Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə195/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   191   192   193   194   195   196   197   198   ...   205

392 

 

torpaqlardan  müsəlmanların  kənd  təsərrüfatı  məhsulundan  ödədikləri  vergi;  2) 



malın  qiymətinin 

1/

10



-i  dəyərində  ticarət  rüsumu;  3)  müsəlmanlardan  qanuni 

zəkatdan əlavə alınan bər cür ticarət yığımları. 



utilər 

-  Azərbaycan  ərazisində  məskunlaşmış  qədim  tayfalar.  Bir  sıra 

tarixçilər  utiləri    e.ə.      III    -    II    minilliklərdə    Cənubi  Azərbaycan  ərazisində 

yaşamış  kuti  tayfaları  ilə  əlaqələndirirlər.  Lullubi  tayfaları  tərəfindən  öz 

yurdlarından  sıxışdırılıb  çıxanları  kutilər  tədricən  şimala  doğru  hərəkət  edərək 

Göycə  (Sevan)  gölünün  ətraf  ərazilərində  məskunlaşmışlar.  Urartu  mənbələrinin 

verdiyi məlumatlara görə, onlar burada etiunilər adı ilə tanınmışlar. E.ə. VIII əsrdə 

urartulular  Etiuni  vilayətini  tuturlar  və  etiunilər  Kür-Araz  vadisinə  köçürlər. 

Burada  utilər  antik  mənbələrdə  Otena  və  ya  Vitiya  adlandırılan  vilayətlərini 

yaradırlar.  Herodot  bu  barədə  bildirir  ki,  utilərin  tayfası  Əhəmənilər  dövlətinin 

XIV  dairəsinə  daxil  idi.  Herodot  onu  da  bildirir  ki,  utilər  Əhəməni  hökmdarı 

Kserksin  qoşunları  tərkibində  e.ə.  480-ci  ildə  Yunanıstana  qarşı  yürüşdə  iştirak 

etmişlər.  Utilər  də  kaspilər  kimi  qamışdan  düzəldilmiş  oxlarla  silahlanmışdılar, 

həm  də  onlardan  fərqli  olaraq  xəncərləri  var  idi.  Utilər  keçi  dərisindən  paltar 

geyirdilər.  Uti  vilayəti  Qafqaz  Albaniyasının  tərkibinə  daxil  ediləndən  sonra 

utilərin bir hissəsi də Kürün sol sahilinə köçür. Alban tarixçisi Moisey Kalankatlı 

özünün "Alban tarixi"ndə yazır ki, uti tayfaları albanların Aran adlı ulu babaları və 

hökmdarlarından törəmişlər. Bəzi tarixçilərin fikrincə, erkən orta əsrlərdə ola bilər 

ki,  utilər  hansısa  gəlmə  tayfa  ilə  qarışmışlar  və  bunu  tayfanın  "uti-dorslar"  ("uti 

aorslan"  -  "aorslar"  sarmat  tayfasıdır)  və  "utiqurlar"  (hun  tayfalarının  adı  ilə 

müqayisə  et  -  onoğurlar,  saraqurlar  və  s.)  adı  da  sübut  edir.  Qədim  utilərin 

övladları  sayılan  udinlər  hələ  XVIII  əsrin  əvvəllərində  özlərinin  "aqvan  (yəni 

alban)  və  millətcə  uti"  olmaları  ənənəsini  saxlayırdılar.  Müasir  udinlər  qədim 

Qafqaz  Albaniyasının  müvafiq  ərazilərinə  uyğun  rayonlarda  (Qəbələ,  Oğuz) 

məskunlaşıblar. 

utopiya 

(yun.  "mövcud  olmayan  yer")  -  1)  T.Morun  "Ən  yaxşı  dövlət 

quruluşu və ya Utopiya adlı yeni ada haqqında qızıl kitab"ında xüsusi mülkiyyətsiz 

adanın  adı;  2)  qeyri-real  planlı  ictimai  dəyişiklikləri  özündə  əks  etdirən  bürün 

əsərlər, nəzəriyyələr, proqramlar və düşüncələr. 

Utrext  uniyası

  -  1579-cu  ildə  Niderland  hurjua  inqilabı  zamanı  Utrext 

şəhərində  Niderlandın  yeddi  şimal  əyaləti  İspaniyaya  və  daxili  feodal-katolik 

irticasına  qarşı  mübarizə  aparmaq  məqsədi  ilə  ittifaq  bağladı.  Utrext  uniyası 

Niderland Birləşmiş Əyalətlər (Hollandiya) Respublikasının əsasını qoymuşdur. 



"Uzun  divarlar"

  -  e.ə.  461-ci  ildən  sonra  afinalılar  tərəfindən  tikilmiş 

müdafiə  divarları.  Həmin  divarlar  Afinanı  əhatə  etməklə  yanaşı,  həm  də  onu 

Afinanın  6  km-liyində  olan  liman  şəhəri  Pireylə  birləşdirirdi.  Bununla  elə  bir 

möhkəmləndirilmiş  rayon  yaradılmışdı  ki,  burada  bütün  Afina  vətəndaşları 

sığınacaq  tapa  bilərdilər,  eyni  zamanda,  mühasirə  vaxtı  divarlar  Afinanın  dənizlə 

əlaqəsini təmin edirdi. Peloponnes müharibəsində spartalılar tərəfindən e.ə. 404-cü 




393 

 

ildə  afinalıların  məğlub  edilməsi  nəticəsində  "Uzun  divarlar"  uçuruldu,  lakin  e.ə. 



393-cü ildə yenidən bərpa olundu. 

Uzun  Həsən

  -  böyük  oğuz  sərkərdəsi,  Ağqoyunlu  dövlətinin  banisi  və  ilk 

padşahı  (1467  -  78).  1467-ci  il  noyabrın  11-də  Uzun  Həsənin  başçılığı  ilə 

ağqoyunlu  tayfalarının  qoşunları  Muş  düzənliyindəki  savaşda  Cahanşahın 

qaraqoyunlu  qoşunlarını  darmadağın  edərək  öz  dövlətinin  əsasını  qoydu.  1468-ci 

ildə  Teymuri  Əbu  Səid  Ağqoyunlu  ərazisinə  yürüş  etdi,  lakin  şirvanşah  Fərrux 

Yassarla  və  Ərdəbil  şeyxi  Heydərlə  saziş  bağlayan  Uzun  Həsən  Əbu  Səidin 

qoşunlarını  tam  məğlubiyyətə  uğratdı.  Uzun  Həsənin  dövründə  əhalinin  yerinə 

yetirdiyi  mükəlləfiyyətləri  və  ödədiyi  vergiləri  tənzimləyən  "Qanunnamə"  tərtib 

edilmişdi. Mərkəzləşdirilmiş hakimiyyəti möhkəmləndirməyə cəhd göstərən Uzun 

Həsən  köçəri  əmirlərin  özbaşınalıqlarına  qarşı  mübarizə  aparırdı.  Ağqoyunlu 

dövlətinin  Kiçik  Asiyadakı  müttəfiqi  olan  Trapezund  imperiyasını  tutan  Osmanlı 

imperiyasına  qarşı  mübarizə  aparmaq  üçün  Uzun  Həsən  Avropada  Polşa, 

Macarıstan,  Avstriya,  Venesiya,  Kipr  və  Rodos  krallıqları  və  Vatikanla;  Asiyada 

Qaraman  bəyliyi  ilə  diplomatik  danışıqlara  başladı.  1472-ci  ilin  payızında 

ağqoyunluların  azsaylı  süvari  dəstəsi  Kiçik  Asiyada  Bəyşehir  yaxınlığında 

osmanlılar tərəfindən məğlub edildi. 1473-cü il avqustun 1-də sultan II Mehmetin 

başçılığı  ilə  Osmanlı  qoşunları  Fərat  sahilindəki  Malatya  şəhəri  yaxınlığındakı 

savaşda  ağqoyunlu  süvarilərinə  məğlub  oldu.  Malatya  savaşından  sonra  sultan  II 

Mehmet Uzun Həsənə danışıqlara başlamağı təklif etdi, amma padşah rədd cavabı 

verdi.  Lakin  1473-cü  il  avqustun  11-də  ağqoyunlu  süvariləri  Otluqbeli  savaşında 

məğlub  oldular.  Otluqbeli  məğlubiyyəti  Ağqoyunlu  dövləti  daxilində  köçəri 

əyanların  mərkəzi  hakimiyyətə  qarşı  mübarizəsinin  güclənməsinə  səbəb  oldu. 

Uzun  Həsən  sultan  II  Mehmetin  dəstəklədiyi  qiyamları  yatıra  bildi.  1474  -  77-ci 

illərdə  padşah  Uzun  Həsən  Gürcüstana  bir  neçə  yürüş  etdi  və  Tiflis  şəhəri  ilə 

birlikdə  Şərqi  Gürcüstanı  tutdu.  1478-ci  ilin  yanvarında  Uzun  Həsən  vəfat  etdi. 

Onun ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı və 

oğlu Yaqub Mirzənin xeyrinə başa çatdı. 

"Uzunmüddətli parlament"

 - İngiltərə kralı I Karl tərəfindən 1640-cı ildə 

çağırılmışdır. Faktik olaraq "Uzunmüddətli parlament" İngiltərə burjua inqilabının 

qanunverici  orqanı  olmuşdur.  Xalqa  arxalanan  "Uzunmüddətli  parlament"  kral 

hakimiyyətini  məhdudlaşdıran  bir  sıra  qanunlar  qəbul  etdi.  Parlament  "Böyük 

remonstrasiya"nın – mütləqiyyəti ittiham edən bəyannamənin və sonrakı fəaliyyət 

proqramının 

müzakirəsinə 

başladı. 

Müzakirələr 

zamanı 


parlamentdə 

presviterianlara  (mötədillərə)  və  independentlərə  (radikallara)  parçalanma  baş 

verdi. Kral hakimiyyəti ilə kompromisə gəlmək istəyən presviterianlar parlamentdə 

çoxluq  təşkil  edirdilər.  İndependentlər  isə  daha  radikal      islahatların    tərəfdarı  

idilər. 

Parlamentdəki  ziddiyyətdən  bəhrələnməyə  çalışan  kral  independentlərin 

həbsinə  uğursuz  cəhd  göstərdi  və  bu,  İngiltərədə  vətəndaş  müharibəsinin 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə