Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə29/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   25   26   27   28   29   30   31   32   ...   253

 

 

95



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Lakin  əgər hətta demokratik baxışlar bəşəriyyətin hərtərəfli 



inkişafı üçün şərait yaratmış olsa da, beynəlxalq münasibətlərdə 

vasitə kimi demokratiyadan tez-tez istifadə edilməsi açıq cə-

miyyətin və  vətəndaş  cəmiyyətinin qurulmasına dair irəli sü-

rülən reseptlərin mahiyyəti barədə birmənalı olmayan müna-

sibət doğurur. Belə yanaşma bir çox yeni müstəqil dövlətlər 

üçün xeyli dərəcədə sovet keçmişini və Oruellin Böyük qardaş 

əlaməti altında meydana gəlmiş vahid siyasi və iqtisadi hege-

monluq ideyasını xatırladır. 

Demokratikləşmə proseslərinin tarixi təcrübəsinin öyrənil-

məsi avtokratiyadan demokratik rejimə keçidin müxtəlif yolları-

nı fərqləndirmək üçün nəzəri maraq doğurur. Məsələn, Amerika 

politoloqu S.Lakof demokratik quruluşun təşəkkülünün aşağı-

dakı tarixi modellərini göstərmişdir: 

1. İnqilab yolu ilə. XVIII əsr İngiltərə burjua inqilabı, Böyük 

Fransa inqilabı  və  Şimali Amerikanın Birləşmiş  Ştatlarında 

müstəqillik uğrunda müharibə bu modelin klassik nümunəsidir. 

XX əsrin reallıqlarına uyğun olaraq, Rusiyada 1917-ci il Fevral 

inqilabını (bəzən onu çevriliş adlandırırlar) və Portuqaliyada 

1974-cü il Aprel inqilabını bu modelə aid etmək olar. Mərkəzi 

və  Şərqi Avropa ölkələrində 1989-cu ildə baş vermiş inqilabi 

hadisələr də buraya daxildir. 

2. Təkamül yolu ilə. Bu model XVII əsr ərzində – XX əsrin 

birinci yarısında mütləq monarxiyadan və ya oliqarxiya idarə 

üsulundan demokratik quruluşun müasir variantının təşəkkülü-

nədək uzun siyasi təkamül keçən bir sıra Avropa ölkələri üçün 

xarakterikdir. Təkamül yolu Latın Amerikası  və Asiyanın bir 

sıra dövlətləri üçün də xarakterikdir. 

3. Kənar təsir nəticəsində  və ya kənardan bir növ qəbul 

etdirilmiş model. Burada İkinci Dünya müharibəsindən sonra 

Almaniyada, İtaliya və Yaponiyada demokratik siyasi sistemin 




 

 

96 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 



Demokratiyada səfehlərin səs vermək,

  

diktaturada isə idarə etmək hüququ 

vardır. 

 

Bertran Rassel 

təşəkkülündən söhbət gedir. Bu ölkələrdə faşist və militarist re-

jimlərin darmadağın edilməsi, onların  ərazilərində  işğalçı müt-

təfiq qoşunlarının yerləşdirilməsi orada demokratik siyasi reji-

min təşəkkülü və sonralar möhkəmlənməsi üçün şərt olmuşdur. 

4. Yuxarıdan həyata keçirilən demokratik transformasiya. 

Bu variant demokratiyanın inkişafının təkamül yolu ilə  sıx 

çulğaşır. Həmin model hakim siyasi elitanın cəmiyyətdə böhran 

təhlükəsini dərk edərək və bu böhranı sovuşdurmağa çalışaraq, 

demokratik müxalifətlə danı-

şıqlara gedən və siyasi sis-

temdə  nəticə etibarilə de-

mokratik rejimin təşəkkü-

lünə doğru aparan islahatın 

həyata keçirilməsinə (bu və ya digər dərəcədə ardıcıllıqla) 

başlayan ölkələr üçün xarakterikdir. Bu model, məsələn, 

1970-ci illərin axırları – 80-ci illərin  əvvəllərində Frankodan 

sonrakı İspaniya, habelə Braziliya üçün səciyyəvidir. 

5. Qarışıq model. O, əvvəlki variantların hamısını və ya ço-

xunu  əhatə edir, çünki ölkələrin  əksəriyyətində (xüsusən də 

müasir, Üçüncü dalğa ölkələrində) demokratikləşmənin yuxarı-

da göstərilən modelləri olduğu kimi təzahür etməmişdir. Məsə-

lən,  əgər Portuqaliyada demokratikləşmə üçün ilkin təkan 

1974-cü il inqilabı olmuşdusa, ayrı-ayrı dövrlərdə kəskin siyasi 

mübarizə  şəraitində  cərəyan etmiş sonrakı proses demokratik-

ləşmənin dəstəklənməsi uğrunda kütləvi hərəkatlarla, daha 

sonralar isə hakim elitanın rəhbərliyi altında rejimin nisbətən 

dinc təkamülü ilə müşayiət olunmuşdur. Oxşar qarışıq model 

keçmiş SSRİ respublikaları üçün də,  Şərqi Avropanın bir çox 

postsosialist ölkələri üçün də xarakterikdir. 

S.Hantinqton demokratiyaya keçidin bir qədər başqa, amma 

ümumən, oxşar təfsirinə  tərəfdardır və o da aşağıda sadalanan 

dörd tipi fərqləndirir: 



 

 

97



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

1. Vahid səbəb. Bir neçə dövlət üçün demokratiyanın bər-



qərar edilməsinə  gətirib çıxaran vahid səbəb olmalıdır. Bu isə 

böyük müharibə, yaxud bir çox cəmiyyətləri  əhatə etmiş digər 

mühüm hadisə ola bilər. 

2. Paralel inkişaf. Bir neçə ölkədə oxşar proseslər baş verir 

ki, onlar da, hansı ölkədə cərəyan etməsindən asılı olmayaraq, 

eyni dəyişikliklərə səbəb olur. Məsələn, tədqiqatçılar bildirirlər 

ki, ölkə iqtisadi inkişafın müəyyən hüdudlarından yan keçərək

adambaşına düşən ümumi milli məhsulun konkret səviyyəsinə 

və ya savadlılığın müəyyən səviyyəsinə nail olaraq, demokrati-

yaya keçidə hazırlaşır. Bu halda hər bir ölkədə demokratikləşmə 

həmin ölkə üçün səciyyəvi xüsusiyyətlərlə şərtlənir, amma bü-

tün ölkələrdə oxşar nəticələr doğurur. 

3. Qar topası hadisələrin bir ölkədən digərinə sürətlə keçidi 

nəticəsində  əmələ  gəlir.  İnformasiya texnologiyaları dövründə 

bir ölkədə baş vermiş proseslər digərlərində müqayisə edilə 

bilən hadisələrə təkan verə bilər, öz növbəsində, onlar isə daha 

hansısa ölkələrə təsir göstərə bilər və s. 

4. Ən sevilən çarə müxtəlif ölkələrdə baş verən və buna bax-

mayaraq, zamanın ruhuna uyğun gələn “dəbdə olan dər-

man”dan, bütün dərdlərin  ən təsirli dərmanından ibarət olan 

vahid reaksiyalarda təzahür edir. Məsələn, ölkələrdən birində 

inflyasiya, digərində qanunların rolunun aşağı düşməsi, üçüncü-

sündə hərbi məğlubiyyət və sair ölkələrin ayrıca götürülmüş bir 

qrupunda demokratik dəyişikliklərə  səbəb ola bilər. Yəni, baş-

lanğıc dəyişikliklərdəki fərqlərə baxmayaraq, tamamlayıcı dəyi-

şikliklər əsas etibarilə oxşardır. 

1990-cı illərin əvvəllərində siyasi elmə yeni anlayış – demo-

kratikləşmə dalğaları anlayışı daxil oldu. Bu anlayış ölkələrarası 

məkanı – demokratik prosesin vaxtını  əks etdirir. Demokratik 

dalğalar nəzəriyyəsinin hazırlanmasında və onun müasir dal-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə