390
udinlər
- Azərbaycan Respublikasının şimal-şərqində (5 min nəfərə yaxın)
və Gürcüstan Respublikasında (6 min nəfərə yaxın) yaşayan xalq. Tarixçilərin
çoxu belə hesab edir ki, udinlər qədim uti tayfasının nəslindəndir. Azərbaycan
ərazisindəki udinlər helə XVIII əsrin əvvəllərində də "aqvan (yəni alban) və
milliyyətcə uti" olmaları haqqında ənənəni saxlamışlar. Azərbaycan Respublikası
ərazisindəki müasir udinlər qədim Qafqaz Albaniyasının müvafiq şimal
rayonlarında (Qəbələ, Oğuz) məskunlaşmışlar. Müasir udin dili Qafqaz dilləri
qrupuna aiddir.
Ulanlar
- 1) mizraqlı monqol-tatar süvari döyüşçüsü; 2) XVI - XX əsrlərdə
Avropada yüngül süvari növü.
ultimatum
- bir tərəfin (dövlətin, qoşunların və s.) digər tərəfə öz şərtlərini
yerinə yetirmək haqqında qəti tələbi (qalanı təslim etmək, əsirləri azad etmək və
s.).
uluclar
- Azərbaycanda ərəb ağalığı dövründən asılı kəndli kateqoriyası.
ulus
- Mərkəzi Asiya və Sibir xalqlarında başçının və ya xanın tabeliyində
olan müəyyən əraziyə malik nəsil-tayfa birliyi.
Unitar dövlət
- dövlət quruluşu forması; burada dövlətin ərazisi
federasiyadan fərqli olaraq federativ vahidlərə (ştat, respublika, torpaq,
muxtariyyət və s.) deyil, inzibati-ərazi vahidlərinə (rayon, vilayət və s.) bölünür.
universitet
- əsas elmi fənlərin öyrənildiyi ali elmi-təhsil müəssisəsi.
Avropada universitetlər ilk dəfə Bizans imperiyasında meydana gəlib. XII - XIII
əsrlərdə belə universitetlər İspaniyada, İtaliyada, Fransada və İngiltərədə
yaranmışdır.
uniya
- monarxiya dövlətlərinin birliyi və ya ittifaqı forması.
Uot Tayler
- İngiltərədə 1381-ci il anti-feodal kəndli üsyanının
rəhbərlərindən biri (digəri - Con Boll). Üsyan İngiltərə qraflıqlarının əksəriyyətini
bürümüşdü. İyulda üsyançılar şəhər yoxsullarının yardımı ilə Londona daxil
oldular. Kralın yaxın adamlarından bir çoxu edam edildi. Kralla ilk görüş zamanı
üsyançılar tələb etdilər ki, bir nəfər də təhkimli olmamalı, torpaq üçünsə yalnız
cüzi haqq ödənilməlidir, kral ölkə daxilində ticarətə qoyulan bütün rüsumları ləğv
etməli və üsyançılara amnistiya verməlidir. Kral bu tələbləri yerinə yetirəcəyinə
vəd verdi. Kəndlilər Londonu tərk etməyə başladılar, amma Uot Taylerin dəstəsi
şəhərdə qaldı. Kralla aparılan ikinci danışıqlar zamanı üsyançılar tələb etdilər ki,
təhkimçilik hüququ və feodalların bütün hüquqları ləğv olunsun, vahid kilsə
hakimiyyəti yaradılsın, icma torpaqları qaytarılsın və silklər bərabərləşdirilsin.
Danışıqlar zamanı Uot Tayler ölümcül yaralandı. Üsyan yatırılsa da (hərçənd ayrı-
ayrı qraflıqlarda çıxışlar bir neçə il davam etdi), İngiltərədə təhkimçilik hüququnun
və biyarın ləğvinə yardım etdi.
"Uotergeyt məsələsi"
- ABŞ-da 1972-ci il seçki kampaniyası zamanı
Vaşinqtonun "Uotergeyt" hotelində Demokratlar partiyasının mənzil-qərargahında
dinləyici qurğunun quraşdırılmasına cəhdlə bağlı hadisələrin təhqiqi. Ağ Evin
391
vəzifəli şəxsləri tərəfindən pulla ələ alma, hədələmə, yalan şahidlik və digər qanun
pozuntuları da aşkar edilmişdir. "Uotergeyt məsələsi"ndə təqsirləndirilən ABŞ
prezidenti R.Nikson impiçment təhlükəsi altında 1974-cü ilin avqustunda istefa
vermişdir.
Ur
- e.ə. IV minillikdə Mesopotamiyanın İran körfəzi yaxınlığında salınmış
ən qədim şəhəri.
Uran
- qədim yunan mifologiyasında səma allahı, Geyanın əri, titanların,
siklopların (təpəgözlərin) və yüzəlli nəhənglərin atası; oğlu - allah Kronos
tərəfindən devrilmişdir.
Urartu
- e.ə. IX - VI əsrlərdə Anadolu yaylasında, Van və Urmiya gölləri
arasında (müasir Türkiyə ərazisi) mövcud olmuş qədim dövlət. Urartu dövlətinin
faktik yaradıcısı bir sıra dövlət islahatları keçirmiş çar Menua (e.ə. 810 - 786)
olmuşdur. Menuanın oğlu və varisi I Argişti (e.ə. 786 - 764) atasının siyasətini
davam etdirmişdir. Bundan başqa, onun işğalçılıq siyasəti nəticəsində Assuriya,
Manna və Cənubi Qafqaza çoxsaylı yürüşlər təşkil olunmuşdur. E.ə. VIII əsrin
ortalarına yaxın Urartunun əraziləri xeyli böyüdü və o, Qədim Şərqin qüdrətli
dövlətlərindən birinə çevrildi. Urartu çarı II Sardur (e.ə. 760 - 730) Manna
dövlətinin bir hissəsini Urartuya tabe etdi. Manna hökmdarı İranzu Urartu
tərəfindən tutulmuş Manna torpaqlarını müharibə edərək geri qaytardı. Lakin
Urartu çarı I Rusa (e.ə. 730 - 714) Mannanın Zikirtu vilayətinin canişini Metattini
İranzuya qarşı üsyan qaldırmağa sövq edə bildi. E.ə. 716-cı ildə də Manna
hökmdarı Azaya qarşı baş vermiş üsyanda yenə Urartu çarı I Rusanın adı çəkilir.
E.ə. 714-cü ildə əvvəlcə Metattiyə, sonra isə Urartu çarı I Rusaya zərbə endirən
Assuriya hökmdarı II Sarqon Urartunun cənub-şərq vilayətlərini darmadağın etdi.
I Rusa özünü öldürdü. Bundan sonra Urartu əvvəlki qüdrətini bərpa edə bilmədi və
e.ə. VI əsrdə Midiya tərəfindən işğal edildi.
Useynov (Hüseynov)
Mikayıl Ələsgər oğlu - Azərbaycan memarı və
memarlıq tarixçisi, Azərbaycan Elmlər Akademiyasının
akademiki (1945), SSRİ xalq memarı. Onun layihəsinə
əsasən M.F.Axundov adına kitabxana, Azərbaycan
Milli
Elmlər
Akademiyasının
kompleksi
inşa
edilmişdir. M.Ə.Hüseynov memarlıq və şəhər
quruculuğu məsələləri üzrə bir sıra əsərlərin müəllifidir.
usta
(sexdə) - orta əsrlərdə xırda, iqtisadi
cəhətdən müstəqil istehsalçı-sənətkar. Öz şəxsi
emalatxanasında işləyən, tabeliyində köməkçiləri və şagirdləri olan tamhüquqlu
sex üzvü. Kəndlilərdən fərqli olaraq usta düzəltdiklərini sifarişlə və ya satış üçün
hazırlayırdı. Şah əsər (şedevr) yaratmaqla imtahan verən usta köməkçiləri usta ola
bilərdilər.
uşr, uşur
(ər. "ondabir") - müsəlman ölkələrində natural vergi və ya rüsum;
1) fəth hüququ, xəlifə hədiyyəsi və ya becərilməsinə görə xərac alınmayan