Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə39/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   35   36   37   38   39   40   41   42   ...   253

 

 

125



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Geosiyasət dünyanın müxtəlif guşələrində demokratik 



maraqların müəyyən edilməsində hər zaman xüsusi rol oyna-

mışdır. Demokratiyanın yayılması XX əsrin ikinci yarısından 

başlayaraq “təfəkkürün müdaxiləsi” və  qərb dövlətlərinin 

çoxgedişli geosiyasi kombinasiyalarının  şərtləndirdiyi yeni 

strateji konsepsiya formasını almışdır. Ser Uinston Çörçillin 

Fultonda söylədiyi nitqində “kommunist partiyaları və onla-

rın beşinci dəstələri  bütün ölkələrdə xristian sivilizasiyası 

üçün böyük və  əfsus ki, getdikcə artan təhlükə törədir”

1

 

fikrini bəyan etməsindən sonra ABŞ və Britaniyanın geostra-



teji maraqları totalitar Sovet İttifaqının dağılmasına və 

Vankuverdən Urala qədər heç bir təhlükə törətməyən 

demokratik dövlətlər qurşağı yaradılmasına yönəlmişdi. 

Vaxt keçdikcə bu ideyanın həyata keçirilməsi yolları tək-

milləşdirilir, başqa metodlara transformasiya olur, lakin məq-

sədi hər zaman dəyişməz olaraq qaldı. Məsələn, “birincisi, 

hər hansı ölkənin vətəndaşlarının öz ölkələrinin hökumətini 

seçmək və gizli səsvermə yolu ilə azad, maneəsiz seçkilər 

keçirərək, yaşadıqları hakimiyyətin xarakterini və ya forma-

sını  dəyişmək hüququ vardır və bu hüquq həmin ölkənin 

konstitusiya normaları ilə  təmin olunmalıdır; ikincisi, hər 

hansı ölkədə fikir və söz azadlığı hakim olmalıdır və üçüncü-

sü, məhkəmələr icra hakimiyyətindən asılı olmamalı, hər 

hansı bir partiyanın təsirindən azad olmalı, həyata keçirdiklə-

ri ədalət mühakiməsi isə bu ölkənin geniş əhali təbəqəsi tərə-

findən bəyənilən, və  ya    zamanın imtahanından çıxmış, 

yaxud ölkənin  ənənələrinə uyğun qəbul edilən qanunlara 

əsaslanmalıdır”

2



                                                 



1

 Речь Уинстона Черчилля в Вестминстерском колледже, г. Фултон, 

штат Миссури, США, 5 марта 1946 г. 

2

 Yenə orada. 




 

 

126 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

“Üçüncü demokratik dalğa” özünün “Şərqə hücumu”nu 



müəyyən ərazidən keçən tufan kimi başladı. Demokratiyanın 

belə  məqsədyönlü yayılması onunla bağlıdır ki, demok-

ratikləşmə prosesləri: 

  bir-birinin ardınca həyata keçirilirdi, bu da öz növ-

bəsində demokratiyanın donorları olan Qərb 

dövlətlərinin yeni sıçrayış  üçün maliyyələrini və 

qüvvələrini uğurla səfərbər etməsinə şərait yaradırdı; 

  müəyyən  əraziləri başdan-başa bürüyən dalğaya 

bənzəyirdi; 

  demokratikləşdirilən cəmiyyətin siyasi, iqtisadi və 

sosiomədəni təsisatlarını bütünlüklə transformasiyaya 

uğradan qlobal dalğa şəklində idi. 

“Demokratik sıçrayış” mövcud rejimin qərb demokratiya-

larına geosiyasi münasibətinin xarakteri ilə müəyyənləşirdi. 

“Dalğa” bunun əsasında  ərazinin iqtisadi imkansızlığı 

üzündən Qərb dövlətlərinin maraqlarının həyata keçməsinə 

uyğun gəlməyən rejimin dəyişdirilməsi üçün ərazi seçirdi. 

Əbəs yerə deyil ki, diktator Ferdinand Markos 

hakimiyyətdən kənarlaşdırılandan sonra ABŞ-ın köməyi ilə 

Havay adalarına qaçmışdı,  İran inqilabı zamanı  şahı 

dəstəkləməkdən imtina etmək haqqında qərar isə 1978-ci ildə 

“Böyük yeddiliyin” görüşündən sonra qəbul olunmuşdu. 

Demokratiya və geosiyasət həmişə qoşa addımlayıbdır. 

XX  əsrin ikinci yarısında “demokratiyanın yayılması” 

anlayışına daha bir termin – geoiqtisadiyyat da əlavə 

olundu. Yeni nəqliyyat arteriyaları, qlobal maliyyə 

əməliyyatlarının iqtisadi üstünlükləri, yeni ərazilərin 

öyrənilməmiş  təbii ehtiyatları, inkişaf etməkdə olan 

ölkələrin ucuz işçi qüvvəsi və yeni müstəqil dövlətlərin 



 

 

127



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratik təsisatlar özləri yaxşılaşa 

bilməz, onların yaxşılaşması bizdən 

asılıdır. Demokratik təsisatların 

yaxşılaşdırılması problemi təsisatlar 

qarşısında deyil, həmişə şəxsiyyətlər 

qarşısında duran problemdir. 

 

Karl Popper

təsərrüfat-sənaye kompleksinin geridə qalması “demokratik 

dalğanın” genişlənməsinə və birinin digəri  üzərində ucdan-

tutma üstünlük qazanmasına  əlverişli  şərait yaradırdı. 

Demokratik meyillər ayrıca götürülmüş  ərazi və regionlar 

üzərində iqtisadi üstünlüyə əhəmiyyətli dərəcədə uduzan bir 

şəkil almağa başlayırdı. 

Sosiumun həyat fəaliyyətinin siyasi, iqtisadi və sosiomə-

dəni aspektlərini “həzm etmiş” ümumdünya inteqrasiyası 

aparıcı dövlətlərin xarici siyasət prioritetlərinin müəyyən 

edilməsində birinciliyi, əsa-

sən, “Böyük yeddiliyin” 

maraqlarını  əhatə edən və 

investisiya qoyuluşunun 

vahid iyerarxiyası konqlo-

meratından ibarət olan 

 

maliyyə məsələlərinə verdi. 



 

§ DEMOKRATİYA GEOSİYASƏTİ 

 

1985-ci il dünyanın siyasi strukturunda daha dərin trans-



formasiyalar dövrü oldu. On illərlə davam edən “soyuq mü-

haribə”dən sonra Qərb üçün daha açıq olan bir adamın – 

M.S.Qorbaçovun hakimiyyətə  gəlməsi ilə beynəlxalq siya-

sətdə demokratik dəyişikliklərin ilk əlamətləri göründü. 

Sov.İKP MK Baş katibinin Böyük Britaniyanın Baş naziri 

M.Tetçer ilə görüşləri, sonra isə  ABŞ Prezidenti Reyqan ilə 

üçtərəfli görüşü, Moskva və Vaşinqtona qarşılıqlı  səfərlər 

düşmən ideologiyaların münasibətindəki buzu əritdi. 

Beynəlxalq münasibətlərin “Soyuq müharibə”nin bit-

məsi, Berlin  divarının sökülməsi, Qarşılıqlı  İqtisadi Yar-

dım Şurasının dağılması, sovet respublikalarında xalq 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə