Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.

səhifə1/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   81


Qabriel Qarsia Markes 
"Patriarxın payızı" 
Roman 
Latın Amerikasının Nobel mükafatı laureatlı - dünyaşöhrətli yazıçısını şah əsər 
azərbaycan dilində… 
  
Afaq Məsudun azərbaycanca çevirməsində 
Afaq Məsud 
Romana ön söz 
Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu 
məşhur romanı, mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu 
1


və ruhuyla hakimiyyət zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç 
cür vidalaşmaq istəmədən, ölümünün astanasınacan mübarizə aparan qoca diktator 
haqqında, onun hakimiyyətinin qürub çağı – payızı haqqındadır.  
Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus 
yazıçı qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan 
ölçülərinin itirildiyi, müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və 
situasiyaların, eyni bir müstəviyə - yaşı və məkanı dəqiq bilinməyən, ilğımvari 
yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və insan talelərinə, guya 
təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu 
mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan 
obrazlarının markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi 
kimi, iyirminci əsr ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır. 
Yazıçının, xüsusi bir şövqlə, adi insan normalarına sığmayan sirli dünyasını zərgər 
incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə tarixin müxtəlif dönəmlərində gələn, 
hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç bir vəchlə əlindən 
buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz 
önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik 
cəmiyyətə doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və 
cığırları öz kasad dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi 
kəsən, zamanın bütün sınaqlarından – sui-qəsdlərdən və məhəlli savaşlardan, 
dünya müharibələrindən və inqilabi çevrilişlərdən, təbii fəlakətlərdən və 
xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların mistik əbəliyini, 
dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.  
Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli 
insanların gizli mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş 
Markes, insanlıq üçün xüsusi təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, 
insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu tapdanan, zülm və haqsızlıq üzərində 
qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya xalqları qarşısında öz 
haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.  
 
 
A. Məsud 
 
 
 
 
 
 
«PATRİARXIN PAYIZI» HAQQINDA 
 
 
Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər 
və Fuentes, Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin 
diktatoru haqqında bir fəsil yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə 
qərara gəlirlər ki, Fuentes – Porfirio Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya 
 
2


diktatorlarından hər hansı birinin, Varqas Lyosa – Legianın, Otero Silva (yəni 
mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa oxşayan uydurma bir 
diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta Venesuelaya xəbər 
göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o xahişi 
yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, 
çünki ona nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə 
yazmadı. Bəziləri isə yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun 
«Mən, Ali», Karpentyerin diktator Maçadonun müəyyən xarakterik cizgilərini 
ehtiva edən «Metodun yanlışlığı» və Qarsia Markesin «Patriarxın payızı» kitabları 
bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin nəticəsi kimi ən azı üç roman 
yarandı... 
 
 
Migel Otero Silva, 
Venesuela yazıçısı 
 
 
 
 
 
 
 
 
Q.Q.Markes özü isə  
roman haqqında belə düşünür 
 
 
…«Yüz ilin tənhalığı» mənim digər kitablarımdan populyar olsa da, belə hesab 
edirəm ki, «Patriarxın payızı» daha əhəmiyyətlidir və qəti əminəm ki, məni 
unudulmaqdan xilas etməyə qabil olan əsərim, məhz elə «Patriarxın payızı»dır. 
Mən bu fikirdəyəm ki, təkcə «Yüz ilin tənhalığı» yox, əvvəl yazdığım əsərlərin 
hamısı «Patriarxın payızı»nın prelüdüdür. Başqa sözlə desək, mənim, daim 
axtarışında olduğum və yazmaq istədiyim əsər «Yüz ilin tənhalığı» yox, 
«Patriarxın payızı» olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir 
ki, məhz həmin bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik 
də, mən onu öz işimdən ləzzət ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan. 
«Yüz ilin tənhalığı»nı yazarkən isə, təəssüf ki, belə imkandan məhrum idim. 
 
 
*** 
 
…Mənim öyrəndiyim ispan dili ispan poeziyasının Qızıl dövründən, bir də 
Romansero poeziyasından qaynaqlanır. Mən ispan poeziyasını çox gözəl bilirəm 
və bu poeziyanın mənə çox köməyi olub. Bütün bunlar «Patriarxın payızı»nda 
şüurlu şəkildə öz təzahürünü tapıb. Əsər Qəraib xalqlarının şerləri ilə, xüsusən də 
 
3


Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin mütərcimlərinin hansı 
çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər üçün 
problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan 
dünyasından, Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya, 
ayrı dillərə demək olar ki, tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində 
Ruben Dario poeziyasının dili üstündə qurulub. 
 
*** 
 
Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım, 
amma nədənsə iş ləng gedirdi.  
…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam 
edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı 
ilə açıq məhkəmədə baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdən 
idi. Onun törətdiyi bütün qanlı cinayətlər, şübhəsiz ki, sübuta yetirildi və müttəhim 
ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə oturub dinləyirdim. Ölüm 
hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində bircə əzələ 
də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu 
və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. 
Lakin sonralar çox götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – 
məktubları, bioqrafiyaları, reportajları oxudum. Yazmağa başlayanda isə həmin 
faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, mənim qəhrəmanım 
mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın. 
 
*** 
 
…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da, 
Frankodan da, Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira 
etmişdi – bu qəfəsin bir hücrəsinə siyasi dustaqları salırdılar. Bununla belə, 
Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O ki, qaldı Qomesə – Xuan 
Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki, venesuelalılar 
özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də 
qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və 
mənim personajım daha çox ona oxşayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
4




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə