Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə53/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   49   50   51   52   53   54   55   56   ...   253

 

 

168 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

dindəki Beynəlxalq Tədqiqatlar  İnstitutunun elmi işlər üzrə 



direktoru Gilyermo O´Donnel hesab edir ki, mövcud de-

mokratiyalar arasında hələ  dərk olunmasını gözləyən yeni 

“növ” vardır. O, bu formanı deleqativ demokratiya adlandırır. 

Deleqativ demokratiya təmsilçi demokratiyanın formaların-

dan biri olsa da, daha az liberaldır və əsas etibarilə prezidentə 

geniş  səlahiyyətlər verilməsinə yönəlmişdir. O, avtoritar 

rejimdən institusionallaşmış demokratik təsisatlara gedən 

yolda hakimiyyətin keçid forması kimi təqdim oluna bilər

hərçənd hakim siyasi qüvvələrin deleqativ demokratiyanı inki-

şafın ən məqbul yolu kimi rəsmiləşdirməyə çalışacağı ehtimalı 

böyükdür. G.O´Donnelin yazdığı kimi: “…bu ölkələrin ço-

xuna  əvvəlki avtoritar rejimlərdən miras qalmış  dərin sosial-

iqtisadi böhran siyasi hakimiyyətdən düzgün istifadə etmək və 

istifadə praktikası haqqında müəyyən təsəvvürləri elə  tərzdə 

möhkəmləndirir ki, bu ölkələr təmsilçi demokratiya yox, 

deleqativ demokratiya istiqamətində irəliləyir”

1



Avtoritarizmdən demokratiyaya ilk keçiddən sonra de-



mokratik seçilmiş hökumət üçün “institusionallaşmış, möh-

kəmlənmiş demokratik rejimə”

tranziti nəzərdə tutan “ikinci 



keçid” imkanı açılır. Lakin G.O´Donnelin qeyd etdiyi kimi

belə keçidə zəmanət yoxdur. “Yeni demokratiyalar avtoritar 

hakimiyyətə doğru tənəzzül edə, yaxud da zəif və qeyri-

müəyyən vəziyyətdə qala bilər. Belə  vəziyyət demokra-

tiyanın institusional formalarına gedən yolu kəsərək, sabit 

şəkildə qala bilər”

3



“İkinci keçidə” şərait yaratmaq üçün dövlətdə təmsilçilik 



üsullarını  və sosial agentləri, onların nümayəndələrini və 

                                                 

1

 www.politnauka.org/libraru/dem/odonnell.html 



2

 Yenə orada. 

3

 Yenə orada.



 


 

 

169



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

əhalinin ümidlərini  formalaşdıran əsas demokratik təsisatlar 



fəaliyyət göstərməlidir. Siyasi qrupların və sosial agentlərin 

demokratik təsisatlar yaratmağa marağının olması avtoritar 

rejimlərdən miras qalmış sosial-iqtisadi problemlərin həllinə 

kömək edir. Deleqativ demokratiya ölkələrində isə institu-

sional tərəqqi və sosial-iqtisadi problemlərin həllində höku-

mətin uğurları yalnız liderlərin seçkiqabağı  səsləndirdikləri 

bəlağətli sözlərdə qalır. 

G.O´Donnel deleqativ demokratiyanı  təmsilçilik de-

mokratiyasının aşağıdakı formalarında nəzərdən keçirir. 

1. Deleqativ demokratiyada prezident seçkilərində qələbə 

ölkəni istədiyin kimi idarə etməyə imkan yaradır. 

Dövlət başçısının fəaliyyəti yalnız mövcud hakimiyyət 

münasibətləri və konstitusiyada öz əksini tapmış ha-

kimiyyət müddəti ilə məhdudlaşır. Avtoritar sistemdən 

digər sistemə keçən bir çox tranzitar dövlətlərdə 

yaranmış siyasi vəziyyət və güclü prezident haki-

miyyətinə ehtiyac həmin effekti meydana gətirir. 

2. Bu cür sistemdə prezidentə müəyyən müddətə seçi-

cilərin iradəsinin icraçısı kimi yox, daha çox “millətin 

təcəssümü kimi, onun maraqlarının əsas qoruyucusu və 

bilicisi” kimi baxırlar. Bu da icra hakimiyyətindən 

daha geniş istifadə etmək imkanları yaradır. 

3. Bu cür sistemdə demokratik təsisatların olması 

vacibdir, ancaq onların gələcək institusionallaşmasına 

və inkişafına zərurət yoxdur. Belə  təsisatlar – 

“demokratik seçilmiş prezident statusunun daxili və 

beynəlxalq aləmdə verdiyi üstünlüklərə yalnız maneə, 

əlavə yükdür”. 




 

 

170 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

4. Nümayəndəli demokratiya həm  şaquli, həm də üfüqi 



iyerarxiya üzrə hesabat verməlidir. Bu, müəyyən və-

zifəli şəxsin öz borcunu lazımınca yerinə yetirməməsi 

və onun cəzalandırılması  məsələsini qoymağa imkan 

verir. Deleqativ demokratiyada şaquli hesabat məsələsi 

var, üfüqi hesabat məsələsi isə çox zəifdir və ya 

ümumiyyətlə yoxdur. G.O’Donnelin fikrincə, de-

mokratiyanın bu formasında icra hakimiyyəti üfüqi 

hesabatı “öz missiyalarının” yolunda maneə” hesab 

edir, ona görə  də bu cür təsisatların inkişafına hər 

vasitə ilə əngəl törədir”. 

5. Deleqativ demokratiyada siyasət  əvvəldən-axıradək 

prezidentin və onun yaxın  əhatəsinin ixtiyarındadır. 

Demokratiyanın bu forması üçün ifrat fərdiyyətçilik 

səciyyəvi cəhətdir, bu isə müəyyən mənada “qalib gə-

lən hər şeyi əldə edir” prinsipi ilə eyniləşdirilir. 

6. Siyasi qərarların sürətlə qəbul edilməsi, onların həyata 

keçirilməsi metodlarının riskli olması və nəticəyə görə 

məsuliyyətin prezident üzərində  cəmləşməsi üzündən 

səhvlərə yol verilməsi ehtimalının olması  cəmiyyətdə 

böhranlı  vəziyyət yaranmasına və prezidentin rey-

tinqinin dəyişməsinə səbəb olur. Ona görə də bu və ya 

digər sosial və iqtisadi problemlərin həlli zamanı 

prezidentin rolu “Məsih” rolu səviyyəsinə qaldırılır, 

lakin böhran dərinləşdikdə bunun əksi baş verir. 

Deleqativ demokratiya şəraitində prezidentin qərarlar 

qəbul etməsi və onları həyata keçirməsi daha asan olur. 

Latın Amerikasında qərarlar qəbul edilməsinin bu cür 

imkanı “dekretizm” adlanır. Demokratik təsisatların 

möhkəmləndiyi  şəraitdə prezidentin qərar qəbul 

etməsindən  əvvəl müəyyən prosedurların bütöv bir 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə