Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə45/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   41   42   43   44   45   46   47   48   ...   253

 

 

143



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Union Institute (FTUI), – özünəməxsus pul şəklində geniş 



qeyri-hökumət təşkilatları  şəbəkəsinin yaranmasına gətirib 

çıxardı. Yeni “silah” 15 il bundan qabaq Mərkəzi Avropa 

meydanlarında “məxməri” inqilablar zamanı uğurla sınaqdan 

keçdikdən sonra, onun artıq postsovet məkanında ideoloji 

mübarizədə  tətbiq edilməsi  mümkün oldu və bu da uğurla 

baş tutdu. 

İnsan hüquqlarının qlobal şəkildə müdafiəsi işinə böyük 

həcmdə maliyyə vəsaiti, kütləvi informasiya vasitələri, ABŞ-

ın digər ölkələrdəki səfirləri, iqtisadi təzyiq və sanksiyalar, 

müxalifətçi demokratik qüvvələrin həvəsləndirilməsi və 

dəstəklənməsi, çoxtərəfli diplomatiya və hərbi aksiyalar cəlb 

olunmuşdu. Ötən  əsrin ikinci yarısında ABŞ-ın beynəlxalq 

aləmdəki təsiri və gücü insan hüquqları anlayışının və de-

mokratik proseslərin sənədləşdirilmiş kağızlardan real siyasət 

alətinə transformasiyasını  və neoliberal modelin bütün 

dünyada zəfər çalması naminə mübarizə meydanına yönəl-

dilməsini təmin etdi. 

1983-cü ilin əvvəlində ABŞ Prezidenti preambulasında 

Birləşmiş Ştatlar “ideallar və mənəvi dəyərlər sahəsində So-

vet  İttifaqı ilə daha fəal yarışmalıdır” fikri bəyan edilən 

“Demokratiya” layihəsini qəbul etdi. Bu layihə “bütün dünya 

ölkələrində demokratiyanın dəstəklənməsinə” yönəlmiş  təd-

birlər kompleksini inkişaf etdirir və tamamlayırdı. 

“Demokratiya” layihəsi demokratiya dəyərlərinin və 

sosial quruluşun müvafiq modellərinin bərqərar olmasının 

fəal hücum məqsədlərinin qlobal miqyasda reallaşmasını 

nəzərdə tuturdu. Həmin dəyərlərin bərqərar olması üçün 

mümkün qədər geniş vasitələrdən istifadə edilməsi təklif 

olunurdu. Bu layihənin həyata keçirilməsi çərçivəsində ABŞ 



 

 

144 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

dövlət katibi C.Şults xarici siyasət təbliğatı  və  təşviqatını 



fəallaşdırmağa, “siyasi, iqtisadi və sosial konsepsiya və 

hadisələrin obyektiv işıqlandırılmasını Sovet İttifaqı və Şərqi 

Avropa xalqları üçün əlçatan etməyə” çağırdı. Beləliklə

“Demokratiya” layihəsi həyata keçirilərkən qarşıya qoyulan 

məqsədlərə çatmaq üçün, adətən, böhran vəziyyətlərində 

tətbiq edilən hərbi-siyasi vasitələrə deyil, əsasən, siyasi-

diplomatik, iqtisadi, humanitar və mədəni-ideoloji vasitələrə 

arxalanmaq nəzərdə tutulurdu. 

Lakin hadisələri qabaqlamaq istəməsək də, hər halda

özgə  mədəniyyətlə qarşılaşarkən Qərbin çox vaxt iki cür 

hərəkət etdiyini düşünən bəzi sosioloqların mülahizələrini 

xatırladaq. Məhz bu yol monosentrik dünya nizamının 

yaranmasına və hegemon dəyərlər sistemini rəsmiləşdirmək 

səylərinə gətirib çıxardı. Bir tərəfdən, keçmiş sosial qaydanın 

yerli liderləri, xalqın mənəvi dəyərlər sistemi, təhlükəsizlik 

strukturu gözdən salınır. Digər tərəfdən isə, qərbləşmə mis-

sionerlərin, sərmayəçilərin, ticarətçilərin, alimlərin fəaliyyəti 

vasitəsilə həyata keçirilir. Nə qədər təəccüblü olsa da, Qərb 

mədəniyyəti, onun humanitar aspektləri bu metodları o dərə-

cədə reallaşdırır ki, əhalinin savadlı  təbəqəsi öz intellektual 

və  mənəvi müstəqilliyini itirir. Dünyaya açılmış yerli 

iqtisadiyyat dərhal Qərb sənayesi, mədəniyyəti və elmindən 

asılı  vəziyyətə düşür. Belə ucdantutma hücum qeyri-qərb 

mədəniyyətlərinin sanki geri çəkilməsinə, marginallaşmasına 

səbəb olur. 

1990-cı illərin  əvvəllərində beynəlxalq münasibətlərin 

əsas seqmentlərinin dəyişməsi, habelə ABŞ-ın gündəlik mə-

sələlərini öz istəyinə uyğun müəyyənləşdirmək imkanı bey-

nəlxalq səhnədə “proqramlaşdırıcı liderlik” adı almış yeni 

postbipolyar davranış formasına gətirib çıxardı. 




 

 

145



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

“Proqramlaşdırıcı liderlik” strategiyasını həyata keçirmək 



üçün ABŞ-ın xarici siyasət məqsədlərinin müttəfiqlərin niy-

yətlərindən üstün olması, ideal vəziyyətdə isə eyni olması 

vacibdir. Məqsədlərin belə konvergensiyası postbipolyar 

dövrdə  bəzi sahələrdə ABŞ-ın və  Qərbi Avropanın maraq-

larının üst-üstə düşməsinin davam etməsi sayəsində müm-

kündür. Buna aşağıdakı vasitələrlə nail olunur: 

  ABŞ-ın qabaqlayıcı xarici siyasət planlaşdırması  və 

həyata keçməsi Birləşmiş Ştatların məqsədlərinə cavab 

verən ideya və konsepsiyaların siyasi diskursa çıxa-

rılması; 

  Amerika diplomatiyasının müttəfiqlərə  ənənəvi təsir 

metodları; 

  Realpolitik ruhda olsa belə, birgə  fəaliyyətin dürüst 

ifadə olunmasında, müttəfiqlərlə ümumi dəyərlərə (de-

mokratiya, siyasi plüralizm, bazar iqtisadiyyatı, insan 

hüquqları və s.) arxalanmaq; 

  müttəfiqlərə maddi resurs (silah, hərbi infrastruktur

yüksək texnologiyalar), habelə informasiya təqdim 

edilməsi. 

Bill Klintonun prezidentliyinin birinci müddətində hazır-

lanmış  və ikinci müddətində  həyata keçirilmiş “proqram-

laşdırıcı liderlik” strategiyası amerikalılara aşağıdakı imkan-

ları verir: 1) öz xarici və daxili siyasət məqsədlərinə çatmaq 

üçün maddi resursları artırmağa; 2) müttəfiqlərin sərbəst-

ləşən enerjisini beynəlxalq münasibətlərin digər subyektləri-

nin arzuolunmaz davranış ssenarisinə yol verməyərək özü 

üçün  əlverişli olan istiqamətə yönəltməyə; 3) müttəfiq 

ölkələrin xarici, hərbi və iqtisadi siyasətlərinin formalaşması-

na nəzarət etmək və ya güclü təsir göstərməyə. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə