Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə51/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   47   48   49   50   51   52   53   54   ...   253

 

 

162 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Fridrix Hayek və Robert Nozikin “leqal” demokratiyası 



bir çox cəhətdən “protektiv” demokratiyaya qayıdışdan iba-

rətdir. Ümumiyyətlə, demokratiya azadlığı müdafiə etmək 

üçün lazımdır və bu, çoxluğun hakimiyyəti prinsipini doğrul-

dur. Lakin müdrik və ədalətli idarəetməni təmin etmək üçün 

bu prinsipin fəaliyyətinə  məhdudiyyət qoymaq lazımdır. 

Başlıca məhdudiyyət isə qanunun xalqın iradəsindən üstün 

olmasıdır. “Leqal” demokratiya nəzəriyyəçiləri məhz bu 

cəhəti anqlsaks konstitusiya quruluşuna aid edirlər. Beləliklə, 

“hüquqi dövlət” anlayışı  əsas məsələyə çevrilir. “Protektiv” 

demokratiya kimi, leqal demokratiya da dövlətin vətəndaş 

cəmiyyətindən ayrılmasını nəzərdə tutur. Bürokratik tənzim-

ləmə  (ələlxüsus iqtisadiyyatda) minimuma endirilməli, iqti-

sadiyyatda kök salmış marağı olan qrupların fəaliyyəti isə 

sərt  şəkildə  məhdudlaşdırılmalıdır. Bu, ilk növbədə, siya-

sətdən tamamilə  kənarlaşdırılmalı olan həmkarlar ittifaqla-

rına aiddir. Demokratiya üçün əsas təhlükəni kollektivçi tə-

mayüllər təşkil edir ki, məhz onların təsiri altında xalqlar 

“köləlik yoluna” düşürlər

1



Hayekin “Köləliyə aparan yol”  kitabı sosializmə qarşı  əsl 



hücum oldu. Siyasət aləmindəki dəlillərdən istifadə edərək, o, 

kitabı bilərəkdən adi oxucuya ünvanlamışdı. Hayek  israr edirdi 

ki, gəlirin bərabər bölüşdürülməsi kimi sosialist məqsədlərini və 

qiymətlər üzərində nəzarət qoyulması kimi bazar iqtisadiyyatına 

müdaxilənin sosialist taktikasını  qəbul edən demokratik 

hökumətlər hökmən totalitar rejimlərə çevrilir. Eynilə totalitar 

dövlətlərdə rəqabətli bazar tətbiq etməyə göstərilən hər bir cəhd 

son nəticədə siyasi sarsıntılar törədəcək, çünki bazar 

münasibətlərinin  əsasında duran seçim azadlığı avtokratik 

məqsədlərlə bir araya sığmır. “Ola bilsin ki, iyirmi beş il öncə 

                                                 

1

 



Ф.Хайек .Дорога к рабству (The Road to Serfdom), 1944.

 



 

 

163



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

“planlı cəmiyyət əvəz etdiyi liberal rəqabətli cəmiyyətdən daha 



çox azad ola bilər” kimi sadəlövh inam üçün hansısa üzrlü 

səbəblər hələ mövcud idi”

1

.

 



Lakin bu fikirlərin yoxlanılması və 

yenidən yoxlanılmasının iyirmi beş illik təcrübəsindən sonra 

bunu təkrar etmək, özü də əldə silah bu ideologiyanın yaratdığı 

sistemə qarşı mübarizə apardığımız bir vaxtda təkrar etmək 

həqiqətən faciəli yanılmaqdır

2



“Leqal” demokratiya modeli “yeni sağlar” deyilən siyasi 

ideologiyaya daxil olur. İqtisadi planda o, “azad rəqabətə” və 

bazar qüvvələrinin hüdudsuz hökmranlığına qayıtmağı təkid 

edən neoliberal model tərəfdarlarının mühakimələri ilə 

əlaqələnir. 

İngilis sözü olan “participation” iştirak etmək mənasını 

verir. Həm də qismən demokratiya adlanan məhz bu nəzəriy-

yədə  müəlliflər (Nikos Pulantsas, Kerol Peytmen, Bencamin 

Barber) səriştəli, bütün cəmiyyətin problemlərini həll et-

məkdə maraqlı olan və  fərdiyyətçilik hisslərini kollektiv-

çiliklə birləşdirən  yeni tip vətəndaş formalaşdırmaq üçün bir 

vasitə görürlər. Nəzəriyyə demokratiyaya dövlət həyatının və 

ictimai münasibətlərin bütün sahələrinin təşkil olunmasının 

universal prinsipi kimi baxır. 

“Partisipator” demokratiyada mahiyyət etibarilə sosial in-

qilabdan söhbət gedir, lakin bu inqilab hakimiyyətin hansısa 

ictimai qrup tərəfindən qəsb edilməsi ilə yox (Marksda ol-

duğu kimi), demokratikləşdirmə ilə bağlı olmalıdır. Bu 

məqsədə nail olmaq üçün yerlərdə (o cümlədən istehsalatda) 

                                                 

1

 

The Old World and the New Society: An Interium Report of the Na-



tional Executive of the British Labor Party on the Problems of Reconstruction

p. 12,16.

 

2

 



Ф.Хайек.  Дорога  к  рабству. http://www.Libertarium.ru/ Libertarium/ 

İ_Lib_roard_xııı)

 



 

 

164 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

özünüidarə özəkləri yaratmaq, siyasi partiyaları daxili de-



mokratik strukturu olan kütləvi hərəkatlara çevirmək, par-

lamentləri xalqın üzünə daha açıq etmək lazımdır. Bu model 

qanunun aliliyinə elə böyük əhəmiyyət vermir. Əksinə, insti-

tusional sistem daimi dəyişikliklərə, siyasi formalar üzərində 

eksperimentlərə hazır olmalıdır. Bu model yalnız bürokra-

tiyanın sərt tənqidi və onun rolunun azaldılmasına cəhd 

göstərilməsi baxımından əvvəlki model ilə üst-üstə düşür. 

“Partisipator” demokratiya XX əsrin 60-70-ci illərində 

reprezentativ demokratiyanın tənqid edilməsinin təsiri altında 

təşəkkül tapmış, “yeni solların”  əlində bayraq olmuşdu və 

indi də  Qərbdə alternativ siyasi qüvvələrin diqqətini cəlb 

etməkdədir. Elə bu səbəbdən də o, liberal elita arasında çox 

da populyar deyildir. Eyni zamanda, o, həddindən çox vacib 

məsələləri cavabsız qoyur. 

Elitar demokratiyadan fərqli olaraq, partisipator demokra-

tiya bunu əsas tutur ki, insan ictimai rifahın nə olduğunu 

anlayan rasional məxluqdur, ona görə də ağıllı qərarlar qəbul 

edə bilir. Bu konsepsiyanın tərəfdarları hesab edirlər ki, 

siyasi sahədə insanların irrasionallığı və passivliyinin səbəbi 

onların savadlarının çatışmaması  və siyasətdə  iştirak üçün 

bərabər imkanların olmamasındadır. Buna görə də cəmiyyət 

hər bir fərdin fəal siyasi sosiallaşması üçün hər cür şərait 

yaratmalıdır. Bunun üçün isə, ilk növbədə, vətəndaşların 

siyasi prosesdə  iştirakı üçün maksimum imkan təmin 

edilməlidir. 

Demokratiyanın bu modelinin üstünlüyü qərarların qəbul 

edilməsində geniş kütlələrin iştirakı sayəsində, həmin 

qərarların intellektual baxımdan yüksək səviyyədə  əsaslan-

dırılmasındadır. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə