Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə32/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   28   29   30   31   32   33   34   35   ...   253

 

 

104 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

biya, Venesuela, Argentina, Peru, Braziliya, Kosta-Rika və 



Uruqvay kimi bir sıra dövlətlər demokratiya və ya məh-

dudlaşdırılmış demokratiya prinsiplərinə qayıtdı. Cənub-Şərqi 

Asiya dövlətləri də demokratiyaya doğru keçid etdi, Hindistan

Şri-Lanka, Malayziya və Pakistan kimi ölkələr özlərində de-

mokratik rejimlərə bənzər rejimlər formalaşdırdı. 

1960-cı ildə Afrikanın ən iri dövləti – Nigeriya demokratik 

inkişaf yoluna qədəm qoydu. 

İsrailin demokratik dövlət kimi təşəkkülü də  həmin dövrə 

aiddir. 

Lakin demokratikləşmənin birinci dalğası kimi, ikinci dal-

ğası da geriçəkilməyə məhkum idi. Buna isə heç də demokratik 

rejimlərin zəifliyi səbəb olmamışdır. Dünyanın bir çox dövlət-

lərində demokratiyanın süqutunda əsas rolu geostrateji və coğ-

rafi-iqtisadi reallıqlar oynamışdır ki, bunların da mahiyyəti ma-

liyyə imkanları  və yeni iqtisadi üstünlüklər uğrunda müba-

rizədən ibarət idi. 

Məlum olduğu kimi, iqtisadi və siyasi nüfuzun qlobal amili 

olan neft erası XX əsrin 50-ci illərində başlanmışdır. O illəri iri 

neftçıxarma şirkətlərinin – Amerika və Avropanın biznes aləmi-

nə  mənsub olan və  həmin dövrdə çox böyük hakimiyyətə 

yiyələnmiş və ağlasığmaz məbləğdə izafi mənfəət qazanmış ilk 

cığıraçan qansoranlar epoxası adlandırmaq olar. 1960-cı illər 

ucuz neft və “qara qızıl”ı ucuz qiymətə və getdikcə artan qeyri-

məhdud miqdarda alan istehlakçılar epoxası kimi yadda 

qalmışdır. Həmin onillikdə Neft İxrac Edən Ölkələr Təşkilatı 

(OPEK) meydana gəldi və möhkəmləndi, hasilatçılarla isteh-

lakçılar, hasilatçılarla  şirkətlər arasında gərgin qarşıdurma ya-

randı. Elə həmin vaxt bədnam “yeddi bacı” (Qərbin yeddi ən iri 

neft  şirkəti) Amerika ictimaiyyətinin nəzərində, sözün əsl 

mənasında, rüsvay oldu. 




 

 

105



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

1970-ci illər OPEK-in istehlakçı ölkələrlə  və onların iri 



şirkətləri ilə birbaşa qarşıdurmasında qalib gələn neft hasil edən 

ölkələrin təntənəsi onilliyinə çevrildi. Nəticədə yaranan böhran 

neftin qiymətlərini qaldırdı və bu qiymətlər 1973-1974-cü illər 

üçün dörd dəfə artdı. 

1950-ci illərin  əvvəllərində ser Hans Siqler və Raul Prebiş 

(Argentina iqtisadçısı) belə bir tezis irəli sürdülər ki, inkişaf 

etməkdə olan ölkələrin real mübadilə  şərtlərinin göstəricisi – 

term of trade (ticarət  şərtləri) bir sıra səbəblər üzündən daim 

pisləşir, ona görə  də bu ölkələr idxalın müəyyən həcmini sax-

lamaq üçün öz məhsulunu daha çox ixrac etməyə  məcburdur. 

Belə çıxır ki, onlar getdikcə daha çox məhsul istehsal edir, lakin 

bu, rifahı yüksəltməyən, “yoxsulluq doğuran” artımdır. Bu, 

dünyada baş verən sosial-iqtisadi proseslər üzərində çox mü-

hüm müşahidə, siyasətçilər və dövlət başçılarına gələcək üçün 

nəticələr çıxarmağa imkan verən müşahidə idi. Lakin alimlərin 

üzə çıxardıqları və sosial fəlakətlərə səbəb ola biləcək qanuna-

uyğunluq aradan qaldırılmadı. 

Bütün bunlar bəzi ölkələrdə siyasi qruplaşmaların dövlətin 

təbii sərvətlərindən məqsəddənkənar istifadə hesabına  şəxsi 

varlanmaq üçün birinciliyə nail olmaq niyyətinə  əhəmiyyətli 

dərəcədə  təsir göstərirdi. Bununla yanaşı, kapitalın müstəqil 

artımının əvvəlki mexanizminin imkanlarının tükənməsi ilə əla-

qədar istehsalı optimallaşdırmaq yollarının axtarışında, habelə 

iqtisadi həyatın tənzimlənməsinə dair keynsçi reseptlərin böh-

ranında öz ifadəsini tapan 1970-80-ci illərin dünya iqtisadi 

böhranı belə bir məsələ üzərində düşünməyə vadar etmişdi: 

böhranların tez-tez baş verməsində, kütləvi işsizlikdə  və 

inflyasiya proseslərinin sürətlənməsində özünü büruzə verən 

dünya iqtisadiyyatının pozulması, ümumiyyətlə, iqtisadi sistemə 

daxilən xas olan uzunmüddətli dövri dəyişmələrin təzahürü de-

yilmi? Bütün bunlar Böyük Britaniya və Fransanın keçmiş müs-



 

 

106 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

təmləkələrində, habelə demokratik rejimlərin hələ formalaş-



madığı dövlətlərdə siyasi proseslərə təsir göstərməyə bilməzdi. 

1960-cı illərdə  hətta Böyük Britaniyada dövlətin iqtisadi 

siyasətinin məqsədlərindən heç birinin həyata keçirilmədiyi və-

ziyyət yaranmışdı; son dərəcə qeyri-adi vəziyyət və olduqca pis 

iqtisadi mövqe əmələ gəlmişdi. İqtisadiyyat süst inkişaf edirdi, 

canlanma isə müşahidə olunmur və gözlənilmirdi. İqtisadiyyatı 

irəlilədə biləcək innovasiyalar meydana gəlmirdi. Eyni 

zamanda, inflyasiya tüğyan edirdi. Odur ki, ölkə yeni iqtisadi 

fenomenlə – staqflyasiya ilə tanış olmuşdu ki, bu da iqtisadi 

durğunluğun (staqnasiyanın) qiymətlərin yüksək sürətlə artımı 

ilə birləşməsi deməkdir.  İnflyasiyanın inkişafı hakimiyyət 

orqanlarının və  həmkarlar ittifaqlarının nominal əmək haqqı 

barədə apardıqları  və  tətillər nəticəsində tez-tez dayandırılan 

sərt danışıqlarla müşayiət olunurdu. 

1975-ci ilədək 38 ölkədə dövlət çevrilişləri baş verdi, 1958-

ci ildən fəaliyyət göstərən 32 demokratik rejimin üçdəbiri 1970-

ci ilin ortalarınadək avtoritar rejimlərə çevrildi

1



1960-cı ildə qonşu Türkiyədə  hərbi çevriliş oldu.  1950-ci 

illərdə, Demokratik Partiyanın hakimiyyəti dövründə Türkiyədə 

hərbçilərin sosial vəziyyəti çox pisləşmişdi və bu, 1960-cı il 

dövlət çevrilişinin səbəblərindən biri idi. Çevrilişdən sonra 

orduda  əmək haqqı artırıldı  və bir sıra güzəştlər tətbiq edildi. 

Milli Birlik Komitəsi Adnan Menderes hökumətini devirdi və o, 

sonra edam olundu. 

1967-ci ildə Yunanıstanda “qara polkovniklər”in təzyiqi 

nəticəsində demokratiya süquta uğradı. 60-cı illərin ortalarında 

orada ciddi hakimiyyət böhranı müşahidə olunurdu ki, buna da 

aramsız hökumət dəyişmələri, hər cür sosialist və kommunist 

                                                 

1

 

С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М., 



2003, стр.31.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə