Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə27/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   23   24   25   26   27   28   29   30   ...   253

 

 

89



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

qaydaya uyğun olaraq, inzibati heyətin qanunla tənzimlənən 



mütəşəkkil korporativ fəaliyyəti həyata keçirilir. Bu qayda 

sistemi təkcə dövlətin üzvləri, əksəriyyətinin doğulduğu gündən 

üzvlüyə malik olan vətəndaşlar üzərində deyil, həm də 

hakimiyyətin tabeliyindəki  ərazidə baş verən bütün hərəkətlər 

üzərində çox böyük dərəcədə məcburi hakimiyyət iddiasındadır. 

Beləliklə, bu, ərazi  əsası olan məcburi assosiasiyadır. Üstəlik, 

hazırda zorakılığın tətbiqi o vaxt legitim sayılır ki, ona yalnız 

dövlət tərəfindən yol verilmiş, yaxud dövlət onu tələb etmiş 

olsun... Müasir dövlətin zorakılığın tətbiqi inhisarına malik 

olmaq iddiası onun üçün məcburi yurisdiksiya və  təşkilin 

fasiləsizliyi xüsusiyyətləri kimi eyni dərəcədə vacibdir”

1



Filipp K.Şmitter və Terri Linn Karlın qeyd etdikləri kimi, 

“müasir siyasi demokratiya elə bir idarəetmə sistemidir ki, bura-

da hakimiyyətlər ictimai sahədə öz hərəkətlərinə görə vətəndaş-

lar qarşısında cavab verirlər, vətəndaşlar isə maraqlarını öz 

seçkili nümayəndələrinin rəqabəti və qarşılıqlı əlaqəsi vasitəsilə 

həyata keçirirlər”. 

Xalq hakimiyyəti kimi, demokratiya anlayışı artıq özünün 

meydana gəldiyi dövrdə  qədim Yunanıstanda və erkən Roma 

respublikasında şəhər-dövlətin – polisin sadə və anlaşıqlı birba-

şa demokratiyasından, əslində, istənilən hakimiyyətin nümayən-

dələrinin müraciət etdikləri çox mürəkkəb kateqoriyaya kifayət 

qədər tez təkamül etmişdir. 

Sirr deyil ki, yeni dünya nizamında bəzi dövlətlər siyasi, 

iqtisadi və sosiomədəni maraqlarının gerçəkləşdirilməsi üçün 

demokratiyanın məna yükündən istifadə edirlər. Belə  “şahmat 

oyunları”nın pərdəsi altında çox vaxt neoliberal transformasi-

yalar və onlarla əlaqədar olan geostrateji mənafelər gizlənir. 

                                                 

1

 

М.Weber. The Fundamental Consepts of Sociology. Parsons T. (ed) The 



Theory Social and Economic Organization. N.Y., 1964, p.156.

 



 

 

90 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 



Demokratiya

 

bizi

 

layiq

 

olduğumuzdan daha

 

yaxşı idarə 

etməyəcəklərinə təminat verən bir 

quruluşdur. 

 

Bernard Şou 

Son onilliklər  ərzində biz ideyaların və gücün bisentrik 

siyasi rəqabətinin kifayət qədər tez-tez şahidləri, bəzən də 

iştirakçıları olmuşuq. Yeni minillikdə demokratiyadan konkret 

məqsədləri həyata keçirmək üçün istifadə edilir, həmin məq-

sədlərin də mahiyyəti Pax Americana-nın, yəni yeni ideyaların 

hegemon olduğu dünyanın təsir dairəsini genişləndirmək və 

yeganə fövqəl dövlətin dünya siyasətində hərbi-siyasi qüdrətini 

gücləndirməkdən ibarətdir. Bununla bərabər, neoliberalizm xa-

rici siyasi niyyətlərin gerçəkləşdirilməsi üçün yarlık kimi tətbiq 

edilir, beynəlxalq münasi-

bətlər isə demokratik rejim-

lərin müəyyənləşdirilməsin-

də  və  dəstəklənməsində  hər 

cür kazusların nümayiş et-

dirilməsi ilə müşayiət olu-

nur. Məsələn,  İran və Liviyada demokratiya vaxtilə ABŞ-ın 

dəstəklədiyi taliblərdəkindən heç də az deyildi. Bundan başqa, 

etnomilli münaqişə zamanı  əsas hüquq və azadlıqların 

pozulması, eyni zamanda, cəmiyyətin demokratikləşdirilməsi 

ilə bağlı daxili problemlərin üzə çıxarılması (siyasi və psixoloji 

təzyiq amili kimi) demokratik ideyaların yanlış yozulmasına 

səbəb olur. Demokratiya prinsipləri çox vaxt monosentrik 

nümunələr xarakteri alır ki, onlar da bəzi dövlətlərə üstünlüklər 

verir, digərlərinin üzərinə isə məhdudiyyətlər qoyur. 

Ortaya belə bir sual çıxır: doğrudanmı, Qərb ideyaları bütün 

bəşəriyyət üçün universaldır və müasir dünya quruculuğu üçün 

bu qədər zəruridir? Bəşəriyyət onları vahid dünya nizamının 

əsası kimi qəbul etməlidirmi? Qərb dünyasının universalizm 

iddiasında olan standartlarında siyasi, iqtisadi və  mədəni 

uyğunsuzluğun olması mümkündürmü? 

Ötən minilliyin tarixinin göstərdiyi kimi, demokratiya heç də 

təkcə  bərabərlik, azadlıq və xalq hakimiyyəti ideyası olma-



 

 

91



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

mışdır. Mücərrəd anlayış olan idarəetmə sistemi və ya istənilən 



sosiumun həyatının təşkili kimi hakimiyyətin, əslində, meydana 

gəldiyi andan reallığı  və tarixi formaları  şübhə altına alınan 

demokratiya öz imkanlarını getdikcə daha çox açır və hü-

dudlarının olmadığını nümayiş etdirir. Hazırda elə bir ictimai-

siyasi quruluş tapmaq çətindir ki, onda hətta avtoritar və ya 

totalitar idarəçilik olsa da, o, özünü demokratik (idarə olunan, 

yaxud nümayəndəli) quruluşla eyniləşdirməyə çalışmasın. 

İctimai-siyasi passivliyin kök atdığı, sosial tənəzzülə  məruz 

qalan  ənənəvi anlamlı dövlətlərdə  də çox vaxt demokratiyanı 

milli inkişafın əsas vektoru və ictimai şüurun mühüm elementi 

kimi nümayiş etdirmək istəyirlər. 

Mahiyyətcə avtarkiya olan Sovet İttifaqının varlığı dövründə 

hakimiyyətin qanunverici orqanlarına “seçkilər” müntəzəm 

keçirilirdi, – bu, dünya ictimaiyyətində o vaxtkı partiya rəhbər-

liyinin demokratik xətt yürütdüyü barədə təsəvvür yaratmalı idi, 

– idarəetmə forması isə “sosialist demokratiyası” adlandırılırdı, 

halbuki o, satellit ölkələrdə “xalq demokratiyası” adını daşıyır-

dı. Lakin aydın idi ki, bu cəmiyyətlərdə demokratiyadan və han-

sısa müsbət dəyişikliklərdən danışmağa dəyməzdi.  Əvəzində, 

kommunist ideologiyası  Qərb siyasi strukturunu demokratiya 

şüarları ilə pərdələnən “burjuaziya diktaturası” hesab edirdi. 

Demokratiyanın  vahid standartı olmadığı kimi, onun mücər-

rəd  forması da yoxdur. Əgər demokratik ideyalar xalqın tarixi-

nin, milli mənlik şüurunun, mentalitet və ənənələrinin xüsusiy-

yətləri və reallıqları ilə uyğun gəlirsə, daha uğurla assimilyasiya 

olur. Çünki yad mühitdə “yetişdirilmiş” ideologiya “yad orqa-

nizm”ə  həmişə  və  dərhal uyğunlaşa bilmir. F.Şmitter və 

T.L.Karlın yazdıqları kimi “konkret ölkədə demokratiyanın 

konkret forması sosial-iqtisadi şəraitdən, dövlətin  ənənəvi 

strukturundan və  qəbul olunmuş siyasi praktikadan asılıdır”. 

Ona görə  də yeni məkanlarda demokratiya naməlum, amma 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə