98
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
ğasının təhlilində məşhur Amerika politoloqu, Harvard
Universitetinin Strateji Tədqiqatlar İnstitutunun direktoru
Səmyuel Hantinqtonun böyük xidməti var.
O, 1991-ci ildə çapdan çıxan “Üçüncü dalğa. XX əsrin
sonlarında demokratikləşmə” monoqrafiyasında müasir dünya-
da baş verən dəyişikliklərin geniş və bütöv mənzərəsini canlan-
dırmış, totalitarizm və avtoritarizmdən demokratiyaya keçidin
müqəddəm şərtlərini, gedişini və perspektivlərini təhlil etmişdir.
Hantinqton yazır ki, “demokratikləşmə dalğası qeyri-demo-
kratik rejimlərdən demokratik rejimlərə müəyyən zaman döv-
ründə baş verən keçidlər qrupudur ki, onların da miqdarı həmin
dövrdə əks istiqamətdə gedən keçidlərin miqdarından xeyli
çoxdur”
1
.
Amerika politoloqu F.Şmitter qlobal miqyasda demokra-
tikləşməni dörd dövrə ayırır. Zənnimcə, bu dünyada baş verən
demokratik tranzitlərin mənzərəsini tam şəkildə əks etdirir:
birinci dalğa – şərti olaraq, 1848-ci il inqilabından başlanan
dövrdür, lakin bu inqilabdan sonra, 1852-ci ilədək bir çox
ölkələr (xüsusən, Fransa, Almaniya, Avstriya-Macarıstan) ida-
rəetmənin avtokratiya formalarına qayıtdılar;
ikinci dalğa – Birinci Dünya müharibəsindən sonrakı dövr-
dür. Həmin dövrdə Almaniyanın məğlubiyyəti, habelə Rusiya
və Avstriya-Macarıstan imperiyalarının süqutu nəticəsində Şər-
qi və Mərkəzi Avropada yeni dövlətlər meydana gəlir, onların
çoxunda ilk vaxt idarəetmənin demokratik formaları bərqərar
edilir;
üçüncü dalğa – İkinci Dünya müharibəsindən sonrakı
dövrdür;
1
С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М.,
2003, стр.26.
99
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
dördüncü dalğa – Portuqaliyada 1974-cü il hərbi çevrili-
şindən başlanır
1
.
Hantinqtona görə, müasir dünyada demokratikləşmənin üç
dalğası və geriçəkilmənin iki dalğası baş vermişdir. Yəni,
demokratikləşmənin hər bir dalğası sonra geriçəkilmə ilə –
demokratik idarəetmədən uzaqlaşma ilə müşayiət edilmişdir ki,
bu da nəticədə totalitar, yaxud avtoritar rejim qurulmasına
gətirib çıxarmışdır.
S.Hantinqton yazır ki, demokratikləşmənin birinci, ən uzun-
sürən dalğası 1828-ci ildə Amerika Birləşmiş Ştatlarında baş-
lanmışdır. O vaxt köhnə ştatlarda əmlak senzi ləğv edilmiş və
bütün yaşlı kişilərə seçki hüququ verilən yeni ştatlar birləş-
dirilmişdi.
Yaşlı kişilərə seçki hüququ verilməsi 1828-ci il seçkilərində
həqiqətən səs vermiş ağdərili kişilərin sayını 50 faizə çatdır-
mağa kömək etmişdi. S.Hantinqton həmin məsələdə Conatan
Sanşaynın təsnifatından istifadə etmişdir. Sanşayn demokratik
minimumun iki sanballı meyarını irəli sürmüşdür: 1) yaşlı kişi
əhalinin 50 faizi səs hüququna malikdir; 2) icra hakimiyyətinin
məsul başçısı ya seçkili parlamentdə əksəriyyətin dəstəyini
özündə saxlamalı, yaxud da vaxtaşırı ümumxalq seçkilərində
seçilməlidir.
Birinci demokratik dalğanın məhz ABŞ-da, yalnız ağdərili
kişi əhali səs verdiyi ölkədə başlandığı barədə Hantinqtonun
irəli sürdüyü ideya həmin məsələyə bir qədər ehtiyatla
yanaşmağı tələb edir, çünki demokratiya bir cəmiyyətin bütün
üzvlərinin onun ictimai-siyasi həyatında lazımınca iştirak
etməsini nəzərdə tutur. ABŞ-da isə bu məsələ uzun müddət həll
edilməmiş qalmışdır.
1
Schmitter, 1995 // Шмиттер Ф. Размышления о гражданском обществе
и консолидации демократии // Полис. 1966, № 5.
100
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Demokratikləşmənin birinci dalğası Qərbi və Şərqi
Avropanın, Latın Amerikasının bir çox dövlətlərini bürümüş və
əslində, ötən əsrin, 20-30-cu illərinədək davam etmişdir. Həmin
dövr ərzində bu dalğa geniş məkanları əhatə edərək İsveçrə,
Fransa, Böyük Britaniya, İtaliya, Argentina, Çili, İspaniya,
Portuqaliya, Yunanıstan, Litva, Latviya, Estoniya, Polşa,
Braziliya, Uruqvay və hətta Yaponiyada rejimləri dəyişmişdir.
Demokratikləşmənin ən uzunsürən dalğasının geri çəkilmə-
sinin başlanğıcı Benito Mussolininin 1922-ci ildə İtaliyada
hakimiyyətə gəlişi ilə qoyulmuş, nəticədə zəif və korrupsiyalı
İtaliya demokratiyası süquta uğramışdır. 1926-cı ildə Portuqali-
yada hakimiyyət Antonio de Salazarın əlinə keçdi. 1930-cu ildə
o, faşist “Milli İttifaq” partiyasını yaratdı. Bu partiya “unitar
korporativ respublika” tərəfdarı idi, 1933-cü il konstitusiyasının
(habelə ona əlavənin – “müstəmləkə aktı”nın) hazırlanmasında
iştirak etmiş və korporativ faşist dövləti yaradılmasını başa
çatdırmışdır. Üç ildən sonra, 1933-cü ildə Almaniyada Adolf
Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya və Avstriya
demokratiyalarının tarixi başa çatdı ki, bu da Avropada və
ümumən dünyada ən böyük siyasi kataklizmlərin əsasını qoydu.
Bütün bu proseslərdə SSRİ-yə eyni əhəmiyyətli rol verilirdi,
hərçənd, Hantinqton bəzi dövlətlərdə demokratiyaların süqutu-
nun bütün səbəblərini tam göstərmir. Lakin məsələn, İspaniya-
nın timsalında bu ölkədə demokratiyanın süqutunda Moskvanın
rolu barədə mühakimə yürütmək olar.
Məlum olduğu kimi, 1938-ci ildə sovet hökuməti respublika-
çılara hərbi yardımı kəskin surətdə azaltmışdı. İspaniyaya gələn
sovet könüllülərinin tərkibi də dəyişmişdi. Əgər 1936-cı ildə –
1937-ci ilin birinci yarısında buraya zəngin hərbi təcrübəsi olan
və akademiyaları bitirən yüksək ixtisaslı mütəxəssislər
gəlirdisə, Qızıl Ordunun ali komanda heyətinə divan tutulduq-
dan sonra İspaniyaya orta və kiçik rütbəli komandirlər göndə-