Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə193/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   189   190   191   192   193   194   195   196   ...   205

388 

 

Tutmos III



  -  Qədim Misirin  fateh fironu III Tutmos (e.ə. 1525  - 1473) və 

ondan sonra hökmdarlıq etmiş fironlar Fələstin, Suriya, Finikiya və Nubiyanı fəth 

etmişlər. 

Tüdorlar 

İngiltərədə 1485 - 1603-cü illərdə kral sülaləsi. 

tümən

 - Səfəvilər dövlətində pul (say) vahidi. Tümən 10 min gümüş dinara 

bərabər tutulurdu. 



türk dilləri

 - Altay (türk) dilləri ailəsinə mənsubdur. Türk dilləri qərbi xun 

və  şərqi  xun  qruplarına  bölünür.  Türk  dillərinin  qərbi  xun  budağına  aşağıdakılar 

daxildir: tərkibinə qədim bulqar, xəzər, çuvaş dillərinin daxil olduğu bulqar qrupu; 

oğuz,  türkmən,  Azərbaycan,  türk,  qaqauz  və  s.  dillərin  daxil  olduğu  oğuz  qrupu; 

kəraim, kumık, qaraçay-balkar, tatar, başqırd, noqay, qaraqalpaq və s. dillərin daxil 

olduğu qıpçaq qrupu;  yeni uyğur, özbək və  s. dillərin daxil olduğu  karluk qrupu. 

Türk dillərinin şərqi xun qrupu aşağıdakılardan ibarətdir: qədim uyğur, tuva, yakut, 

xakas, şor və digər dillərdən ibarət uyğur qrupu; qırğız və Altay dillərindən ibarət 

qırğız-qıpçaq qrupu. 

"Türk  ədəmi-mərkəziyyət  partiyası"

 

1917-ci 



ilin  martında 

N.B.Yusifbəylinin, Ş.B.Rüstəmbəyovun və H.B.Ağayevin təşəbbüsü ilə yaradılmış 

partiya. Bu partiya Rusiyanın federativ demokratik respublika elan olunmasının və 

onun tərkibində Şimali Azərbaycana muxtariyyət verilməsinin tərəfdarı idi. 1917-

ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayında "Müsavat" 

partiyası  ilə  "Türk  ədəmi  mərkəziyyət  partiyası"  arasında  onların  birləşməsi 

haqqında razılaşma əldə olundu və bu birləşmə "Müsavat" partiyasının 1917-ci il 

oktyabrın  25  -  29-da  (noyabrın  7-11-də)  keçən  I  qurultayında  tam  başa  çatdı. 

Bundan sonra partiya - "Türk ədəmi-mərkəziyyət "Müsavat" partiyası" adını aldı. 

Türk xaqanlığı

 - türk tayfa ittifaqının Mərkəzi Asiyada 552 - 745-ci illərdə 

Tuqyu  adı  ilə  mövcud  olmuş  dövləti.  Türk  xaqanlığının  baniləri  Tumın  və  İstəmi 

qardaşları  olmuşdur.  Şimali  Krım  və  Qafqaz  da  daxil  olmaqla  Çin  ərazilərindən 

Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi.  Xaqanlığın  mərkəzi 

Orxon  çayı  (Monqolustan)  hövzəsində  yerləşirdi.  VII  əsrin  əvvəllərində  Türk 

xaqanlığı  bir-biri  ilə  savaşmağa  başlayan  Qərbi  Türk  xaqanlığına  və  Şərqi  Türk 

xaqanlığına parçalandı. Qərbi Türk xaqanlığı qüdrətli dövlətə çevrildi. Sasanilər və 

Bizans  imperiyaları  onunla  hesablaşmağa  və  ittifaqa  girməyə  çalışırdılar.  Qərbi 

Türk  xaqanlığı  İstəminin  oğlu  Datou  xaqanın  hakimiyyəti  illərində  özünün  ən 

yüksək  çiçəklənmə  dövrünə  çatdı.  O,  Qara  dənizin  şimal  sahili  çöllərində  uğurlu 

müharibələr aparır, Sasanilərə qarşı müharibədə Bizans imperiyasına kömək edirdi. 

Şərqi  Türküstana  yürüşə  çıxan  Datou  onu  tutub  öz  ərazilərinə  birləşdirdi.  634-cü 

ildə  Qərbi  Türk  xaqanlığında  inzibati  islahat  keçirildi  və  o,  on  "ox"a  (hissəyə) 

bölündü.  Hərbi  yürüşlərdən  əldə  edilən  çoxlu  qənimət,  tabe  olunmuş  tayfalardan 

alınan  xərac,  xaqanlığın  ərazisindəki  karvan  yollarından  götürülən  gömrük  gəliri 

onu  kifayət  qədər  zəngin  dövlətə  çevirdi.  Arxeoloqlar  türk  əyanlarının 

qəbirlərindən qızıl və gümüş silah və bəzək əşyaları, çox sayda çeşidli at yüyənləri 



389 

 

aşkar  etmişlər.  Döyüşçülərin  şərəfinə  kvadrat  formalı,  daşla  əhatəli  xırda  anma 



"məbəd"ləri inşa edilirdi. Dairənin içərisində ölmüş döyüşçünü təsvir edən heykəl, 

runa  yazılı  stelalar  və  onun  öldürdüyü  düşmənləri  bildirən  otuz-qırx  dənə  qaya 

parçası  qoyarmışlar.  639-cu  ildə  Qərbi  Türk  xaqanlığı  Dulu  və  Nuşibi  adı  ilə  iki 

yerə  parçalandı.  Zəifləmiş  Qərbi  Türk  xaqanlığının  Asiyadakı  torpaqları  tezliklə 

ərəblər  tərəfindən  zəbt  olundu.  Qərbi  Türk  xaqanlığının  yerini  Xəzər  xaqanlığı 

tutdu. Şərqi Türk xaqanlığı 745-ci ildə uyğurlar tərəfindən darmadağın edildi. 



türk tayfaları

 - tunc dövründən Mərkəzi Asiyada Altay dağlarının ətəkləri 

və vadilərindəki münbit otlaqlarda məskunlaşmış qədim tayfalar. Hələ e.ə. III əsrdə 

- xunnu (hun tayfaları) dövlətinin çiçəkləndiyi dövrdən türk tayfaları həm iqtisadi, 

həm  də  ictimai  münasibətlərdə  yüksək  inkişaf  səviyyəsinə  çatmışdılar.  Onların 

mədəniyyəti  bir  sıra  zəngin  kurqan-çaatasların  qazıntısından  bəllidir.  V  -  VI 

əsrlərdə  -  xalqların  böyük  köçü  zamanı  türklər  dünya  tarixi  səhnəsinə  çıxaraq 

şərqdə Baykal gölündən başlayaraq qərbdə Qara dənizə qədər Avrasiya çöllərinin 

geniş  ərazilərində  yayıldılar.  VI  əsrin  80-ci  illərində  türklər  Qara  dəniz  -    Xəzər 

çöllərindəki  bulqar  tayfalarının  hamısını  özlərinə  tabe  etdilər.  VI  -  VIII  əsrlərdə 

türk  tayfaları  Mərkəzi  Asiyada  qüdrətli  dövlət  -  Türk  xaqanlığı  yaratdılar.  Türk 

tayfaları türk dillərində danışırdılar. 



Türkmənçay  müqaviləsi

  (1828)  -  Rusiya  imperiyası  ilə  İran  şah  rejimi 

arasında  1828-ci  il  fevralın  10-da  Türkmənçay  kəndində  (Təbriz  yaxınlığında) 

general  İ.F.Paskeviçlə  Abbas  Mirzənin  imzaladıqları  müqavilə;  1826  -  28-ci  illər 

Rusiya  -  İran  müharibəsinə  son  qoymuşdur.  Fevralın  6-da  başlanmış  danışıqlarda 

Qriboyedov  və  tərcüməçi  kimi  Bakıxanov  da  iştirak  etmişdilər.  1813-cü  il 

Gülüstan  müqaviləsinin  şərtlərinə  əlavə  olaraq  1828-ci  il  Türkmənçay 

müqaviləsinin  şərtlərinə  görə,  İran  Naxçıvan  və  İrəvan  xanlıqlarının  Rusiyanın 

hakimiyyəti altına  keçməsini etiraf edirdi.  Müqavilə rus tacirlərinin İranda  ticarət 

imtiyazlarını  və  Rusiyanın  Xəzər  dənizində  hərbi  donanma  saxlamaq  hüququnu 

təsdiqləyirdi.  Müqaviləyə  görə,  İran  Rusiyaya  gümüş  pul  ilə  20  milyon  rubl 

dəyərində  təzminat  ödəməliydi  və  onun  böyük  hissəsi  ödənilən  qədər  Cənubi 

Azərbaycan  rus  qoşunlarının  işğalı  altında  qalmalı  idi.  Təzminat  nəzərdə  tutulan 

vaxtda  ödənilmədiyi  halda  isə  Cənubi  Azərbaycan  İrandan  qoparılıb  Rusiyanın 

hakimiyyəti  altına  verilməli  idi.  Müqavilənin  15-ci  maddəsinə  əsasən,  İranda 

yaşayan  ermənilərə  Rusiyanın  işğal  etdiyi  Qafqaz  ərazilərinə  köçməyə  icazə 

verilirdi; Şimali Azərbaycan isə bununla ermənilərin köçürülmə obyektinə çevrildi. 

Bu maddəyə uyğun olaraq bir çox erməni İrəvan, Qarabağ və Şimali Azərbaycanın 

digər  vilayətlərinə  köçdü.  1828-ci  il  Türkmənçay  müqaviləsi  Azərbaycan 

ərazisinin  Rusiya  imperiyası  ilə  İranın  şah  rejimi  arasında  iki  yerə  bölünməsini 

başa çatdırdı. 

 

- U - 

 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə