Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.

səhifə3/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   81

biz bilirdik ki, bütün bu əkslər onun, hələ lap uzaq keçmişlərdən bizim günlərə 
gəlib çıxan keçmiş surətlərin sürətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; 
həmin o ildən ki, onun kimliyi və görkəmi barədə bizim valideynlər öz ata-
analarından, onlar da öz növbələrində, öz dədə-babalarından eşidib-öyrənmişdilər; 
biz isə lap uşaq yaşlarımızdan onun əbədi olduğuna və əbədi olaraq, öz 
iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; biz bilirdik ki, kimsə, 
nə vaxtsa bayram axşamı onun, iqamətgahın çıraqlarını yandırdığını, kimisi, 
prezident karetinin qaranlığından baxan kədərli gözlərini, qanı qaçmış solğun 
dodaqlarını, karet pəncərəsinin, kahin cübbəsi kimi gümüşü saplardan hörülmüş 
pərdəsi altından kimsəsiz küçələrə xeyir-dua verən yuxulu əlini görmüşdü; biz 
onun sağ və salamat olduğunu, bir neçə il bundan əvvəl, unudulmuş şair Ruben 
Darionun şerlərini küçənin ortasında beş sentə ucadan oxuduğuna görə tutulan, 
sonradan, həmin o poeziya tədbirinə görə dəmir pulla mükafatlandırılıb azadlığa 
buraxılan, gözləri kor bir tüfeylidən də öyrənib bilmişdik; o bədbəxt, həmin o 
məlum səbəbdən generalın üzünü görə bilməmişdi, gözləri görsəydi belə, onu 
onsuz da o səbəbdən görə bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana 
onun üzünü, Yer üzünün bir canlısı görməmişdi; amma, biz bilirdik ki, o sağdı, Yer 
kürəsi də, məhz buna görə hələ ki, hərlənir, həyat davam edir, poçt işləyir, nəfəsli 
bələdiyyə orkestri də gecədən xeyli ötənədək Armas meydanının tozlu palmaları və 
kədərli fənərləri altında gic-gic valslar çalır, yeni, gənc musiqiçilər, qocalıb 
ölənlərin yerini tutur və hətta son illər, onun hakimiyyət qəsrindən artıq insan səsi, 
mahnı, ya quş səsi eşidilməyəndə, saray hasarının zirehli darvazaları daha 
açılmayanda belə, biz bilirdik ki, sarayda kimsə var; çünki sarayın, bir vaxt dənizə 
açılan dəyirmi pəncərələrində işıq yanırdı, yaxına getməyə ürək eləyənlər isə qala 
divarlarının o üzündən, at ayaqlarının və mal-qaranın ağır nəfəsini eşidirdilər; bir 
dəfə isə yanvar ayında biz, prezident sarayının artırmalı eyvanında qürubu seyr 
edən inəyi də görmüşdük; siz bir təsəvvür edin, ana Vətənin fəxri eyvanında 
inək!?.. Biabırçılıq!.. Belə ölkəyə nə deyəsən?!.. Bunu görəndə hamımız çaşıb 
qaldıq: prezident sarayının eyvanı hara, inək hara?.. Yəni sarayda inək var?.. 
Yoxsa inkələr sarayın içi ilə, pilləkənlər boyu, xalçalar döşənmiş saray pillələri 
boyu özləri üçün rahat-rahat gəzişirlər?.. Onda bir hay-həşir düşdü ki, gəl görəsən, 
axırda heç biz özümüz də bilmədik nə baş verdi: bu lənətəgəlmiş inəyi biz 
prezident sarayının eyvanında gördük, yoxsa bu fağır heyvan bizim gözümüzə 
Armas meydanında görünmüşdü?!. Axı bu eyvanda, yaxınlıqdakı kəndçi 
xəstəxanasının məhəccərlərində mürgüləməkdən bezib həmin o həlledici cümə 
gününün ala-toranında hücum çəkib sarayın pəncərələrini dağıdan qartallardan 
savayı, çoxdannan bəriydi ki, bir canlı belə görünməmişdi?!.. Həmin o gün 
qartallardan sonra, bir vaxt dənizin, indi isə qatı toz dumanının yırğalandığı uzaq 
üfüqdən, bir-birinin ardınca qatar-qatar ayrı quşlar da uçub gəlmişdi və quşların, 
qırmızı buxaqlı, başı lələk taclı başçısı işarə verənəcən, qartal dəstəsi bütün günü 
iqamətgahın başına dövrə vurmuşdu, sonra çilik-çilik olan şüşələrin səsi, 
möhtəşəm meyidin iyi gəlmişdi və qartallar o yan-bu yana uça-uça insan nəfəsi 
gəlməyən bu kimsəsiz evin pəncərələrində vurnuxmağa başlamışdılar; bazar ertəsi 
biz də ürəklənib içəri girdik, bomboş iqamətgahın, ötüb keçib, artıq uzaq keçmişdə 
qalan zəngin həyatının tör-töküntüsünü, onun, qartalların didişdirib tanınmaz hala 
 
7


saldığı meyidini, incə qadın əllərini gördük; dövlət möhürü olan üzüyü onda onun 
sağ əlinin adsız barmağındaydı, bədəninin çox hissəsində, əsasən də qollarında və 
qasığında qəribə, xırda səpkilər gözə dəyirdi, qurşağında, qartalların niyəsə 
toxunmadığı nəhəng qarnını saxlayan brezent qayışın toqqası fürülmüş öküz 
böyrəyini xatırladırdı; biz onu hamılıqla birgə, öz gözlərimizlə gördüksə də, onun 
ölduyünə yenə o səbəbdən inana bilmədik ki, onun bu sayaq «ölüsünü» bir vaxtlar 
da, elə bu kabinetdəcə tapanlar çox olmuşdu, fərq bircə burasındaydı ki, bu dəfə o, 
bir vaxtlar görücü-falçının suya baxıb dediyi kimi, deyəsən öz ölümü ilə – yuxuda 
ölmüşdü; o dövrlər isə, ömrünün payızı hələ təzə-təzə qədəm qoymağına 
baxmayaraq, o özünü öz iş otağında o səbəbdən tam təhlükəsiz hiss edirdi ki, o 
dövrlər ölkə hələ kifayət qədər çiçəklənirdi; bəlkə də elə buna görə ölkəni də elə 
idarə eləyirdi, elə bil qəti əmin idi ki, heç vaxt ölməyəcək; prezidentin sarayı, öz 
ətraf həyətləriylə bir, saraydan çox, eşşəklərin, ağır yüklərini boşaltdığı, 
dəhlizləridən - içi tərəvəz və toyuq dolu səbətlər daşıyan ayağıyalın əsgərlərin 
arasından, ac-yalavac uşaqları qucağında, pilləkənlərin üstündə mürgü döyə-döyə, 
hökumətdən mərhəmət payı uman qadınlarının arasından keçilə bilməyən bazar 
meydanını xatırladırdı; burda həm də onun, gecədən qalıb soluxan güllərini 
təzələyən deyingən aşnalarının, saray güldanlarından yuxarıdan aşağı boşalan 
bulanıq sulardan vaxtında qaçıb canını qurtarmaq lazım gəlirdi; burda döşəmələri 
yaş əsgilərlə silə-silə cuşa gələn qadındarın xatakar məhəbbətdən oxuduğu 
mahnılar, süpürgələrin taqqıltısına, döşəkçürüdən məmurların həyasız çığırtılarına 
qarışırdı; məmurlar yazı stollarının gözlərinə doluşub orda altdan-altdan 
yumurtlayan səfeh toyuqları qova-qova öz aralarında söyüşürdülər; bu səsə ümumi 
ayaqyolundan gələn səslər, quşların qaqqıltısı və iclas zalında boğuşan küçə 
itlərinin səsi qarışırdı; bir sözlə, it yiyəsini tanımırdı və yüzlərlə taybatay açılan 
nəhəng qapılarından boylandıqca, bu vay-həşirdə, bu basabasda nəyin harda 
olduğu, kimin nəyi idarə elədiyi, kimin kim, nəyin nə olduğu bilinmirdi və bütün 
bu vurhavurda, bu qarmaqarışıqlıqda saray sahibinin şəxsən özü nəyinki iştirak 
edirdi, bütün bu məşəqqətin baş ilhamvericisi və təşkilatçısı onun özü idi; eə ki, 
prezidentin yataq otağının pəncərələrində işıq yanırdı - bu işıq isə birinci xoruz 
banından çox-çox qabaq yanırdı, səhərin ala-toranında prezident qvardiyası 
şeypurunun cır səsi eşidilməyə başlayırdı; Kondanın yaxınlıqda yerləşən 
kazarmaları isə həmin dəqiqə şeypurlara züy tutub, saraydan gələn bu siqnalı daha 
uzaqlara - San-Xeronimodakı bazaya sarı ötürürdülər; ordan bu səslər liman 
qalasına çatdırılırdı, qalada isə bu siqnalı altı taktla, əvvəl paytaxtın sakinlərini, 
sonra isə bütün ölkəni oyada-oyada dönə-dönə təkrar eləyirdilər; ölkəni yuxudan 
oyadan bu «oyanma» mərasimi uzandıqca, sarayın sahibi şəxsi ayaqyolunda oturub 
səhər düşüncələrinə dalır, şeypurların səsindən başına düşən uğultunu ovutmaqdan 
ötrü ovuclarını qulaqlarına basır, topaz təki tüstü rəngli boz dənizin dalğalarıyla 
üzən gəmilərin işıqlarına baxır, sonra gün ərzində nə qədər süd sağıldığını 
yoxlamaq, südün paylanmasına nəzarət eləmək üçün fermaya yollanırdı; sağılan 
südün hamısını prezident kareti ilə şəhərin kazarmalarına daşıtdırdıqdan sonra 
əlavə sağılan südün həcmini yoxlamaqla prezident şəxsən özü məşğul olurdu; 
əslində o, südün paylanması məsələsinə, hələ sarayda məskən saldığı ilk gündən 
nəzarət etməyə başlamışdı; nəzarət mərasimi bitib başa çatdıqdan sonra o, mətbəxə 
 
8




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə