Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə50/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   46   47   48   49   50   51   52   53   ...   253

 

 

159



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Bizi müstəbidlikdən azadlığa pərqu 

döşək üstündə aparacaqlarını gözləyə 

bilmərik. 

 

Tomas Cefferson 

xış edir. Kütlələr hesab edir ki, siyasətə qarışmaq ixtiyarları 

vardır və bunu tez-tez edirlər, lakin bəzən şüurlu şəkildə fəal-

lıqdan çəkinir, hökumətə və marağı olan qrupların liderlərinə 

problemlərin özlərinin həll etməsinə imkan yaradırlar. 

Hazırda “plüralist” demokratiya modeli çox populyardır. 

Düzdür, onun başlıca qüsurunu onda görürlər ki, o, mütəşək-

kil qruplara həddindən artıq əhəmiyyət verir və hakimiyyətin 

onlardan daha güclü olanın  əlində  cəmləşməsinin mümkün-

lüyünü (“korporativizm”) lazımınca qiymətləndirmir. 

Robert Dal 1953-cü ildə 

çapdan çıxmış “Siyasət, iq-

tisadiyyat və rifah” əsərin-

də poliarxiyanı bir “proses” 

kimi nəzərdən keçirərək 

yazır ki, bəzi cəmiyyətlərdə 

demokratik məqsədlər hələ də aydın deyil və qeyri-liderlərin 

liderlər üzərində nisbətən güclü nəzarət həyata keçirməsi 

baxımından olduqca təxminidir. Dal bunu mümkün edə 

biləcək sosial proseslər sistemini “poliarxiya” adlandırmış-

dır. Dal poliarxiyanın beş interpretasiyasını təklif edir: 

a) müxalifətə  və hökumətin fəaliyyətinə müqavimət 

göstərənlərə qarşı dözümlülük səviyyəsi nisbətən yüksək 

olan, həmçinin hökumətin hərəkətlərinə  və  hətta müxtəlif 

rəsmi şəxslərin dinc yolla kənarlaşdırılmasına geniş təsir im-

kanlarının olduğu rejim tipi. Aşağıda biz, R.Dalın fikrincə, 

“poliarxiyanın” fəaliyyəti üçün real zəmin yaradan yeddi 

təsisatı göstərəcəyik. 

b) “tarixi və ya inkişafda olan, mühüm təkamül yolu 

keçmiş, – o cümlədən millətin siyasi təsisatları olan dövlət-

ləri demokratikləşdirmək və liberallaşdırmaq cəhdlərinin 



 

 

160 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

təsiri altında, – müəyyən təsisatlar sırası kimi dərk edilə bilən 



demokratikləşmə məhsulu

1



c) siyasi təsisatların demokratik prosesə uyğunluğun 

təmin edilməsinə istiqamətləndirilmiş yönümü kimi özünü 

göstərən demokratik prosesin zəruriliyi

ç) siyasi elitaların rəqabət mübarizəsinə siyasi nəzarəti 

şərtləndirən səlahiyyətin yoxlanılması sistemi; 

d) adi hüquqlara institusional qaydada təminat verildiyi və 

onların qorunduğu hüquq sistemi. 

Dal demokratiyanın nəzəriyyə  və modellərinin hərtərəfli 

öyrənilməsi  əsasında poliarxiyanın  əvvəlcə altı, sonra isə 

mövcud modellərin daha adekvat təhlilinə imkan yaradan 

yeddi əlamətini fərqləndirmişdir: 

1) hakimiyyət orqanlarının konstitusiya ilə təminat verilən 

seçkililiyi; seçkilərin köməyi ilə hökumətin qərarları 

üzərində nəzarət həyata keçirilir

2) məcburiyyət mexanizminin olmadığı azad və  ədalətli 

seçkilərin müntəzəm və vaxtaşırı keçirilməsi; 

3) praktik olaraq bütün yaşlı  əhaliyə seçkilərdə  iştirak 

etmək hüququ verən ümumi seçki hüququ; 

4) hakimiyyət orqanına seçilmək hüququ: bu hüquq 

praktik olaraq bütün yaşlı  əhaliyə verilir, baxmayaraq ki, 

seçilmək hüququ verən yaş senzi seçkilərdə  iştirak etmək 

hüququndan yuxarı ola bilər; 

5) özünüifadə azadlığı: vətəndaşlar cəzaya məruz qal-

maqdan çəkinməyərək, hakimiyyət orqanlarının, hökumətin

                                                 

1

 



Р.Даль.  Полиархия,  плюрализм  и  пространство. http://kant.narod.ru 

/dahl. htm

 



 

 

161



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

rejimin, sosial-iqtisadi quruluşun və hakim ideologiyanın 



tənqidi də daxil olmaqla, siyasi problemlərin geniş dairəsi 

barədə öz fikirlərini söyləmək azadlığı hüququna malikdirlər; 

6) alternativ informasiya: vətəndaşların alternativ infor-

masiya mənbəyi  əldə etmək hüququ vardır, üstəlik bu 

alternativ informasiya mənbələri real şəkildə mövcuddur və 

qanunlarla qorunur; 

7) assosiasiyaların muxtariyyəti; yuxarıda sadalananlar da 

daxil olmaqla, müxtəlif hüquqlarını  həyata keçirmək üçün 

vətəndaşlar müstəqil partiyalar və maraqlar üzrə qruplar da 

əhatə edilməklə, nisbətən müstəqil assosiasiya və  təşkilatlar 

yaratmaq hüququna malikdirlər

1



F.Şmitter və T.K.Linn bu yeddi əlamətə daha ikisinin 

əlavə olunmasını təklif edirlər: 

8) xalq tərəfindən seçilmiş  rəsmi  şəxslərin seçilməmiş 

rəsmi  şəxslər tərəfindən müqavimətə  məruz qalmadan özlə-

rinin konstitusion səlahiyyətlərini yerinə yetirmək imkanları 

olmalıdır.  Əgər hərbçilər, yaxud dövlət müəssisələri və ya 

idarələrinin əməkdaşları seçkili rəhbərlərdən asılı olmayaraq 

fəaliyyət göstərmək, xüsusilə də xalq tərəfindən seçilənlərin 

qərarlarına veto qoymaq imkanına malikdirlərsə, demokra-

tiya təhlükə qarşısında qalır; 

9) dövlət suveren olmalıdır və daha yüksək siyasi sistem-

lərdən asılı olmadan fəaliyyət göstərməlidir. Yəni, seçkili 

rəhbərlər kənarda razılaşdırılmadan hamı üçün məcburi olan 

qərarlar qəbul etməyə qadir deyilsə, onda sistemin demok-

ratikliyi sual altındadır. 

                                                 

1

 

М.Н.Грачев, А.С.Мадатов. Демократия: методология исследования, 



анализ перспектив. М., Алкигамма, 2004./Democracy and its Critics/ – New 

Haven; London, 1989, p.221.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə