Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə42/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   38   39   40   41   42   43   44   45   ...   445

ÇIXIŞ 37:1

75

ÇIXIŞ 38:7



37

Əhd sandığının düzəldilməsi

(Çıx. 25:10-22)

1

Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım



və hündürlüyü qulac yarım idi.

2

Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq



qoydu.

3

Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı, qalan iki halqanı isə o



biri yanı üçün düzəltdi.

4

Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü.



5

Sandığı daşımaq

üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.

6

Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi.



7

Kəffarə


qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi.

8

Bir keruv qapağın bir ucunda, o



birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi.

9

Keruvlar



yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa

doğru idi.



Təqdis çörəkləri üçün masanın düzəldilməsi

(Çıx. 25:23-30)

10

Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım



idi.

11

Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu.



12

Ətrafında eni bir ovuc olan yan

lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu.

13

Masa üçün dörd qızıl halqa tökdü,



halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi.

14

Halqalar yan lövhələrə yaxın olaraq masanı



aparan şüvüllərin keçdiyi yerlər idi.

15

Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və



onları qızılla örtdü.

16

Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə



təqdimlərini tökmək üçün dolçaları düzəltdi.

Qızıl çıraqdanın düzəldilməsi

(Çıx. 25:31-40)

17

Xalis qızıldan bir çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi,



kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi.

18

Çıraqdanın yanlarından altı budaq



– bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı.

19

Hər bir budağında badam çiçəyinə



bənzər üç kasacıq, qönçə və gül var idi.

20

Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd



kasacıq, qönçə və gül var idi.

21

Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir



qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi.

22

Qönçələr və budaqlar



onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi.

23

Onun üçün yeddi çıraq



düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi.

24

Çıraqdanı və onun bütün avadanlığını bir



talant xalis qızıldan düzəltdi.

Buxur yandırmaq üçün qurbangahın düzəldilməsi

(Çıx. 30:1-5; 30:22-38)

25

Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir



qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi.

26

Onun üzərini, hər yanını



və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu.

27

Onun üçün iki qızıl halqa düzəltdi;



qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi.

28

Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.



29

* Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı.

38

Yandırma qurbanı üçün qurbangahın qurulması

(Çıx. 27:1-8)

1

Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub



uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi.

2

Qurbangahın dörd küncündə



onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü.

3

Qurbangahın



bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan

düzəltdi.

4

Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan



düzəltdi.

5

Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü.



6

Əbrişim ağacından

şüvüllər düzəldib üstünü tuncla örtdü.

7

Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı



halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.

*

37:29 Çıx. 30:22-38




ÇIXIŞ 38:8

76

ÇIXIŞ 39:7



Tunc ləyənin düzəldilməsi

(Çıx. 30:18)

8

Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən



düzəltdi.

Müqəddəs məskənin həyətinin düzəldilməsi

(Çıx. 27:9-19)

9

Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr



nəfis toxunmuş incə kətandan idi.

10

Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin



qarmaqları və bəndləri isə gümüşdən idi.

11

Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların



iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.

12

Qərb



tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları

və bəndləri isə gümüşdən idi.

13

Şərq tərəfində də həyətin eni əlli qulac idi.



14

Darvazanın bir tərəfində

üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.

15

Həyətin darvazasının o biri



tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.

16

Həyətin bütün



ə

traf pərdələri nəfis toxunmuş incə kətandan,

17

dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və



bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi.

18

Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis



toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac

idi.


19

Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri

var idi.

20

Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.



Hüzur çadırı üçün işlənən xammal

21

Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı



məkanın – Şəhadət məskəninin hesabatı budur.

22

Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel



Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi.

23

Onunla çalışan Dan qəbiləsindən olan Axisamak



oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış

tikməsi işini bacarırdı.

24

Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs



yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi.

25

* Siyahıya alınan icmanın verdiyi



gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi.

26

*



Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş

yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi.

27

Müqəddəs


yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant,

yəni hər altlıq üçün bir talant gümüş işləndi.

28

Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər



üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi.

29

İanə verilən



tuncun çəkisi yetmiş talant və iki min dörd yüz şekel idi.

30

Ondan Hüzur çadırı girişinin altlıqları, tunc



qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı,

31

həyətin ətraf altlıqları, həyətin



darvazasının altlıqları, məskənin bütün payaları və həyətin bütün ətraf payaları düzəldildi.

39

Kahinlərin geyimlərinin düzəldilməsi



(Çıx. 28:1-14)

1

Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət



üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar.

2

Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan



hazırladılar.

3

Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və



al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər.

4

Hər iki ucunu bir-birinə bağlayan



çiyinlik düzəltdilər ki, o bərkidilsin.

5

Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan,



bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr

etdiyi kimi oldu.

6

Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk



olunmuş damarlı əqiq daşlarını

7

efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə



daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

Döşlüyün düzəldilməsi

(Çıx. 28:15-30)

*

38:25 Çıx. 30:11-16



*

38:26 Mat. 17:24




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə