Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə46/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   42   43   44   45   46   47   48   49   ...   253

 

 

146 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

“Proqramlaşdırıcı liderliyin” əsasını amerikalılar özlərinin 



“başqalarının oyununa” və ya başqalarının məqsədlərinə nail 

olunmaq prosesinə cəlb edilməsinə imkan verməyən ideya və 

strategiyaların irəli sürülməsi təşkil edirdi. Gündəliyə 

çıxarılan vəzifə ABŞ-ın aparıcı dövlət rolunu, bərabərlər 

arasında birinci olmasını möhkəmlətmək idi. Siyasətini 

müəyyənləşdirməyənlərə və potensial rəqiblərə münasibətdə 

isə strategiya daha sərt  şəkil alır: xüsusilə  də Amerika 

bayrağı altında koalisiya yaratmaq şübhəlidirsə, sırınan 

problem potensial rəqiblərin fəallığını  məhdudlaşdırmalı  və 

resurslarını neytrallaşdırmalıdır. Bu halda birgə gündəliyin 

formalaşması  məqsədlərin daha aşkar təzyiqlə  qəbul 

etdirilməsi və başlıca olaraq Amerika resurslarından istifadə 

edilməsi yolu ilə baş verir. Başqa sözlə, cəlbolunma qabağını 

almaqla uzlaşdırılır. 

“Proqramlaşdırıcı liderliyin” strategiyası keçmiş sovet 

satellitlərinin qərb təsisatlar sisteminə  qəbul olunmağa can 

atdıqları vaxtdan yaranmağa başlamışdır. Transatlantik 

münasibətlərin gündəliyinə “demokratiya zonasının geniş-

ləndirilməsi” ideyası  və ya enlargement and engagement 

prinsipi əlavə olundu ki, bunun da praktik təcəssümü NATO-

nun Şərqə doğru genişlənməsidir. 

“Demokratiya zonasının genişləndirilməsi” konsepsiyası-

nın ideoloji bünövrəsi Klintonun prezidentliyinin birinci döv-

ründə qoyuldu, praktik təcəssümünü və gələcək inkişafını isə 

onun prezidentliyinin ikinci müddətində, Madlen Olbrayt 

dövlət katibi olarkən tapdı. Transatlantik gündəliyə müstəqil 

dövlətlərin daxilində insan hüquqları  və milli azlıqların 

hüquqlarının qorunması problemi daxil edildi. Bütövlükdə 

“demokratiya zonasının genişləndirilməsi” qərbi avropalı-

ların müstəqil hərbi-siyasi fəallıq “barıtını” Alyansın 




 

 

147



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiya burjua

 

dövlət formalarından biridir və əsl  

sosializmə xəyanət... edənlərin hamısı

 

ona tərəfdardır... 

 

V.İ.Lenin 

genişlənməsinə  tərəf yönəldərək, hərbi-siyasi Alyansın işti-

rakçılarının xarici siyasət təşəbbüslərini vahid məqsədə isti-

qamətləndirməyə imkan verdi. Bununla da, Alyansın 

mövcudluğu yeni postqarşıdurma mənası aldı: “Mən 

genişlənirəm, deməli, mən varam”. 

Bill Klinton 1995-ci il 

oktyabrın 20-də Birləşmiş 

Qərargah Rəisləri Komitə-

sinin iclasında çıxışı zama-

nı xarici siyasət fəaliyyəti-

nin aşağıdakı  əsas istiqa-

mətlərini bəyan etdi: 

  “Rusiyanın bizim Yuqoslaviyada təşkil etdiyimiz şə-

kildə regionlararası müharibələr yolu ilə  xırda döv-

lətlərə parçalanması; 

  Rusiyanın hərbi-sənaye kompleksinin və ordusunun 

tamamilə dağılması; 

  Rusiyadan qopmuş bizə lazım olan respublikalarda re-

jimlərin kənar edilməsi”. 

Ata C.Buşun respublikaçılar komandasının hakimiyyətə 

gəldiyi vaxt ABŞ dünyada demokratik dəyişikliklərin müj-

dəçisinə  və inteqratoruna çevrilmişdi. Beləliklə, Karterin, 

Reyqanın və ata Buşun dövründə yeni Üçüncü dalğa ABŞ si-

yasətinin təcəssümü oldu. Birləşmiş  Ştatlar öz təsir dai-

rəsində olan demokratik hökumətlərin devrilməsinə yol ver-

mir, eyni zamanda, özünün təsir dairəsindən kənardakı döv-

lətlərdə inqilab və çevrilişlər həyata keçirirdi. Nəticədə yeni 

demokratik cərəyanların təsiri altında gələcək dəyişikliklərin 

mahiyyət və istiqamətini irəlicədən müəyyən edən iqtisadi və 

sosiomədəni mühit formalaşırdı. 



 

 

148 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Tamamilə  təbiidir ki, ABŞ qlobal demokratik tranzitlər 



prosesində əsas rol oynayırdı. ABŞ-ın köməyi olmadan Filip-

pində Markosun devrilməsindən, 1975-ci ildə Portuqaliyada 

sosialistlərin, Polşada “Solidarnost”un qələbəsindən, Cənubi 

Koreyanın demokratikləşməsindən söhbət gedə bilməz.  Bu 

siyahıya Dominikan Respublikasını, Qvatemalanı, Perunu, 

Ekvadoru, Çilini, Şərqi Avropa dövlətlərini və s. də  əlavə 

etmək olar. Bu siyasət ABŞ-ın milli təhlükəsizlik strategiya-

sında öz əksini tapmışdır. Həmin strategiya təkcə öz qitəsin-

də deyil, ondan kənarda da Birləşmiş Ştatların  rolunu müəy-

yənləşdirir ki, bu da ona dünyanın  ən qüdrətli dövləti sta-

tusunu qoruyub saxlamağı təmin edir. 

2001-ci ilin sentyabrında Nyu-Yorkdakı Ticarət mərkə-

zinə və Pentaqona dəhşətli hücumlardan sonra ABŞ-ın siya-

səti daha intensiv yönüm  aldı. Prezident oğul C.Buş proqram 

bəyannaməsi ilə  çıxış edərək dünyaya alternativ təklif etdi: 

“Kim bizimlə deyilsə, o, bizim əleyhimizədir”. Amerika 

siyasətinin həmin formulu Monro doktrinasının qəbulundan 

keçən iki yüz il ərzində  dəfələrlə  təkrar olunmuşdur. 

Xatırladım ki, bu doktrina ABŞ Prezidenti C.Monronun 

Konqresə göndərdiyi 1823-cü il 2 dekabr tarixli məktubunda 

qeyd olunmuş ABŞ xarici siyasətinin prinsipləri bəyannamə-

sində müəyyən edilmişdir, mahiyyəti isə “Amerika ameri-

kalılar üçündür” prinsipindən ibarətdir. Müasir dövrdə Buşun 

ifadəsi faktik olaraq, Amerika maraqlarının yeni zonalarını 

elan edirdi. 

ABŞ kütləvi informasiya vasitələri “uzun əllər” yurisdik-

siyasının (eonq arm jurisdiction) həyata keçirilməsindən da-

nışmağa başlamışdır. Bunun mahiyyəti xarici dövlətlərə 

Amerika hüquq normaları ilə  hərəkət etmək göstərişi veri-

ləndə ABŞ milli qanunvericiliyinin beynəlxalq münasibətlər 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə