Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə34/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   30   31   32   33   34   35   36   37   ...   445

ÇIXIŞ 20:1

60

ÇIXIŞ 21:4



20

Allahın On Əmri

(Qanun. 5:1-21)

1

Allah bütün bu sözləri belə söylədi:



2

«Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın

Rəbb Mənəm.

3

Məndən başqa allahların olmasın.



4

* Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya

yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.

5

* Belə şeylərə səcdə qılaraq ibadət etmə.



Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə

qədər övladlarına çəkdirərəm.

6

Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət



göstərərəm.

7

* Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız



qoymaz.

8

* Şənbə gününü yadda saxlayıb təqdis et.



9

* Altı gün çalışıb bütün işlərini gör.

10

Lakin yeddinci



gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında

qalan yadelli də heç bir iş görməsin.

11

* Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və



kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət

verib onu müqəddəs saydı.

12

* * Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.



13

* Qətl etmə.

14

* Zina etmə.



15

* Oğurluq etmə.

16

* Heç kimə qarşı yalandan şahidlik etmə.



17

* Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə –

heç bir şeyinə tamah salma».

Xalqın qorxusu

(Qanun. 5:22-33)

18

* Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə



qorxub sarsıldı və uzaqda durdu.

19

Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah



bizimlə danışmasın, yoxsa ölərik».

20

Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa



çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun».

21

Xalq uzaqda duranda Musa



orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.

Qurbangah haqqında

22

* Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən



danışdım.

23

Mənimlə yanaşı olan başqa allahlar düzəltməyin, özünüz üçün qızıldan və gümüşdən



allahlar düzəltməyin.

24

Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları



olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına

gəlib sənə bərəkət verəcəyəm.

25

* Əgər Mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan



tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən.

26

Ayıbın açılmamaq üçün Mənim



qurbangahıma pilləkənlə çıxma”.

21

1



Sən onların qarşısına bu hökmləri qoymalısan:

İbrani qullar

(Qanun. 15:12-18)

2

* * Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun.



3

Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin.

4

Əgər qul sahibi



*

20:4 Çıx. 34:17; Lev. 19:4; 26:1; Qanun. 4:15-18; 27:15

*

20:5 Çıx. 34:6-7; Say. 14:18; Qanun. 7:9-10



*

20:7 Lev. 19:12

*

20:8


Çıx. 16:23-30; 31:12-14

*

20:9 Çıx. 23:12; 31:15; 34:21; 35:2; Lev. 23:3



*

20:11 Yar. 2:1-3; Çıx. 31:17

*

20:12 Qanun. 27:16;



Mat. 15:4; 19:19; Mark 7:10; 10:19; Luka 18:20; Ef. 6:2

*

20:12 Ef. 6:3



*

20:13 Yar. 9:6; Lev. 24:17; Mat. 5:21; 19:18; Mark 10:19;

Luka 18:20; Rom. 13:9; Yaq. 2:11

*

20:14 Lev. 20:10; Mat. 5:27; 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9; Yaq. 2:11



*

20:15 Lev.

19:11; Mat. 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9

*

20:16 Çıx. 23:1; Mat. 19:18; Mark 10:19; Luka 18:20



*

20:17 Rom. 7:7;

13:9

*

20:18 İbr. 12:18-19



*

20:22 İbr. 12:25

*

20:25 Qanun. 27:5-7; Yeşua 8:31



*

21:2 Qanun. 15:12

*

21:2 Lev.



25:39-46


ÇIXIŞ 21:5

61

ÇIXIŞ 22:3



quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul

isə tək getsin.

5

Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm”



desə,

6

onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının



yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin.

7

Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın.



8

Əgər o qız onu özü üçün

təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin; o

ağanın qızı yadellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi.

9

Əgər ağa onu oğlu



üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir.

10

Əgər o adam ikinci arvad alırsa,



birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin.

11

Əgər əri



bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin.

Ölüm cəzasına məhkum olunanlar

12

* Adam vurub öldürən şəxs öldürülməlidir.



13

* Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm

Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.

14

Bir adam



başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün.

15

Atasını yaxud anasını döyən adam öldürülməlidir.



16

* İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.

17

* Atasını yaxud anasını söyən adam öldürülməlidir.



Bədən xəsarəti

18

Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa



düşərsə və

19

sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və



yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin.

20

Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır.



21

Əgər qul yaxud qarabaş bir-iki gün ərzində ölməsə, ağa cəzalandırılmasın; çünki qul yaxud qarabaş

ağanın əmlakıdır.

22

Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona



dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə

ödəməlidir.

23

* Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can,



24

göz əvəzinə göz, diş

ə

vəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq,



25

yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə

zədə ödəsin.

26

Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kor edərsə, gözün əvəzinə onu azad etsin.



27

Əgər


ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin.

Heyvan sahibinin məsuliyyəti

28

Mal-qaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin;



onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın.

29

Lakin əgər heyvan o vaxta qədər vurağan



olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud

qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün.

30

Əgər heyvanın sahibindən ödənmə



pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər.

31

Oğlanı ya qızı



buynuzlayan heyvana qarşı eyni hökm işlənsin.

32

Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa,



ağasına otuz şekel gümüş verilsin, heyvan isə daşqalaq olsun.

33

Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora mal-qara yaxud eşşək düşsə,



34

quyunun sahibi zərəri ödəsin; heyvanın dəyərini sahibinə versin, ölən heyvan isə o adama qalsın.

35

Bir adamın mal-qarası başqasının mal-qarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı



satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər.

36

Amma heyvanın o vaxta qədər



vurağan olduğu məlum olanda onun qarşısını almayan sahibi heyvanın əvəzinə heyvan verib zərəri

ödəsin; ölən heyvan isə ona qalmalıdır.

22

Əmlak haqqında hökmlər

1

Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara



ə

vəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin.

2

Əgər gecə oğru birinin



evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın.

3

Əgər hadisə gün doğandan sonra baş versə,



qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə

*

21:12 Lev. 24:17



*

21:13 Say. 35:10-34; Qanun. 19:1-13; Yeşua 20:1-9

*

21:16 Qanun. 24:7



*

21:17 Lev. 20:9; Mat. 15:4;

Mark 7:10

*

21:23 Lev. 24:20; Qanun. 19:21; Mat. 5:38




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə