Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə196/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   192   193   194   195   196   197   198   199   ...   205

394 

 

başlanmasına  səbəb  oldu.  Müharibə  parlament  üçün  uğursuz  başlansa  da, 



Kromvelin başçılığı ilə parlamentin "yeni tipli" ordusu yaradıldıqdan sonra o, kral 

qoşunları üzərində qələbə çaldı.  Presviterianlar inqilabı bitmiş hesab 

edirdilər,  independentlər,  levellerlər  və  xalq  isə  onun  davamını  və 

dərinləşdirilməsini istəyirdilər. Presviterianlar ordunu buraxmağa səy 

göstərdilər  və  independentləri  parlamentdən  uzaqlaşdırdılar.  Buna 

cavab  olaraq  1647-ci  ilin  avqustunda  ordu  Londona  daxil  oldu  və 

presviterianların  liderlərini  parlamentdən  qovdu.  Qərarların 

natamamlığından  və  yarımçıqlığından  narazı  qalan  levellerlər 

independentlərlə  sazişi  pozdular,  amma  onların  çıxışları  amansızlıqla  yatırıldı. 

İkinci  vətəndaş  müharibəsi  (1648  -  49)  başlayanda  isə  independentlər  yenidən 

levellerlərlə  ittifaq  bağladılar,  Presviterianlar  kralla  danışıqlara  daha  bir  cəhd 

göstərdilər,  lakin  ordu  rəhbərliyi  tərəfindən  1648-ci  il  dekabrın  6-da  "Prayd 

təmizləməsi"  deyilən  tədbir  nəticəsində  presviterianlar  parlamentdən  qovuldular. 

Tezliklə kral məhkəməyə verildi və edam olundu. İngiltərə respublika elan edildi. 

"Uzunmüddətli  parlament"in  sonrakı  siyasəti  burjuaziyanın  və  yeni  zadəganların 

varlanmasına yönəldilmişdi, bu isə var-yoxdan çıxan xalqın narazılığına səbəb oldu 

və o hər an açıq çıxış etməyə hazır idi. Onun qarşısını almaq üçün Kromvel 1653-

cü  il  aprelin  20-də  hərbi  zor  işlətməklə  "Uzunmüddətli  parlamenti"  qovdu  və 

hakimiyyəti öz əlinə alaraq protektorluğunu qurdu. 

 

- Ü - 

 

Üçlər ittifaqı



 - Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və 

İtaliyanın 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok. Onun əksinə olaraq İngiltərə, 

Fransa və Rusiya Antantanı yaratdılar. 

Üçlər  paktı

  -  faşist  Almaniyası,  İtaliya  və  Yaponiya  arasında  1940-cı  il 

sentyabrın  27-də  bağlanmış  hərbi  saziş.  Dünyanı  iştirakçı  ölkələr  arasında 

bölüşdürməyi  nəzərdə  tuturdu.  Almaniya  və  İtaliyaya  Avropada,  Yaponiyaya  isə 

Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu. 



üçtarlalı əkin

  - üçtarlalı əkin sistemi tətbiq edildikdə tarla 3 yerə bölünür, 

növbə ilə dincə qoyulur, payızlıq və yazlıq əkinlər aparılır. XVIII əsr  - XIX əsrin 

birinci  yarısında  Avropa  ölkələrinin  kəndli  təsərrüfatlarında  tətbiq  edilirdi. 

Çoxtarlalı əkin sistemi ilə əvəz olunmuşdur. 



Üçüncü  respublika

  -  Fransada  1870  -  1940-ci  illərdə  mövcud  olmuş 

respublika.  Parisdə  1870-ci  il  sentyabrın  4-də  baş  vermiş  inqilab  nəticəsində 

imperator  III  Napoleon  devrilmiş  və  respublika  qurulmuşdur.  İkinci  imperiyanı 

əvəz etmişdir. Üçüncü respublikanın konstitusiyası Milli Məclis tərəfindən 1875-ci 

ildə  cəmi  bir  səs  çoxluğu  ilə  qəbul  edilmişdir.  İkinci  Dünya  müharibəsi  illərində 

Fransanın  Almaniya  qarşısında  1940-cı  il  iyunun  22-də  təslim  olmasınadək 

mövcud olmuşdur. 



395 

 

"Üçüncü reyx"



 ("Üçüncü imperiya")  - 1933-cü 

ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra nasistlərin 

faşist  Almaniyasına  verdikləri ad. Onlar "Birinci  reyx" 

dedikdə  "Alman  milləti"nin  "Müqəddəs  Roma 

imperiyası"nı  (962  -  1805),  "İkinci  reyx"  dedikdə  isə 

Almaniya  imperiyasını  (1871  -  1918)  nəzərdə 

tuturdular. 

üləma

  (ər.  "alim"in  cəmi)  -  alimlər,  müsəlman 

ilahiyyatçı və qərardadları. 



ümumi  seçki  hüququ

  -  qanunla  müəyyən  olunmuş  yaşa  çatmış  bütün 

vətəndaşların  dövlət  hakimiyyəti  orqanlarına  keçirilən  seçkilərdə  iştirak  etmək 

hüququ. 

Ümumrusiya  müsəlmanları  qurultayı

  -  1917-ci  il  mayın  1  -  11-də 

Moskvada  keçirilmiş  qurultay.  Qurultay  Ş.Əsədullayevin  vəsaiti  ilə  tikilən  və 

müsəlmanların  ixtiyarına  verilən  binada  keçirildi.  Qurultaya  Rusiyanın 

bölgələrindən  900  nümayəndə  gəlmişdi.  Qurultayın  gündəliyində  aşağıdakı 

məsələlər  var  idi:  milli-ərazi  muxtariyyəti,  maarif  və  mədəniyyət  haqqında, 

Müəssislər  Məclisi  haqqında,  torpaq  haqqında,  siyasi  təşkilatlar  haqqında  və  s. 

Əsas mübahisələr milli-ərazi muxtariyyəti məsələsi üzrə aparıldı. Rusiyanın bir çox 

bölgələrinə  yayılmış  tatarlar  yalnız  mədəni  muxtariyyət  istəyirdilər.  Bunun 

əleyhinə  çıxış  edən  M.Ə.Rəsulzadə  Rusiya  Demokratik  Federativ  Respublikası 

tərkibində  milli-ərazi  muxtariyyəti  yaradılması  ideyasını  təklif  etdi.  Səsvermə 

zamanı  M.Ə.Rəsulzadənin  təklifi  səs  çoxluğu  qazandı.  Qurultayın  qətnaməsinə 

habelə  icbari  və  pulsuz  ibtidai  təhsil,  orta  və  ali  məktəblərdə  ana  dilində  dərs 

keçilməsi, rus dilinin xarici dil kimi tədris edilməsi və s. də salındı. 

üsyan

 - hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə 

qarşı açıq silahlı çıxışı. 

 

- V - 

 

Vakx 

(lat.  "Baxus")  –  Qədim  Roma  dinində  bərəkət  və  şərabçılıq  allahı, 

qədim  yunanlardakı  Dionisə  uyğun  gəlir.  Vakxın  şərəfinə  dini  bayramlar  - 

vakxanaliyalar keçirilirdi. 



vakxanaliya 

-  Qədim  Romada  Vakxın  şərəfinə  keçirilən  dini  bayramlar. 

Vakxanaliya iştirakçıları şərab içməklə özlərini ekstaz vəziyyətinə çatdırırdılar. 

Vaqif  Molla  Pənah

  (1717  -  97)  -  "Vaqif"  təxəllüsü  ilə  yazmış  görkəmli 

Azərbaycan  şairi  və  Qarabağ  xanlığının  vəziri.  Vaqif  Qıraq  Salahlı  kəndində 

(müasir  Azərbaycan  Respublikasının      Qazax      rayonunda)  kəndli  ailəsində   

anadan  olmuşdur.      Mükəmməl  təhsil  alan  Vaqif  fars  və  ərəb  dillərini  də 

öyrənmişdir.  Əvvəlcə  Gəncədə  yaşamış,  sonra  Qarabağa  köçüb  Tərtərbasar    

kəndində  məktəbdə  dərs  demiş,  bundan  sonra  isə  Şuşada  müəllimlik  etmişdir. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə