386
tred-yunionlar
- Böyük Britaniyada və bundan sonra digər ingilisdilli
ölkələrdə həmkarlar ittifaqlarının adı. Tred-yunionlar ixtisaslı fəhlələri peşələri
üzrə müəyyən sənaye rayonu və ya bütün ölkə miqyasında birləşdirir.
trest
- kartel və sindikatla müqayisədə daha yüksək inhisar forması. Trestə
daxil olan müəssisələr istehsal və kommersiya müstəqilliklərini tam itirirlər.
Trestin təşkili zamanı müəssisənin sahibkarları istehsal vasitələrinə olan
mülkiyyətlərini birliyə verir, əvəzində isə həmin payın məbləğinə müvafiq
miqdarda aksiya - səhm alırlar.
tribunal
- 1)
Böyük Fransa burjua inqilabı zamanı inqilabi tribunallar -
əksinqilabi cinayət işləri üzrə müstəsna məhkəmələr; 2) Sovet Rusiyası və SSRİ-
nin mövcud olduğu ilk illərdə əksinqilabi və digər dövlət cinayətlərinə baxan
xüsusi məhkəmələr; 3) SSRİ-də hərbi xidmətçilərin cinayət işlərinə baxan
məhkəmələr.
Triumf
- 1) qalib sərkərdənin qoşunları ilə birlikdə təntənəli şəkildə
Romaya daxil olması. Senatın qərarı ilə təşkil edilirdi və sərkərdə üçün ali mükafat
sayılırdı. Triumfator dörd ağ ata qoşulmuş cəng arabasında təntənəli şəkildə
Romaya daxil olurdu. Triumfatorun önündə onun əldə etdiyi qəniməti və
zəncirlənmiş əsirləri aparırdılar; 2) məcazi mənada - parlaq nailiyyət, görkəmli
qələbə.
Troya
- Kiçik Asiyanın şimal-qərbində qədim zəngin şəhər. E.ə. 1240 -
1230-cu illərdə yunan-axeylər Mikena hökmdarı Aqamemnonun başçılığı ilə
troyalılarla müharibə etmiş və yalnız hiylə vasitəsilə Troyanı tuta bilmişlər. Yunan
rəvayətinə görə, Troyanı mühasirəyə almış axeylər nəhəng taxta at düzəltmiş, onun
içərisində isə öz döyüşçülərini gizlətmişlər. Troya sakinləri taxta atı dartıb şəhərə
aparmışlar. Gecə ikən atın içərisindən çıxan axey döyüşçüləri şəhər darvazalarını
açaraq mühasirəyə alanları içəri buraxmışlar. Bununla da Troya süqut etmişdir.
İndiki dövrdə "Troya atı" ifadəsi "alan üçün təhlükəli hədiyyə" mənasını verir.
Uzun müddət elə hesab edilirdi ki, bu hadisə Homer tərəfindən uydurulub və
Troyanın özü də heç zaman olmamışdır. Amma alman
arxeoloqu Sliman 1870-ci ildə Hissarlıq təpəsini
qazarkən Troyanın xarabalıqlarını aşkar etmişdir.
Trumen doktrinası
- 1947-ci ildə prezident
Harri Trumen tərəfindən irəli sürülmüş ABŞ
hökumətinin xarici siyasət proqramı. Yunanıstana və
Türkiyəyə təxirəsalınmaz hərbi və iqtisadi yardım
göstərmək adı ilə onların daxili işlərinə qarışmağı və həmin ölkələri SSRİ-yə qarşı
hərbi-strateji meydana çevirməyi nəzərdə tuturdu. Bu proqram "soyuq müharibə"
siyasətinin bir hissəsi idi.
tunc dövrü
- tuncdan əmək alətləri və silah istehsalının yayılması ilə
xarakterizə olunur. Tunc insan tərəfindən hazırlanmış ilk süni xəlitədir - o, misin
qalay, nikel, arsen və ya sürmə ilə qarışığıdır. Tunc misdən özünün asan əriməsi və
387
daha möhkəmliyi ilə fərqlənirdi, lakin əmək alətləri və silah istehsalının yayılması
ləng gedir və məhdud ərazidə baş verirdi, belə ki, qalay yataqları azlıq təşkil edirdi
və o, çox baha idi. Tunc dövrü eneoliti əvəz etmişdir.
Azərbaycanda tunc dövrü e.ə. IV minilliyin sonlarından
başlayaraq II minilliyin sonlarınadək davam etmişdir.
Tuncdan məmulat hazırlama üçün əritmə sobaları və
zindan lazım idi. Yeni sənətkarlıq sahələri - dəmirçilik,
naxışlama inkişaf etməyə başladı, əkinçilik təkmilləşdi.
Tunc dövründə Azərbaycanda matriarxat patriarxatla
əvəz olundu, tayfa ittifaqları və mədəni birliklər meydana gəldi, əhalinin sıxlığı
artdı, dağətəyi və dağlıq zonalar məskunlaşmağa başlandı, yaşayış məskənləri
ətrafında möhkəm müdafiə divarları çəkildi, toxa əkinçiliyi xış (kotan) əkinçiliyi
ilə əvəz edildi, köçəri maldarlıq meydana gəldi, sənətkarlıq əkinçilikdən ayrıldı,
əmlak bərabərsizliyinə və sinfi cəmiyyətə keçid başlandı, erkən dövlət qurumları
meydana gəldi. Tunc dövrü dəmir dövrü ilə əvəz olundu.
Tupak Amaru
- Peruda ispan işğalçılarına qarşı azadlıq mübarizəsinin
rəhbərlərı: 1) Tupak Amaru 1571-ci ildə inklərin dövlətini bərpa etmək uğrunda
hindilərin mübarizəsinə rəhbərlik etmişdir; 2) X.Q.Kondorkanki Tupak Amaru adı
ilə Peruda 1780 83-cü illərdə hindilərin çox böyük üsyanına başçılıq etmişdir. Bu
üsyan Latın Amerikasında azadlıq mübarizəsinin inkişafına böyük təsir
göstərmişdir.
turnir
- orta əsrlərdə Avropada rıtsarların döyüş yarışları. Ölkələrin
əksəriyyətində rıtsar turnirlərinə XVI əsrdən son qoyulmuşdur.
Tusi Nəsirəddin
(1201 - 74) – məşhur Azərbaycan astronomu.
Astronomiya, riyaziyyat və fəlsəfə üzrə əsərlərin müəllifi. Astronomiya üzrə əsas
əsəri "Zic elxan ("Elxanın cədvəlləri"). 1259-cu ildə Marağa (Cənubi
Azərbaycan) yaxınlığındakı dağın zirvəsində rəsədxana yaratmış və özü də ona
rəhbərlik etmişdir. Marağa rəsədxanasında Yaxın və Orta Şərq ölkələrindən yüzdən
artıq alim işləmişdir; burada 400 mindən artıq əlyazması olan kitabxana da vardı.
Tussen-Luvertür
Fransua Dominik (1743 - 1803) - qul oğlu, Haiti adası
xalqının ingilis müdaxiləçilərinə (1793 - 1803) və fransız müstəmləkəçilərinə
(1802 - 1803) qarşı azadlıq mübarizəsinin rəhbərlərindən biri. 1797-ci ildən Haiti
adasının qərb hissəsinin silahlı qüvvələrinin baş komandanı, 1801-ci ildən adanın
ömürlük rəhbəri. Quldarlığı ləğv etmişdir. Fransız müstəmləkəçiləri tərəfindən
tutularaq Fransaya aparılmış və orada ölmüşdür.
Tutanxamon
- Qədim Misir fironu (e.ə. 1400 - 1392), Exnatonun oğlu. Çox
gənc ikən ölmüşdür, lakin 1922-ci ildə qarət edilməmiş sərdabədən arxeoloq Karter
tərəfindən tapılması sayəsində yaxşı məlumdur. Tutanxamonun sərdabəsindəki
xəzinə Qədim Misir nədəniyyətinin qiymətli abidələrindəndir.