Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə76/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   72   73   74   75   76   77   78   79   ...   445

SAYLAR 34:29

137


SAYLAR 36:2

29

Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar



bunlardır.

35

Levililərə ayrılan şəhərlər

1

* İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi:



2

«İsrail


övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən

şəhərlərin ətrafında Levililərə otlaqlar da ver.

3

Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və



onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun.

4

Levililərə verəcəyiniz



şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq.

5

Şəhər ortada olaraq şəhərin



bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal

tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun.

6

Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin.



Bunlardan başqa qırx iki şəhər də verin.

7

Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər



olsun. Onları otlaqları ilə birgə verin.

8

Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın



nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın».

Sığınacaq şəhərlər

(Qanun. 19:1-13; Yeşua 20:1-4)

9

Sonra Rəbb Musaya dedi:



10

«İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına

girəndə

11

sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın.



12

Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm

alana qədər öldürülməsin.

13

Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun.



14

İordan


çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun.

15

Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri



olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin.

16

Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.



17

Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o

adam qatildir. Qatil öldürülməlidir.

18

Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub



öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.

19

Tökülən qanın qisasını alan özü qatili öldürsün,



onunla rastlaşdığı zaman öldürsün.

20

Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir



şey atıb öldürmüşsə

21

ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir.



O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün.

22

Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa



23

və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-

qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən

24

adam öldürənlə tökülən qanın qisasını



alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq.

25

İcma tökülən qanın qisasını alanın əlindən



adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh

olunmuş baş kahinin ölümünə qədər orada qalacaq.

26

Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin



sərhədini keçərsə,

27

tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında



taparsa və onu öldürərsə, o qatil sayılmayacaq.

28

Çünki adam öldürən baş kahinin ölümünə qədər



sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda

bilər.


29

Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq.

30

* Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin



ifadəsi ilə öldürülməsin.

31

Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir.



32

Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa

qayıtsın.

33

Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə



tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər.

34

Yaşadığınız, Mənim də olduğum



ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”».

36

Selofxadın qızlarının irsi

1

Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb



Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar:

2

* «Rəbb ölkəni



*

35:1 Yeşua 21:1-42

*

35:30 Qanun. 17:6; 19:15



*

36:2 Say. 27:7




SAYLAR 36:3

138


SAYLAR 36:13

irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın

irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu.

3

Əgər Selofxadın qızları başqa



bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub

olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar.

4

İsrail övladlarının Azadlıq



ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi

atalarımızın qəbiləsinə düşən irsdən alınar».

5

Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir.



6

Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə

gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki,

7

İsrail



övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə

bağlı qalsın.

8

İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu



qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun.

9

İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın».



10

Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları

11

Maxla, Tirsa, Xoqla, Milka və Noa



ə

misi oğlanlarına ərə getdilər.

12

Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər.



Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı.

13

Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail



övladlarına verdiyi əmr və hökmlər bunlardır.


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə