan çıxan “Üçüncü dalğa. XX əsrin 

sonlarında demokratikləşmə” monoqrafiyasında müasir dünya-

da baş verən dəyişikliklərin geniş və bütöv mənzərəsini canlan-

dırmış, totalitarizm və avtoritarizmdən demokratiyaya keçidin 

müqəddəm şərtlərini, gedişini və perspektivlərini təhlil etmişdir. 

Hantinqton yazır ki, “demokratikləşmə dalğası qeyri-demo-

kratik rejimlərdən demokratik rejimlərə müəyyən zaman döv-

ründə baş verən keçidlər qrupudur ki, onların da miqdarı həmin 

dövrdə  əks istiqamətdə gedən keçidlərin miqdarından xeyli 

çoxdur”


1

Amerika politoloqu F.Şmitter qlobal miqyasda demokra-



tikləşməni dörd dövrə ayırır. Zənnimcə, bu dünyada baş verən 

demokratik tranzitlərin mənzərəsini tam şəkildə əks etdirir: 

birinci dalğa – şərti olaraq, 1848-ci il inqilabından başlanan 

dövrdür, lakin bu inqilabdan sonra, 1852-ci ilədək bir çox 

ölkələr (xüsusən, Fransa, Almaniya, Avstriya-Macarıstan) ida-

rəetmənin avtokratiya formalarına qayıtdılar; 

ikinci dalğa – Birinci Dünya müharibəsindən sonrakı dövr-

dür. Həmin dövrdə Almaniyanın məğlubiyyəti, habelə Rusiya 

və Avstriya-Macarıstan imperiyalarının süqutu nəticəsində Şər-

qi və  Mərkəzi Avropada yeni dövlətlər meydana gəlir, onların 

çoxunda ilk vaxt idarəetmənin demokratik formaları  bərqərar 

edilir; 


üçüncü dalğa – İkinci Dünya müharibəsindən sonrakı 

dövrdür; 

                                                 

1

 



С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М., 

2003, стр.26.

 



 

 

99



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

dördüncü dalğa – Portuqaliyada 1974-cü il hərbi çevrili-



şindən başlanır

1



Hantinqtona görə, müasir dünyada demokratikləşmənin üç 

dalğası  və geriçəkilmənin iki dalğası baş vermişdir. Yəni, 

demokratikləşmənin hər bir dalğası sonra geriçəkilmə ilə – 

demokratik idarəetmədən uzaqlaşma ilə müşayiət edilmişdir ki, 

bu da nəticədə totalitar, yaxud avtoritar rejim qurulmasına 

gətirib çıxarmışdır. 

S.Hantinqton yazır ki, demokratikləşmənin birinci, ən uzun-

sürən dalğası 1828-ci ildə Amerika Birləşmiş  Ştatlarında baş-

lanmışdır. O vaxt köhnə  ştatlarda  əmlak senzi ləğv edilmiş  və 

bütün yaşlı kişilərə seçki hüququ verilən yeni ştatlar birləş-

dirilmişdi.  

Yaşlı kişilərə seçki hüququ verilməsi 1828-ci il seçkilərində 

həqiqətən səs vermiş  ağdərili kişilərin sayını 50 faizə çatdır-

mağa kömək etmişdi. S.Hantinqton həmin məsələdə Conatan 

Sanşaynın təsnifatından istifadə etmişdir. Sanşayn demokratik 

minimumun iki sanballı meyarını irəli sürmüşdür: 1) yaşlı kişi 

əhalinin 50 faizi səs hüququna malikdir; 2) icra hakimiyyətinin 

məsul başçısı ya seçkili parlamentdə  əksəriyyətin dəstəyini 

özündə saxlamalı, yaxud da vaxtaşırı ümumxalq seçkilərində 

seçilməlidir. 

Birinci demokratik dalğanın məhz ABŞ-da, yalnız ağdərili 

kişi  əhali səs verdiyi ölkədə başlandığı barədə Hantinqtonun 

irəli sürdüyü ideya həmin məsələyə bir qədər ehtiyatla 

yanaşmağı  tələb edir, çünki demokratiya bir cəmiyyətin bütün 

üzvlərinin onun ictimai-siyasi həyatında lazımınca iştirak 

etməsini nəzərdə tutur. ABŞ-da isə bu məsələ uzun müddət həll 

edilməmiş qalmışdır. 

                                                 

1

 

Schmitter, 1995 // Шмиттер Ф. Размышления о гражданском обществе 



и консолидации демократии // Полис. 1966, № 5.

 



 

 

100 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Demokratikləşmənin birinci dalğası  Qərbi və  Şərqi 



Avropanın, Latın Amerikasının bir çox dövlətlərini bürümüş və 

əslində, ötən əsrin, 20-30-cu illərinədək davam etmişdir. Həmin 

dövr  ərzində bu dalğa geniş  məkanları  əhatə edərək  İsveçrə, 

Fransa, Böyük Britaniya, İtaliya, Argentina, Çili, İspaniya, 

Portuqaliya, Yunanıstan, Litva, Latviya, Estoniya, Polşa, 

Braziliya, Uruqvay və hətta Yaponiyada rejimləri dəyişmişdir. 

Demokratikləşmənin  ən uzunsürən dalğasının geri çəkilmə-

sinin başlanğıcı Benito Mussolininin 1922-ci ildə  İtaliyada 

hakimiyyətə  gəlişi ilə qoyulmuş, nəticədə  zəif və korrupsiyalı 

İtaliya demokratiyası süquta uğramışdır. 1926-cı ildə Portuqali-

yada hakimiyyət Antonio de Salazarın əlinə keçdi. 1930-cu ildə 

o, faşist “Milli İttifaq” partiyasını yaratdı. Bu partiya “unitar 

korporativ respublika” tərəfdarı idi, 1933-cü il konstitusiyasının 

(habelə ona əlavənin – “müstəmləkə aktı”nın) hazırlanmasında 

iştirak etmiş  və korporativ faşist dövləti yaradılmasını başa 

çatdırmışdır. Üç ildən sonra, 1933-cü ildə Almaniyada Adolf 

Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya və Avstriya 

demokratiyalarının tarixi başa çatdı ki, bu da Avropada və 

ümumən dünyada ən böyük siyasi kataklizmlərin əsasını qoydu. 

Bütün bu proseslərdə SSRİ-yə eyni əhəmiyyətli rol verilirdi, 

hərçənd, Hantinqton bəzi dövlətlərdə demokratiyaların süqutu-

nun bütün səbəblərini tam göstərmir. Lakin məsələn, İspaniya-

nın timsalında bu ölkədə demokratiyanın süqutunda Moskvanın 

rolu barədə mühakimə yürütmək olar. 

Məlum olduğu kimi, 1938-ci ildə sovet hökuməti respublika-

çılara hərbi yardımı kəskin surətdə azaltmışdı. İspaniyaya gələn 

sovet könüllülərinin tərkibi də dəyişmişdi. Əgər 1936-cı ildə – 

1937-ci ilin birinci yarısında buraya zəngin hərbi təcrübəsi olan 

və akademiyaları bitirən yüksək ixtisaslı mütəxəssislər 

gəlirdisə, Qızıl Ordunun ali komanda heyətinə divan tutulduq-

dan sonra İspaniyaya orta və kiçik rütbəli komandirlər göndə-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə