Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə61/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   57   58   59   60   61   62   63   64   ...   253

 

 

193



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

“Qərəzsiz”

 

demokratiya 

haqqında bir neçə söz 

 

 

“Sərhədsiz reportyorların” Sudan 

jurnalisti Sami əl‐Hac barədə 

susması Rober Menarın başçılıq 

etdiyi bu “mətbuat azadlığını 

müdafiə” təşkilatının qərəzsizliyi 

barədə çoxlu suallar doğurur. 

“Sərhədsiz reportyorlar” 

Vaşinqtonun hədəfinə çevrilmiş 

ölkələri, məsələn, Kuba, Venesuela və 

Çini həmişə, çox vaxt da ədalətsiz 

olaraq damğalamağa hazırdır və 

Qətərin ʺƏl‐Cəzirə” telekanalının 

reportyoru əl‐Hacın məruz qaldığı 

əzabları tamamilə inkar edir. 

 

Salim Lamrani

 

Parisdəki Sorbonna universitetinin 

tədqiqatçısı, Kuba‐ABŞ münasibətləri 

sahəsində mütəxəssis 

 

http://www.voltairenet. org/

article135119. html#nh1 

Hazırda qabaqcıl ölkələr “elektron hökumət”in ikinci 

mərhələsindən üçüncü mərhələsinə keçid dövründədir. 

Eyni zamanda, hər bir konkret ölkənin və hər bir qitənin 

informasiya-kommunikasiya texnologiyalarının milli inki-

şafda yeri və rolu məsələsinə öz baxışı vardır. Məsələn, 

Avropa  İttifaqı informasiya kommunikasiyaları sahəsində 

əsas diqqəti bu quruma daxil olan millətlərin və bütövlükdə 

Avropa cəmiyyətinin sosial vəhdətinə nail olmaq üzərində 

cəmləşdirir. Avropalıların nəzərində informasiya cəmiyyəti 

Avropanın çoxmillətli sər-

vətlərini, eləcə  də insan 

üçün investisiyaları qoru-

yub saxlamaq vasitəsidir. 

İnformasiya cəmiyyəti-

nin Yaponiya modeli vahid 

korporasiya  şəklində  işlə-

yən “elektron ölkə” qur-

mağı nəzərdə tutur. Dövlət, 

cəmiyyət və biznes qurum-

larının mənafe tarazlığına 

nail olmaq, donuqlaşmış 

sosial və iqtisadi təsisatla-

rın islahatı, ölkə miqya-

sında xərclərin azaldılması 

və millətin birliyinin təmin 

edilməsi, o cümlədən Ya-

poniyanın qlobal rəqabət 

qabiliyyətinə nail olması 

üçün bu birliyin təmin edil-

məsi ortamüddətli perspektiv üçün Gündoğar ölkə hö-

kumətinin qarşıya qoyduğu əsas məqsədlərdir. 




 

 

194 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Amerika Birləşmiş  Ştatları üçün informasiya cəmiyyəti, 



təbii ki, qloballaşma prosesinin başa çatması deməkdir.  İn-

formasiya cəmiyyəti,  İT-texnologiyalar, internet, elektron 

kommersiya – ABŞ korporasiyalarının qlobal rəqabət qabiliy-

yətini təmin edən iqtisadi ekspansiya vasitəsidir və Amerika 

həyat tərzinin, standartlarının və  dəyərlərinin yayılmasına 

xidmət edir. 

Birləşmiş  Ştatlarda informasiya cəmiyyətinin inkişafına 

çox böyük əhəmiyyət verilir. 2001-ci ilin yayında ABŞ 

Prezidenti Corc Buş Konqresə xüsusi məktub göndərərək, ilk 

növbədə, “elektron hökumət”in inkişaf etdirilməsi hesabına 

federal hakimiyyət orqanlarının fəaliyyətinin keyfiyyətini və 

səmərəsini artırmaq vəzifəsini qarşıya qoymuşdur. Qanun-

vericilər Buşun bu təşəbbüsünə  dərhal cavab verdilər: təkcə 

2002-2003-cü illərdə Amerikada federal informasiya tex-

nologiyaları üçün büdcə  xərcləri 100 milyard dollar 

olmuşdur. 

ABŞ-ın bu yüksək texnoloji sahədə  təcrübəsi və ameri-

kalıların burada üzləşməli olduğu problemlərin konkret həl-

ləri hazırda qlobal informasiya cəmiyyətinə qovuşmaq üçün 

öz məxsusi yolunu tapmağa çalışan Azərbaycan üçün çox 

aktual və faydalıdır. Bu sahədə tamhüquqlu tərəfdaş olmaq 

üçün informasiya cəmiyyətinin bütün əsas iştirakçılarının nə 

etdiklərini və necə etdiklərini “əla” bilmək lazımdır. 

ABŞ-da E-government inkişaf strategiyası federal höku-

mətin işinin səmərəsini artırmaq üçün aşağıdakı üsullardan 

istifadə edilməsinə yönəlmişdir: 

  informasiya servisinin sadələşdirilməsi; 

  bir-birini təkrarlayan və hökumət idarəetməsinin izafi 

səviyyələrinin istisna edilməsi; 



 

 

195



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

  federal hökumətdən vətəndaşlar, sahibkarlar, hökumət 



qulluqçuları və federal qulluqçular üçün zəruri informa-

siyanın axtarışının və əldə edilməsinin asanlaşdırılması; 

  hökumət strukturlarının vətəndaşların tələbatının daha 

tez təmin edilməsinə yönəldilməsi; 

  hökumət agentliklərində biznes proseslərinin sadələşdi-

rilməsi və izafi, yaxud bir-birini təkrarlayan sistemlərin 

inteqrasiyası və aradan qaldırılması hesabına əlavə xərc-

lərin azaldılması; 

  federal hökumətin fəaliyyətinin səmərəliliyini artırmaq 

üçün onun başqa təşəbbüslərinin həyata keçirilməsinə 

şərait yaradılması. 

Amerika hakimiyyət orqanları E-government inkişaf stra-

tegiyasını praktik şəkildə reallaşdırmağa başlayarkən, ilk 

növbədə, aşağıdakı tədbirləri görmək niyyətindədirlər: 

  pensiya təminatı, rekreasiya xidmətləri, vətəndaşların təhsili 

və  təlimi üçün materiallar təqdim edilməsi kimi sahələrdə 

xidmətlər göstərilməsi üçün internetdən istifadə etmək

  hökumət informasiyası ilə ictimai informasiyadan birgə 

istifadə sahəsinin genişləndirilməsi, mümkün və məqsə-

dəuyğun olduqda isə, federal, regional və yerli məlu-

matların inteqrasiyası; 

  birləşdirilmiş məlumatlar formalaşdırmağa imkan verən 

səmərəli proseslərin tətbiq edilməsi hesabına biznes 

strukturları üçün üstəlik xərclərin və  əlavə  məsrəflərin 

azaldılması; 

  işin səmərəsinin artırılması üçün, ilk növbədə, maliyyə, 

insan resursları  və  təchizat kimi sahələrdə  əməliyyat 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə