Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə31/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   27   28   29   30   31   32   33   34   ...   253

 

 

101



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

rilməyə başlandı, korpus və diviziyalara isə baş leytenant və 



kapitanlar müşavir təyin edilirdilər

1



1938-ci ilin dekabrında Franko qoşunları Kataloniyaya geniş 

hücuma keçdilər, bunun nəticəsində respublikaçıların hərbi his-

sələri başıpozuq halda Fransa sərhədinə doğru geri çəkilməyə 

başladılar. 1939-cu ilin fevralında  İngiltərə  və Fransa respub-

likaçılar hökuməti ilə diplomatik münasibətləri kəsdiklərini və 

Franko rejimini tanıdıqlarını  bəyan etdilər. 1939-cu il martın 

23-də isə Madrid süqut etdi. 

SSRİ-də uzun illər İspaniyada vətəndaş müharibəsi tarixinin 

Stalin dövründə  qəbul edilmiş versiyası mövcud olmuşdur. 

Stalinçilərin cinayətləri haqqında bütün sübutlar cidd-сəhdlə 

gizlədilirdi. Məsələn, Amerika yazıçısı, Nobel mükafatı laureatı 

(1954-cü il) Ernest Heminqueyin “Zənglər kimin üçün çalınır” 

romanının nəşrinə qadağanın 1968-ci ilədək qüvvədə qalması, 

sonra isə bu əsərin çoxsaylı ixtisarlarla qısaldılmış  şəkildə 

buraxılması məhz bununla izah edilir. 

İspaniyanı Sovet İttifaqında kommunist, Qərbdə isə de-

mokratik ölkə kimi görmək istəyirdilər, halbuki ispaniyalıların 

özləri Frankoya üstünlük verdilər. L.Trotski dəfələrlə vurğu-

lamışdır ki, İspaniya inqilabının qələbəsi sosialist inqilabının 

digər ölkələrə  də yayılmasına yol açardı, lakin onun məğlu-

biyyəti mütləq dünya müharibəsinin başlanğıcı olardı.  Əgər 

İspaniya inqilabı  qələbə çalsaydı, o, Fransada və Avropanın 

digər ölkələrində inqilabi hərəkata güclü təkan verərdi. İnqilabi 

hərəkat dünya müharibəsinin qarşısını alar, onu gərəksiz və 

mümkünsüz edərdi. Ancaq Stalin və Xalq Cəbhəsi liderlərinin 

koalisiyası  İspaniyanın sosialist proletariatını o, hələ Franko 

tərəfindən qəti olaraq darmadağın edilməzdən əvvəl boğmuşdu. 

                                                 

1

 

М.Т.Мещеряков.  СССР  и  гражданская  война  в  Испании, “Отече-



ственная история”, 1993, № 3, стр.90.

 



 

 

102 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

“İspaniya inqilabının məğlubiyyəti Avropada inqilabi perspekti-



vi uzaqlaşdırır və imperialist müharibəsi perspektivini yaxın-

laşdırır. Bunu yalnız korlar görməyə bilərlər!”

1



İspaniya inqilabının məğlubiyyətindən sonra Trotski dünya 



müharibəsini qaçılmaz hesab edirdi, çünki bu məğlubiyyət 

dünya fəhlə  hərəkatının – faşistlərin planlarını poza biləcək 

yeganə qüvvənin daha çox ruhdan düşməsini  şərtləndirdi. O 

yazırdı: “İspaniyanın faciəli təcrübəsi dəhşətli xəbərdarlıq, 

bəlkə də, daha böyük hadisələr ərəfəsində son xəbərdarlıqdır”

2



Sonra demokratiyadan geriçəkilmə özlərində tam mənada 

demokratik təsisatlar qurmağa macal tapmayan digər dövlətləri 

bürüdü. Bolqarıstan, Yuqoslaviya, Litva, Latviya, Estoniya, Polşa, 

Yunanıstan, Uruqvay, İspaniya və başqa ölkələr bu və ya digər 

tarixi səbəblərə görə demokratik idarəetmə formasından 

uzaqlaşdılar. 1940-cı ildə Köhnə Dünyada – Avropada demokratik 

idarəetmə formasını saxlamış olan cəmi dörd dövlət vardı – Böyük 

Britaniya, İrlandiya, İsveçrə və İsveç. 

Beləliklə, birinci dalğa təkcə kommunist, faşist və militarist 

ideologiyaların təsiri altında deyil, həm də bolşevik Rusiyasının 

(Litva, Latviya və Estoniyanın işğalı) və XX əsrin əvvəllərində 

dünya siyasətinin  əsas aktorları olan İngiltərə  və Fransanın 

simasında Qərb dünyasının öz aralarında apardıqları böyük 

geosiyasi oyunlar nəticəsində geri çəkildi. 

İkinci Dünya müharibəsi qurtardıqdan sonra beynəlxalq və-

ziyyət və demokratik dövlətlərin (SSRİ istisna olmaqla) dünya 

siyasətində hökmranlığı demokratikləşmənin ikinci dalğasının 

başlanması üçün əlverişli şərait yaratdı. Müttəfiqlərin işğalı, ha-

belə müharibənin dağıtdığı Avropanın bərpasına yönəldilmiş 

Marşall planı, Trumen doktrinası demokratiyanın güclənməsinə 

                                                 

1

 



Бюллетень оппозиции, 1939, № 75-76, стр., 5.

 

2



 

Yenə orada, 1937, № 62-63, səh.14.

 



 

 

103



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiya xəstəliklərinin

ən yaxşı dərmanının

 

daha çox 

demokratiya olduğunu söyləmək, 

əslində, belə deməkdir ki, 

cinayətkarlığın

 

ən yaxşı

 

dərmanı 

daha çox cinayətlərin olmasıdır. 

 

Henri Luis Menken 

və universal dəyərlərin təsirinin genişlənməsinə  təkan verirdi. 

ABŞ-la müttəfiqlik münasibətləri olan dövlətlər nəinki yüksək 

sürətlə dirçəlməyə, həm də qonşularından – Varşava Müqaviləsi 

Təşkilatının üzvlərindən fərqli olaraq, real demokratik təsisatlar 

qurmağa, habelə  vətəndaş  cəmiyyətləri yaratmağa başlamışdı-

lar. “Sovet doktrinası” əsasında yatırılan Macarıstan (1956-cı il) 

və Çexoslovakiya (1968-ci il) hadisələri göstərdi ki, SSRİ öz 

müttəfiqlərini idarəetmənin totalitar normalarından uzaqlaşma-

ğa qoymayacaqdır. Demokratiya 1988-ci ildə Berlin divarı 

uçurulana qədər Şərqi Avropa üçün bağlı səhifə olaraq qaldı. 

Qərbi Avropa dövlətləri-

nin iştirakı ilə NATO, Avropa 

İttifaqı  və Avropa Şurasının 

yaradılması vahid universal 

dəyərlərin himayəsi altında 

məkanın genişlənməsində  də 

az rol oynamadı. 1940-cı 

illərin axırları – 50-ci illərin 

əvvəllərində meydana gələn regional təşkilatlar, əsasən, “kommu-

nist basqını”na qarşı bufer zonası yaradılmasını, demokratik döv-

lətlərin hərbi-siyasi və iqtisadi sahələrdə, habelə insan hüquqları və 

azadlıqlarının qorunması sahəsində  sıx  əməkdaşlığı üçün onların 

sabit və təhlükəsiz məkanını formalaşdırmağı nəzərdə tuturdu. 

“Demokratiyalar bir-birilə vuruşmurlar” tezisi real vəziyyəti 

əks etdirir, vaxtilə Russonun söylədiyi fikirlə polemikaya girir-

di. Russo hesab edirdi ki, daxili və xarici münaqişələrə  məhz 

demokratiyalar daha meyillidir. Türkiyə  və Yunanıstanda de-

mokratik rejimlərin bərqərar olması onların münasibətlərində 

gərginliyin azalmasına kömək etmişdir ki, bu da hər iki ölkəyə 

NATO-ya daxil olmağa imkan vermişdir. 

Müharibədən sonrakı dövrdə Latın Amerikası da demokra-

tikləşmənin ikinci dalğasının təsiri altına düşmüşdür. Kolum-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə