Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə47/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   43   44   45   46   47   48   49   50   ...   253

 

 

149



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

sahəsinə yayılmasından ibarətdir.  İndi yeni maliyyə 



subsidiyalarının  əsas alıcısı  hərbi idarə oldu: Pentaqonun 

büdcəsi 400 milyard dolları keçdi ki, bu da NATO dövlət-

lərinin hərbi xərclərinin cəmindən çox idi. Hərbi qüvvələrin 

ən yeni “ağıllı silah” (smart weapons) növləri ilə  təchiz 

edilməsinə başlandı. Bu silahlar “nöqtə  zərbələri”, fəal “qa-

baqlayıcı addımlar”,  ən müasir informasiya texnologiyaları-

nın köməyi ilə  hərbi  əməliyyatların idarə olunmasının tək-

milləşdirilməsi hesabına ABŞ silahlı qüvvələrinin itkilərini 

azaltmağa yönəldilmişdir. 

Pentaqon “Birgə baxış-2020” proqramını  qəbul etdi. Bu-

nun mahiyyətini dünyanın beş  hərbi zonaya bölünməsi (hər 

birinin  əlahiddə idarə  və komandanlıq strukturu olan 

dairələr), keçmiş SSRİ-ni sıx halqaya alan 350 hərbi bazanın 

müasirləşdirilməsi, Dünya okeanının bütün əsas zonaların-

dakı 12 hərbi dəniz birləşmələrinin maddi-texniki və tele-

kommunikasiya imkanlarının möhkəmləndirilməsi təşkil 

edir. Xaricdə daimi xidmət etmək üçün 500 min nəfərin 

hazırlanması  nəzərdə tutulurdu. “Birgə baxış-2020” faktik 

olaraq, dünyada hərbi hökmranlıq proqramı oldu. Bu 

hökmranlığın aşağıdakı mühüm xüsusiyyətləri elan 

edilmişdir: 

  sülh dövründə inandırıcılıq; 

  müharibə zamanı qətiyyət; 

  münaqişəni istənilən formasında qabaqlama. 

Qlobal “demokratikləşmə” kontekstində “Nyu-York 

tayms” qəzetinin 2004-cü il 25 yanvar tarixli nömrəsindəki 

məqalədən gətirilən sitat maraq doğurur: “Əgər Nyu-York-

dakı Ticarət mərkəzinə  və Pentaqona hücum olmasaydı, 

kiçik Corc Buş onu fikirləşib tapmalı olacaqdı”.

 



 

 

150 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 



§ DEMOKRATİK TRANZİTLƏR 

   VƏ REJİMLƏR 

 

Müasir siyasi elm demokratik tranzitlər və demokratik 



rejimlərin tipologiyası sahəsində  bəşəriyyətə külli miqdarda 

tədqiqatlar və elmi araşdırmalar təqdim etmişdir. Demokratik 

rejimlərin tiplərinin ilk dəfə kim tərəfindən müəyyən edil-

məsini söyləmək çətindir, lakin tamamilə aydındır ki, onların 

sayı və müxtəlifliyi bəzən yeni nəticələr və elmi tədqiqatlar 

üçün yer qoymur. Hər necə olsa da, yeni dövlətlərin meydana 

gəlməsi, hakimiyyətdaxili münasibətlərin  əvəzlənməsi və 

sosiomədəni seqmentlərin yekcins olmaması daim demokra-

tik rejimlərin yeni modellərini ortaya çıxarır ki, onlar da öz 

növbəsində araşdırılıb təhlil oluna bilər. 

Elmi fənn kimi demokratiya son dərəcə geniş sahəni əhatə 

edir, buna görə də biz bu kitabda demokratik rejimlərin yal-

nız məşhur müəlliflər tərəfindən irəli sürülmüş tipologiyala-

rını təhlil edəcəyik. Bu təsnifatlardan çıxış edərək isə, ölkə-

mizdə demokratik dəyişikliklərin mahiyyətini  əyani  şəkildə 

izah etmək üçün Azərbaycanın dünya düzənində yerini 

göstərməyə çalışacağıq. Biz son iki əsr yarımda təklif edilən 

və özlüyündə geniş materialdan ibarət olan bütün modelləri 

nümayiş etdirməyi qarşımıza məqsəd qoymuruq. Siyasi 

məkanın mövcud və mümkün olan müsbət və mənfi inkişaf 

ssenarilərini təhlil etmək üçün yalnız tranzit cəmiyyətlərə və 

onlardakı siyasi idarəetmə modellərinə toxunacağıq. Aşağıda 

təqdim edilən modellər nüfuzlu alimlərin çoxillik araş-

dırmalarının məhsuludur və onları  nəzərdən keçirmək son 

dərəcə maraqlı olardı. 



 

 

151



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiyanın müasir modellərinin tipologiyasını müəy-



yənləşdirməyə ilk cəhd edənlərdən biri Kanada politoloqu 

K.Makferson olmuş, sonradan bu tipologiya D.Held tərəfin-

dən tamamlanmış və genişləndirilmişdir. Makferson və Held 

aşağıdakı demokratik modelləri fərqləndirmişlər: 

  klassik demokratiya, yəni antik demokratiya

  respublikaçılıq, yəni Qədim Romada respublika 

idarəetmə forması; 

  protektik (qoruyucu) demokratiya; 

  inkişafda olan demokratiya; 

  dövlətin ölüb getməsi nəzəriyyəsi (K.Marks); 

  bəhsləşən elitizm; 

  plüralist demokratiya; 

  nümayəndəli demokratiya nəzəriyyəsi; 

  leqal demokratiya modeli. 

Biz klassik demokratiya və respublikaçılığı  nəzərdən ke-

çirməyəcəyik, çünki kitabın  əvvəlində buna bənzər model-

lərin  əsas cəhətlərinə toxunmuş, habelə o dövrün mütəfək-

kirlərinin problemə baxışlarını aydınlaşdırmışıq. XVII-XVIII 

əsrlərə aid demokratiya modelləri bizim üçün daha böyük 

maraq doğurur. 

K.Makferson və D.Heldin tədqiqatlarında liberal de-

mokratiyanın protektiv (protektive) və inkişafda olan 

(developmental) modelləri fərqləndirilir.  

Birinci istiqaməti C.Lokk, Ş.L.Monteskyö,  İ.Bentam, 

Ceyms Mill, ikincini isə A.de Tokvil, C.S.Mill, C.Dyui, 



 

 

152 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

L.T.Hobkaus və başqaları təmsil edirlər. Hər iki model üçün 



ümumi cəhət vətəndaş cəmiyyətinin dövlət qarşısında üstün-

lüyü, təmsilçilik üsul-idarəsində özünü göstərən xalq su-

verenliyi, şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasıdır

1



Marksizmin siyasi-hüquqi nəzəriyyəsində kommunizm 

cəmiyyətində dövlətin siyasi hakimiyyətinin ölüb gedəcəyi, 

antaqonist maraqları olan siniflərin olmayacağı ideyası irəli 

sürülür. Bu fikir gələcək cəmiyyətdə dövləti “cəhrə  və bü-

rünc balta ilə yanaşı qədim əşyalar muzeyinə” təhvil verməyi 

qarşısına məqsəd qoymuş proletariata miras qalmış dövləti 

bəla adlandıran Engels tərəfindən xüsusilə  fəal müdafiə 

olunurdu. 

Fəhlələrin Beynəlxalq Cəmiyyətində anarxistlərlə  və Al-

maniya fəhlə  hərəkatında lassalçılarla amansız diskussiyala-

rın əsas mövzusu siyasi inqilab və proletar diktaturası ideyası 

idi. Marksizmi anarxistlərlə dövlətin ölüb getməsi ideyası ya-

xınlaşdırırdı, lakin anarxistlər siyasi mübarizəni və proletar 

dövlətini inkar edirdilər. Siyasi fəaliyyətin zəruriliyinin qəbul 

edilməsində, xüsusilə  də seçki hüququ uğrunda mübarizə 

məsələsində isə lassalçılarla mövqe ümumi idi, lakin lassal-

çılar zorakı siyasi inqilabların və diktaturanın əleyhinə idilər. 

Demokratiyanın digər forması – sosial demokratiya ideo-

logiyası XIX əsrin birinci yarısının ideya və meyillərindən 

yaranmışdır. Zəhmətkeşlərə ciddi ictimai çevriliş etməyə 

kömək edən dövlət ideyası məhz o vaxt meydana gəlmişdir. 

Bu çevrilişə nail olmaq üçün həmin dövlət demokratik 

olmalı, ümumi seçki hüququ verməli, heç bir əmlak senzi 

qoymamalıdır. Nəzərdə tutulurdu ki, belə dövlət burjuaziyanı 

                                                 

1

 



М.Н.Грачев, А.С.Мадатов. Демократия: методология исследования, 

анализ перспектив. М., Алкигамма, 2004.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə