128
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
hərəkatının vüsət alması və beynəlxalq münasibətlərin on
beş müstəqil subyektinin meydana gəlməsi ilə nəticələnən
yeni dövrü başlandı.
Yer kürəsinin geosiyasi və geoiqtisadi strukturlarının
transformasiyaları, hər yerdə neoliberal modelin yayılması və
kapitalist beynəlmiləlləşdirilməsinin qlobal xarakteri keçmiş
kommunist Şərqinə münasibətdə ABŞ-ın yeni strategiyasını
müəyyən etdi. Müvafiq olaraq, “üçüncü demokratik dalğa”
başqa istiqamət və başqa sürət alırdı.
1980-cı illərin sonunda Şərqi Avropada və SSRİ-də baş
verən çevik proseslər Bretton-Vud sazişinin (1945-ci il, Bey-
nəlxalq Valyuta Fondunun – BVF-nin yaradılması) və Şima-
li Atlantika müqaviləsinin təməlini qoyanların ideologiyasına
əsaslanın neoliberalizm modelinin yayılmasını sürətləndirdi.
Dünya nizamının yeni modelinin sərhədləri qısa vaxt ərzində
Sovet İttifaqının qərb hüdudlarına çatdı.
1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı süqut
etdi. Dünyanın quru ərazisinin 1/6-ni tutan və qərb həyat
tərzinin əsas antaqonisti olan nəhəng imperiya çökdü. Bu
ölkədə sistemin özü dünyanın inkişaf meyillərinə müqavimət
göstərirdi, çünki ölkə özlüyündə avtarkiya idi. Lakin bu
tədqiqat işinin məqsədi Sovet İttifaqının dağılması ərəfəsində
və ondan sonra cərəyan edən hadisələrin xronologiyasının
təhlili və tədqiqi deyildir. Bizim məqsədimiz – demokra-
tikləşmə dalğasının tranzit cəmiyyətlərdə, o cümlədən Azər-
baycanda nə ilə nəticələndiyini izah etməkdir. Lakin əvvəlcə
öz müşahidələrimizlə bölüşmək istərdik.
Fikrimizcə, “üçüncü demokratik dalğa”nın güclənməsinə
və demokratik dövlətlər qurşağının yaranmasına gətirib çı-
xaran bir sıra səbəb mövcuddur. SSRİ-nin dağılması ilə
129
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
demokratik dalğa Şərqi Avropa ölkələrini bürüdü. Şərqi
Avropa ölkələrində bu, demokratik dəyişikliklərin artıq
ikinci dalğası idi. İlk demokratik transformasiyaların 1956-
cı ilin faciəli Macarıstan hadisələri və “insan sifətli
sosializm” qurmağa çalışan 1968-ci il “Praqa baharı”nın
kədərli yekunları ilə nəticələnən rüşeymləri çoxlarının
yadındadır.
Hələ 1980-ci ildə Polşada qdansklı fəhlə Lex Valensa
tərəfindən yaradılmış “Solidarnost” azadlıq və yenilik tələb
edən siyasətin başında durdu. 1978-ci ildə Roma katolik
kilsəsinin başçısı seçilən keçmiş Krakov kardinalı Karol
Voytılanın bir ildən sonra (1979-cu ildə) Polşaya pastor
səfəri də buna kömək etdi. Onunla görüşlərdə milyonlarla
insan nəinki dini saflaşma duyğuları keçirir, bu insanlar həm
də özlərini vətəndaş kimi dərk edir, böyük ictimai qüvvə
kimi hiss edirdilər. Şərqi Avropa ictimai inkişafın
demokratikləşdirilməsi əhval-ruhiyyəsindən qidalanan köklü
transformasiyalara hazır idi.
Macarıstanda demokratikləşmə bir qədər ağrılı başladı.
1987-ci ildə Yanoş Kadar 75 illik yubileyini qeyd etdi.
Macarıstan cəmiyyətinin həm yuxarı, həm də aşağı
təbəqələrində başa düşürdülər ki, ölkənin siyasi rəhbərliyini
dəyişmək vaxtı çatmışdır, lakin onlar buna hazır deyildilər.
Nəhayət, cəmiyyət içərisində Yanoş Kadarın vəzifədən gö-
türülməsi və təcili olaraq sosial müqavilə barədə danışıqların
başlanması fikri möhkəmləndi. Həmin andan ara verməyən
böhranlar Macarıstanı lərzəyə gətirdi. Yeni elita hakimiyyətə
yalnız 1990-cı illərin əvvəlində gələ bildi. Lakin onların nə
cəmiyyətin aşağı hissəsinin tələblərini tez bir zamanda ödə-
məyə, nə də ki, yubanmadan demokratik seçkilər keçirmək
üçün təşkilatlanmağa resurs və iradələri çatdı.
130
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
S.Hantinqtonun yazdığı kimi, Şərqi Avropada demokratik
təcrübənin ümumi akselerasiyası – sürətlənməsi prosesi ge-
dirdi. Məsələn, Polşanın demokratik tranziti üçün 10 il,
Macarıstanda 10 ay, Şərqi Almaniya və Çexoslovakiyada 10
gün, Rumıniyada isə 10 saat lazım oldu.
İndi aydındır: keçən əsrin 80-ci illərinin sonu – 90-cı
illərinin əvvəllərində sosialist ölkələrində baş verən hadisələr
qanunauyğun tarixi proses idi. Bu proseslər yeni
transformasiyalarda təzahür etdi və nəticədə özünü siyasi,
iqtisadi və sosial-mədəni mühitdəki dəyişikliklərdə göstərdi.
Bəs “üçüncü demokratik dalğa”nın ikinci mərhələsinin
güclənməsinə, onun Şərqi Avropaya, sonra bütün postsovet
məkanına ekspansiyasına, nəhayət, demokratik rejimlərin
birləşməsinə səbəb nə oldu? Fikrimizcə, postsosialist
məkanın demokratikləşməsinin yeni mərhələsinə aşağıdakı
ardıcıllıqla düzülən amillər səbəb olmuşdur:
1. SSRİ-dəki dürğunluq və tənəzzül, Afrika, Yaxın Şərq,
Şərqi Avropa və nəhayət, sovet respublikaları
üzərində nəzarətin itirilməsi və bunun nəticəsində bir
sıra etnomilli münaqişələrin, xalq və milli azadlıq
hərəkatlarının meydana gəlməsi onların, Mərkəz
tərəfindən amansızlıqla yatırılması və bu səbəbdən
amortizasiya əks-reaksiyası doğurması.
2. Sovet İttifaqı tərəfindən təklif edilən inkişaf modelinin
Şərqi Avropa ölkələri üçün iqtisadi cəhətdən cəlbedici
olmaması, planlı təsərrüfatın tam iflası və bazar təsər-
rüfatının vüsət alması.
3. ABŞ-ın iqtisadi və hərbi-siyasi baxımdan güclənməsi,
dünyada üstünlüyü ələ almaq cəhdləri.
Dostları ilə paylaş: |