Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə55/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   51   52   53   54   55   56   57   58   ...   253

 

 

174 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ç) öz üzvlərinin kollektiv öhdəliklər sahəsinə münasibətdə 



davranışını  tənzimləyir və bununla da həm hakimiyyət 

orqanları, həm də ayrı-ayrı istehsalçılar üçün idarəetmə mə-

sələsini asanlaşdırır; 

d) idarəedənlərin özbaşınalığına və müstəbidliyinə qarşı 

müqavimət göstərməyin yeganə olmasa da, mühüm potensial 

mənbəyidir. 

Şmitter demokratiyaları bu və ya digər sosial qrupun təm-

sil olunması və ya ona xas olan münaqişələrin həll edilməsi 

üçün cəmiyyətin ayrı-ayrı sahələri  ətrafında institusional-

laşdırılmış rejimlərin məcmusu hesab edir. 

Köhnə liberal demokratiyaların əsas normaları və təsisat-

larını olduğu kimi tətbiq etməyə çalışan neodemokratiyalar 

heç də uğur qazana bilməz. İdarəetmənin ən sabit və legitim 

forması olan demokratiya uğurlu konsolidasiyanın təmin 

edilməsini  şübhə altına ala biləcək real təhlükələrdən mü-

dafiə olunmamışdır. F.Şmitterin fikrincə, bununla əlaqədar 

iki səbəbi öyrənmək lazımdır: 

“1) köhnə avtoritar mövzuların dirçəldilməsi və ya yeni 

mövzuların icad edilməsinin real nəticələrindən yeni de-

mokratik dövlətlərin məyusluğu artdıqca, demokratiyanın ha-

zırda mövcud olan ideoloji hegemonluğu tam tükənə bilər; 

2) hətta avtokratiya dirçələ bilməsə belə, demokratiyaların 

öz vətəndaşlarının ümidlərini doğrultmadan, siyasi 

bəhsləşmə  və  əməkdaşlıq üçün məqbul və proqnozlaşdırıla 

bilən qaydalar toplusu müəyyən edilmədən yavaş-yavaş 

irəliləməsi ehtimalı var”

1



                                                 



1

 

Ф.Шмиттер.  Угрозы  и  дилеммы  демократии. “Пределы  власти”, 



приложение к журналу “Век ХХ и мир”, 1997, № 1.

 



 

 

175



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Şmitter institusional demokratik norma və  ənənələri 



rəsmiləşdirməmiş keçid demokratiyası ölkələri üçün 

demokratik rejimlərin iki formasını göstərir: 

•  avtokratiya və demokratiya elementlərini özündə birləş-

dirən hibrid forma; 

•  davamlı, lakin konsolidasiya edilməmiş demokratiya. 

İdarəetmə formalarından birincisi demokratikləşməsiz libe-

rallaşmadır, yəni, hakim rejimin vətəndaşlar qarşısında hesabat 

verməyə razılaşmadan bəzi fərdi hüquqlar verməsi.  Şmitter 

idarəetmənin bu formasını diktablanda (dictablanda) adlandırır. 

Demokradura (democradura) adlanan digər idarəetmə forması 

liberallaşmasız demokratiyadır, yəni seçki prosedurlarının 

hakim partiyanın qələbəsinə  zəmanət verməsi, müəyyən 

ictimai-siyasi qrupların seçkilərdən xaric edilməsi və ya ayrı-

ayrı seçilmiş  vətəndaşların həqiqi idarəetmə imkanlarından 

məhrum edilməsi şərti ilə reallaşdırılmasıdır. 

Hər iki rejimi demokratik rejimlərə aid etmək çətindir, 

hərçənd, onlarda bəhsləşmə  və hesabat vermə  şəraiti möv-

cuddur. Eyni zamanda, diktablandalarda vətəndaş  cəmiy-

yətinin formalaşması bu rejimləri sabit demokratik 

idarəetməyə çevirə bilər. Demokraduralar isə beynəlxalq 

birliyi dövlətdə yaranmış real vəziyyətdən yayındıran 

illüziya, demokratik dəyişikliklərin fasadı ola bilər. “Sözün 

ən geniş  mənasında başa düşülən, avtarkiyanın ölümündən 

sonra bərqərar olan demokratiya heç vaxt müstəqil  şəkildə 

spesifik, etibarlı  və hamılıqla qəbul edilmiş qaydalar 

toplusuna çevrilmir…”

1

. Daxili münaqişələrin səviyyəsi 



aşağı düşdükdə  və  kənardan təzyiq göstərildikdə bu cür 

                                                 

1

 

Ф.Шмиттер.  Угрозы  и  дилеммы  демократии. “Пределы  власти”, 



приложение к журналу “Век ХХ и мир”, 1997, № 1.

 



 

 

176 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

rejimlər az müddətdə  ən pis rejimlərə çevrilə bilər və ya 



tranzitin başlanğıc nöqtəsinə qayıda bilər. 

F.Şmitter demokratikləşmə yolunda qarşıya çıxan prob-

lemlərə  və maneələrə  tərif vermək üçün həyat qabiliyyətli 

təsisatlar toplusunu konsolidasiya etməli olan daxili və xarici 

“dilemmalar” təklif edir (növbəti fəsildə biz həmin dilem-

malara daha konkret şəkildə toxunacağıq). Hələlik isə belə 

bir tezislə razılaşırıq ki, “konkret dövlət bu dilemmaları həll 

etmək və xoşagəlməz seçim prosedurlarının həyata 

keçirilməsi yolu ilə “öz” demokratiya tipini seçir”

1



Demokratik rejimlərin daxili tərkib hissələri problemlə-

rinə və daha çox dərəcədə demokratik konsolidasiyaya şərait 

yaradan idarəetmə metodlarına və formalarına müraciət edək. 

Yel Universitetinin politologiya və sosiologiya üzrə  hə-

qiqi professoru, avtoritar və totalitar sistemlərin, siyasi parti-

yaların və elit qrupların öyrənilməsinə, demokratik sistemlə-

rin parçalanması və demokratiyaya keçid tarixinə öz töhfələri 

ilə tanınmış Xuan J.Lints (Juan J.Linz) “Prezidentliyin təhlü-

kələri” adlı əsərində

2

 yazır ki, parlamentarizm sistemi tez-tez 



prezident sistemindən daha  çox sabit demokratiyanın bərqə-

rar olmasına gətirib çıxarır. Məsələn, əgər cəmiyyətdə dərin 

siyasi fikir ayrılıqları müşahidə olunursa və çoxsaylı siyasi 

partiyalar fəaliyyət göstərirsə, bu halda parlament demokra-

tiyanın qorunub saxlanmasının təminatçısı kimi çıxış edir. 

X.Lints yazır ki, prezident idarəetmə formasında sistem 

“qalib gələn hər  şeyi  əldə edir” prinsipi üzrə  işləyir, lakin 

                                                 

1

 

Ф.Шмиттер.  Угрозы  и  дилеммы  демократии. “Пределы  власти”, 



приложение к журналу “Век ХХ и мир”, 1997, № 1.

 

2



 

Хуан  Дж.Линц.  Опасности  президентства. http://old.russ.ru/antolog/ 

predely/2-3/dem14.htm

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə