Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə54/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   50   51   52   53   54   55   56   57   ...   253

 

 

171



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

kompleksi həyata keçirilir. Qərarlar ləng qəbul edilir



lakin kifayət qədər sürətlə yerinə yetirilir. 

7.  İnstitusionallaşdırılmış demokratiya ictimai etimadın 

aldadılması imkanından qorunmuşdur, deleqativ de-

mokratiya isə onun nəticəsidir. Prezident vəzifəsini 

tutmuş siyasətçi seçkilər  ərəfəsində sosial-iqtisadi 

problemlərin həlli və siyasi şəraitin yaxşılaşacağı ba-

rədə hər cür vədlər verir. Lakin qalib gələndən sonra o, 

ekspansionist iqtisadi siyasət yeridir, sərt sabitləşdirmə 

proqramları tətbiq edir. 

8. Gilyermo O’Donnel yuxarıda deyilənləri yekunlaşdı-

raraq yazır: “Deleqativ demokratiya ölkəsində zəif na-

mizəd hər bir vətəndaşa çox da ciddi ziyan vurulmadan 

ölkəni xilas edəcəyini vəd edərək, seçkilərdə qalib 

gəlir, lakin az sonra əhalinin bir sıra təbəqələrinə xeyli 

ziyan vuran siyasət yeritməklə ölkənin taleyini qumara 

qoymuş olur”

1



Gilyermo O’Donnelin modelində deleqativ demokratiya-



nın avtoritarizmə yuvarlanması yolunda çox incə məhdudlaş-

dırıcılar vardır. Əslində, bu modelin demokratik rejimlər sis-

temində olması yalnız prezident seçkilərinin demokratikliyini 

və  bəzi demokratik normalara riayət olunmasını  təmin edir. 

Lakin sonradan vətəndaş  cəmiyyətinin və onun seqment-

lərinin formalaşması üçün real səmtinin olmadığına görə 

bütün bunlar yalnız demokratiya illüziyası yaradır,  əslində 

isə, cəmiyyəti avtoritar idarəetmə formasına sürükləyir. 

Müasir aləmdə zahirən demokratiyaya aid edilə biləcək, 

lakin daxili siyasətin reallıqların hakimiyyətə demokratik 

                                                 

1

 www.politnauka.org/library/dem/odonell.html 




 

 

172 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

təzyiq göstərmək üçün səmərəli mexanizmlərin olmadığını 



və sosial-iqtisadi uğurların məhdudluğunu göstərən bu cür 

rejimlər az deyildir. Demokratik dövlətlər iqtisadi sərbəstlik 

indeksini artırmaqla öz iqtisadi potensialını daha sürətlə 

inkişaf etdirir. Dövlətdə liberalizm nə  qədər az olsa, de-

mokratik təsisatlar nə qədər zəifdirsə və buna müvafiq olaraq 

səmərəsizdirsə, nümayəndəli demokratiya hakimiyyətinin 

imkanları da bir o qədər  əhəmiyyətli dərəcədə azalır. Bu 

hakimiyyət ya 1) “ikinci keçid” etməli; 2) yaxud da “birinci 

keçid” dövrəsini yenidən başlamalıdır. 

Stenford Universitetinin politologiya professoru, neokor-

poratizm nəzəriyyəsinin banilərindən biri, demokratikləşmə-

nin və tranzitlərin öyrənilməsi sahəsində görkəmli alim Fi-

lipp K.Şmitter özünün “Vətəndaş cəmiyyəti və demokratiya-

nın konsolidasiyası haqqında düşüncələr” adlı  əsərində  və-

təndaş  cəmiyyətinin formalaşdırılması yolu ilə demokra-

tiyanın konsolidasiyasını mümkün hesab edir

1



Şmitter yazır ki, vətəndaş  cəmiyyətinin mövcud olması 



demokratiyanın konsolidasiyasına və qorunub saxlanmasına 

şərait yaradır, lakin həmin cəmiyyət demokratik ənənələrin, 

təsisatların və normaların yaradılmasına təşəbbüs göstərmir. 

Bu cəmiyyət başqa təsisatlar, proseslər və motivasiyalarla 

sintez çərçivəsində fəaliyyət göstərir. 

Eyni zamanda, Şmitter demokratiyanın konsolidasiyasını 

elə bir proses kimi təsəvvür edir ki, orada “avtoritarizmdən 

demokratiyaya keçid dövrünə xas olan epizodik sazişlər, 

yarımçıq normalar və təsadüfi qərarlar möhkəm mənimsənil-

miş, daimi fəaliyyətdə olan və demokratik idarəetmədə  işti-

rak edən şəxslər və kollektivlər (yəni, siyasətçilər və  vətən-

                                                 

1

 “

Polis” jurnalı, 1996, № 5, səh. 16-27.



 


 

 

173



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Amerikada demokratiya çoxluğun 

idarə etməsini və azlığın hüquqlarına 

əməl olunmasını nəzərdə tutur. 

 

Cozef  Qrebovski 

daşlar) tərəfindən könüllü şəkildə qəbul edilən əməkdaşlıq və 

rəqabət münasibətlərinə transformasiya edir”

1

. Demokrati-



yanın konsolidasiyası siyasi həyatın bəzi sahələrini 

institusionallaşdırmaqla bərabər, siyasi mübarizənin vicdanlı 

və proqnozlaşdırıla bilən olacağına əminlik yaradır. 

Demokratik keçid vətəndaş cəmiyyətinin formalaşmasını, 

Şmitterin təbirincə desək, “dirçəlməsinin” başlanğıcını  şərt-

ləndirir. Vətəndaş cəmiyyə-

ti isə “həyat qabiliyyətli, 

bəhsləşməyə əsaslanan par-

tiya sisteminin fəaliyyətinə 

əlverişli təsir göstərir”

2



Şmitter qeyd edir ki, vətəndaş  cəmiyyətinin mövcud 



olması demokratiyanın konsolidasiyasına aşağıdakı qaydada 

şərait yaradır: 

a) sosial qrupların daxilində ümidləri sabitləşdirir, haki-

miyyətə praktik tətbiq üçün idarəetmə prosesində bazis kimi 

istifadə edilə biləcək daha ümumi, etibarlı  və yararlı 

informasiyanı təqdim edir; 

b) vətəndaşlara sosial mənafelər və mülki davranış 

normaları haqqında elə  təsəvvürlər aşılayır ki, bunlarda 

cəmiyyətin tam halda mövcud olması  nəzərə alınsın və 

demokratik proses qəbul edilsin. 

c) insanlara və firmalara daha yaxın olan və bu baxımdan 

dövlət hakimiyyəti orqanlarına ünvanlanmış  tələblər irəli 

sürülərkən istifadə edilməsi daha asan olan özünüifadə  və 

identifikasiya kanalını təmin edir; 

                                                 

1

 “



Polis” jurnalı, 1996, № 5, səh. 16-27.

 

2



 

Yenə orada. 

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə