Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə56/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   52   53   54   55   56   57   58   59   ...   253

 

 

177



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

cəmiyyətin demokratik dayaqlarının səmərəsi azalır, münaqi-



şə ehtimalı çoxalır, çünki cəmiyyətdə güclü qütbləşmə gedir. 

Bu,  əsasən, onunla əlaqədardır ki, prezident qarşıdakı dörd 

və ya beş il üçün hakimiyyətə sahib olur və başqa siyasi 

qüvvələrin icra hakimiyyətindən istifadə edə bilməsi barədə 

söhbətlərin heç bir əsası yoxdur. Bu, prezidentin rolunu 

artırır, lakin labüd olaraq ictimai ziddiyyətlərin kəskin-

ləşməsinə gətirib çıxarır. 

Eyni zamanda, prezidentin səhnəarxası siyasətçilər 

tərəfindən deyil, birbaşa xalq tərəfindən seçilməsi müsbət 

haldır. Lakin seçkilərdə qalib gələn şəxsin topladığı səslərin 

faizinin ölkə əhalisinin əksəriyyətinin iradəsini əks etdirməsi 

ehtimalı  nə  dərəcədə böyükdür? Axı, çox vaxt elə olur ki, 

azacıq səs üstünlüyü ilə qalib gələn prezident olur, ikinci 

namizəd isə ondan cüzi fərqlə geri qalır. 

X.Lintsin mövqeyi belə bir inama əsaslanır ki, özlərini 

xalqın iradəsi ilə eyniləşdirən müxtəlif siyasi qüvvələr 

arasında koalisiya olmadığına görə, prezident idarəetmə 

forması daha az demokratikdir. X.Lints yazır: “Adətən, 

prezident mandatının qüvvədə olduğu bütün dövr üçün 

qaliblər və  məğlublar dəqiq müəyyən edilir. Bağlanmış 

ittifaqlarda hər hansı irəliləyiş olacağına, iri milli birlik 

koalisiyalarının və ya fövqəladə vəziyyətlərdə koalisiyaların 

yaradılması yolu ilə hakimiyyətin sabitliyinin artırılmasına, 

vəziyyətin kəskin  şəkildə  dəyişməsinə cavab olaraq yeni 

seçkilər keçirilməsinə heç bir ümid qalmır”

1



X.Lintsin fikrincə,  ən demokratik idarəetmə formasının 

əsası parlament sistemində mövcud olan və prezident 

                                                 

1

 



Хуан  Дж.Линц.  Опасности  президентства. http://old.russ.ru/antolog/ 

predely/2-3/dem14.htm

 



 

 

178 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

sistemində olmayan ictimai konsensusdan ibarətdir. Parla-



ment sisteminin real təntənəsinə nümunə kimi Lints 1977-ci 

ildə Frankonun ölümündən sonra keçirilmiş  və Baş nazir 

Adolfo Suaresin qələbəsinə  şərait yaratmış parlament 

seçkilərini göstərir. Bu seçkilərin nəticələri  əyani  şəkildə 

göstərdi ki, əgər parlament seçkiləri  əvəzinə prezident 

seçkiləri keçirilsəydi, heç bir partiya mütləq səs çoxluğu 

qazana bilməzdi, çünki seçicilərin fikirləri çox ciddi şəkildə 

qütbləşmişdi. Bu isə bu və ya digər siyasi qüvvənin üstün 

mövqe tutmasına imkan verməzdi. 

X.Lintsin fikrincə, Frankodan sonra İspaniya siyasəti 

parlamentarizmin çəkindirici təsirini özündə hiss edirdi; bu 

olmasaydı, populyar rəhbərliyə keçid və demokratik idarəet-

mənin möhkəmlənməsi başqa, daha sərt üsullarla baş verərdi. 

Bu fikri əsas götürsək aydın olur ki, müəllif parlamentarizmi 

totalitar sistemdən demokratik sistemə keçən cəmiyyətlər 

üçün demokratik idarəetmənin ən yaxşı forması hesab edir. 

Lints yazır ki, prezident hakimiyyətinin ikili təbiəti var, 

çünki bir tərəfdən, prezident dövlətin başçısı və bütün xalqın 

nümayəndəsidir, digər tərəfdən, o, müəyyən siyasi xəttin 

ifadəçisidir. Belə olan halda ümumi xəttin ifadə edilmə-

sindən danışmaq çətindir, çünki cəmiyyət çox müxtəlifdir və 

siyasi qütblər müxtəlif siyasi görüşləri  əks etdirir. “Seçici-

lərin çoxu və  əsas elit qrupların nümayəndələri belə hesab 

edirlər ki, dövlət başçısı kimi prezident partiya mənafelərinin 

fövqündə dayanmalıdır ki, millətin rəmzi olsun və 

hakimiyyətin sabitliyini təcəssüm etdirsin”. 

Eyni zamanda, siyasi praktikada çox vaxt “xalq” anla-

yışının və bütövlükdə xalqın iradəsinin seçilmiş prezidentin 

tərəfdarları olan qrupların mənafe və arzuları ilə  əvəz 



 

 

179



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiya çoxluğu bu barədə heç 

bir təsəvvürü olmayan məsələlərə dair 

qərarlar qəbul etməyə həvəsləndirir. 

 

Con Saymon 

olunmasına rast gəlmək olar. Ona görə  də elə bir təhlükə 

yaranır ki, dövlət başçısı “öz siyasətini xalqın iradəsinin ifa-

dəsi kimi, öz opponentlərinin siyasətini isə  məhdud məna-

felərin müdafiəsinə yönəlmiş pis niyyət kimi qiymət-

ləndirəcəkdir”. 

Xuan Lints vurğulayır ki, prezident rejimlərində 

müxalifətin yeri və rolu son dərəcə qeyri-müəyyəndir, çünki 

müxalifət liderləri “ümumiyyətlə heç bir dövlət vəzifəsi tuta 

bilməzlər və onların, məsələn,  İngiltərədə müxalifət 

liderlərinin malik olduğu yarımrəsmi statusu da yoxdur”. 

Lints prezident hakimiy-

yətinin sabit olmamasının 

və  əksinə, parlament ida-

rəetmə sisteminin demokra-

tikliyinin səbəblərinin bö-

yük bir siyahısını verir. O yazır ki, prezident hakimiyyəti: 

konsensusa nail olmaq və kompromis tapmaq üçün daha az 

imkan saxlayır; öz xalqının və ya partiyasının etimadını 

itirmiş prezidentin dəyişdirilməsi üçün daha uzunmüddətli və 

mürəkkəb proses yaradır (impiçmenti hökumətə etimadsızlıq 

votumu ilə müqayisə etsək, bu halda impiçment proseduru 

nəzərdə tutulur); hakimiyyəti  əldə saxlamaq cəhdlərinin 

təhlükəsiz olması üçün o, eyni şəxsin  əlində  həddən artıq 

cəmləşmişdir; kabinet üzvləri daha az müstəqildirlər, çünki 

onlar bu vəzifələri yalnız dövlət başçısının istəyi ilə tuturlar 

(halbuki, parlament sistemində hökumət kabinetinin üzvü 

daha sərbəstdir və baş nazir onunla ayaqlaşır, çünki kabinetin 

üzvü dəyişdirildikdə o, özünün parlamentdəki kreslosuna 

qayıdacaqdır); prezident seçkilərinin  əsasını  təşkil edən “ya 

hər şey,  yaxud da heç nə” prinsipi cəmiyyəti daha da qütb-

ləşdirir və vəziyyəti radikallaşdırır. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə