380
Təbrizi
Xətib (1030 - 1108) - Azərbaycan filosofu, ədəbiyyatçı və dilçisi.
Xətib Təbrizi fəlsəfə, məntiq, sintaksis və ədəbiyyat üzrə orijinal əsərlər
yaratmışdır.
Təbrizi Qətran
(1012 - 86) - Azərbaycan şairi. Azərbaycan ədəbi
İntibahının ilk nümayəndəsi. Əsas əsərləri lirik şerlər toplusundan ibarət "Divan"ı,
eləcə də "Ət-təfsir" (farsca) izahlı lüğətidir. Öz qəsidələrində Azərbaycan
hökmdarlarını birliyə və dostluğa çağıran Qətran Təbrizi onların birlikdə əldə
etdikləri zəfərləri tərənnüm etmişdir.
Təbrizi Qövsi
- XVII əsr Azərbaycan şairi. Şerlərində vətənə məhəbbəti və
azadlığı tərənnüm etmişdir. Təbrizinin şerlərinin dili canlı xalq dilinə yaxındır.
Onun divanının (şerlər toplusunun) əlyazması dünyanın bir çox ölkələrinin
muzeylərində saxlanılır.
Təbrizi
Mirzə Məhəmmədəli (1601 -77) - "Saib Təbrizi" təxəllüsü ilə
tanınmış Azərbaycan şairi; 120 min beytdən ibarət yeddi divanın müəllifi.
Şerlərində vətənin gözəlliyini tərənnüm etmişdir.
Təbrizi Übeyd
(? - 1308) - Azərbaycan riyaziyyatçısı. "Risalət ül-hesab"
("Hesab haqqında yazılar") əsərinin müəllifidir.
təcavüz
- bir dövlətin başqa dövlətin müstəqilliyi və ərazi bütövlüyünə qarşı
hər hansı şəkildə hərbi qüvvə tətbiq etməsi. Siyasətdə "iqtisadi təcavüz" və "siyasi
təcavüz" məfhumları da işlədilir.
təftişçilik
- əsas məqsədlərindən biri hər hansı təlimin, nəzəriyyənin əsas
müddəalarını yenidən nəzərdən keçirmək, dəyişmiş şəraitə uyğun olaraq onun
tənzimlənməsi tərəfdarı olan, ona prinsipial dəyişikliklər etmək istəyən ideya-
siyasi cərəyan.
təhkimli
- torpaq və şəxsi azadlığından məhrum olan, yəni feodaldan həm
torpaq, həm də şəxsi asıldığa düşən kəndli. Təhkimli kəndlilər ağalarından
tamamilə asılı idilər və öz əmlakları ilə sərbəst rəftar edə bilməzdilər, onlar torpağa
təhkim olunmuşdular. Təhkimlilərin övladları və nəvələri də feodaldan şəxsən asılı
idilər.
təxliyə (evakuasiya)
- 1) qoşunların yerləşdikləri (tutduqları) ərazidən
çıxarılması; 2) yaralıların və xəstələrin, eləcə də hərbi əmlakın, hər cür sərvət və s.-
nin hərbi əməliyyat rayonundan çıxarılması; 3) müharibə və ya təbii fəlakət zamanı
təhlükəli rayonlardan və ya həmin ərazilərdə hər hansı tikinti işləri nəzərdə tutulan
vaxt əhalinin, müəssisələrin, idarələrin, maddi və mədəni sərvətlərin oradan
köçürülməsi.
təkamül
(ər. "kamala çatma", "təkmilləşmə"; lat. "evolutio" - "inkişaf
etmə", "genişlənmə") - yeni keyfiyyətə keçidlə nəticələnən ləng, tədrici dəyişiklik.
Təkamül və inqilab - evolyusiya və revolyusiya - cəmiyyətin və təbiətin inkişafının
bir-biri ilə bağlı iki formasıdır.
təkrar istehsal
- istehsal prosesinin daim təkrarlanması, fasiləsiz olaraq
yeniləşməsi.
381
təkər
- ox üzərində fırlanan disk və ya milləri olan çənbər, sağanaq. Təkər
insanın Qədim Şərqdə təxminən 4 min il bundan əvvəl köçəri maldar tayfalar
tərəfindən edilmiş ən mühüm kəşflərindən biridir.
Təqvim
- bax: kalendar.
"təmkinlilik" doktrinası
- 1946-cı ildə Amerika politoloqu C.Kennan
tərəfindən irəli sürülmüşdür. Həmin doktrinaya görə, SSRİ-nin öz nüfuz dairəsini
genişləndirməyə yönəltdiyi hər bir cəhdə ABŞ özünün kəskin reaksiyasını
bildirəcək, lakin bu zaman ABŞ-ın SSRİ-nin daxili işlərinə qarışması istisna
olunurdu. C.Kennan güman edirdi ki, bu sayaq "təmkinlilik" yeni dünya
müharibəsinin qarşısını ala bilər.
tənzimat
- tarixdə XIX əsrin 1839 - 70-ci illərinin əvvəllərində Osmanlı
imperiyasında keçirilən, Türkiyədə feodalizmin dağılmasını və kapitalist
münasibətlərinin yaranmasını sürətləndirən islahatların adı.
tənzimləmə
- nizama salma, əvvəl mövcud olmuş qaydanın, vəziyyətin
bərpa edilməsi və ya yenisinin yaradılması. Dinc tənzimləmə - beynəlxalq
münaqişənin danışıqlar yolu ilə, tərəflərin razılaşması yolu ilə həll edilməsi.
Tərəqqi
- ibtidaidən aliyə doğru, sadədən daha mürəkkəbə doğru inkişaf
istiqaməti; daha yetkinə doğru hərəkət, yeniliyə, yaxşılığa doğru dəyişiklik.
tərk-silah
- müxtəlif növ döyüş vasitələrinin tam, yaxud qismən ixtisarına
səbəb ola biləcək və müharibənin başlanması təhlükəsinin aradan qaldırılması üçün
şərait yaradan tədbirlər sistemi.
təslim. təslim olma
(kapitulyasiya) - müdafiə olunan obyektin və ya
qoşunun düşmənə təhvil verilməsi. Təslim olan dövlətin üzərinə bir sıra siyasi,
iqtisadi, hərbi və s. öhdəliklərin qoyulması ilə müşayiət edilir.
tətil
- fəhlələrin iqtisadi və siyasi tələblərinin ödənilməsi uğrunda bir və ya
bir neçə müəssisədə işin kollektiv dayandırılmasını nəzərdə tutan mübarizə
formalarından biri.
təşviqat
- kütlələrin siyasi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların şüur
və əhval-ruhiyyəsinə təsir göstərən kütləvi informasiya vasitələri (mətbuat, radio,
televiziya), şifahi çıxışlar və əyani vasitələrlə həyata keçirilən siyasi fəaliyyət.
Tiberi Qrakx
(e.ə. 162 - 133) - mənşəcə varlı plebey nəslindən idi. III Pun
müharibəsi zamanı o, e.ə. 146-cı ildə hamıdan əvvəl Karfagenin divarları üstünə
çıxmış və buna görə qızıl çələnglə təltif edilmişdir. Bu zaman Romada ucuz qul
əməyindən geniş istifadə edilməsi nəticəsində kəndlilər kütləvi surətdə var-yoxdan
çıxmağa başladılar. Kəndlilərin torpaqlarını itirməsi ilə hərbi xidmətə çağırılan
adamların sayı azaldı ki, bu da Roma qoşunlarının sayının aşağı düşməsinə səbəb
oldu. E.ə. 133-cü ildə Tiberi Qrakx xalq tribunu seçildi. Kəndlilərin var-yoxdan
çıxmasının qarşısını almaq, Roma dövlətini və ordusunu möhkəmlətmək məqsədi
ilə o, islahatlar keçirilməsini – varlıların artıq torpaqlarını alıb torpaqsız kəndlilərə
paylamağı təklif etdi. İri torpaq sahiblərindən ibarət olan senat bu islahatların
əleyhinə çıxdı. Bunu görən Tiberi senatdan yan keçərək xalq yığıncağı çağırdı və