ÇIXIŞ 39:8
77
ÇIXIŞ 40:10
8
Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş
incə kətandan düzəltdilər.
9
Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış
düzəldildi.
10
Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd;
11
ikinci sıra firuzə, göy
yaqut və almaz;
12
üçüncü sıra sirkon, əqiq və ametist;
13
dördüncü sıra sarı yaqut, damarlı əqiq və
yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı.
14
Daşlar İsrailin oğullarının adlarına görə
on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi.
15
Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar.
16
İki hörmə qızıl sağanaq və
iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar.
17
İki qızıl ipi döşlüyün uclarındakı
iki halqaya taxdılar.
18
İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq
tərəfinə bağladılar.
19
Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla
yanaşı iç qatına taxdılar.
20
Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq
tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər.
21
Döşlüyü halqaları ilə efodun
halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan
sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Kahinlərin digər geyimlərinin düzəldilməsi
(Çıx. 28:31-43)
22
Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər.
23
Onun ortasında baş keçirmək
üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular.
24
Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar
düzdülər.
25
Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər.
26
Beləcə
xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi
kimi oldu.
27
Harun və oğulları üçün toxunma incə kətan xirqələri,
28
nəfis toxunmuş incə kətandan çalma,
incə kətan papaqları, əyirmə incə kətan alt paltarı,
29
nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd
qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30
Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq
«Rəbbə həsr edilmiş» yazısını yazdılar.
31
Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan
tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
İşin tamamlanması
(Çıx. 35:10-19)
32
Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə
ə
mr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.
33
Müqəddəs məskəni Musanın qarşısına
gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,
34
qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini,
35
Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını,
36
masanı və onun ləvazimatını; təqdis
çörəklərini,
37
xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını,
38
qızıl qurbangahını,
məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini,
39
tunc qurbangahını, onun üçün tunc şəbəkəni,
onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını,
40
həyətin pərdələrini, dirəklərini
və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və
məskənin ibadəti üçün bütün əşyaları,
41
müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin
Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona
gətirdilər.
42
Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.
43
Musa
bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara
xeyir-dua verdi.
40
Hüzur çadırının qurulması və təqdis olunması
1
Rəbb Musaya dedi:
2
«Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur.
3
Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.
4
Sonra masanı gətir, üstünə əşyaları düz.
Çıraqdanı gətir, çıraqları da quraşdır.
5
Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına
qoy. Məskənin giriş arakəsməsini də qur.
6
Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında
yerləşdir.
7
Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök.
8
Ətrafında həyət qur və
həyətin darvazasının arakəsməsini as.
9
Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün
avadanlığını təqdis et ki, müqəddəs olsun.
10
Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun
ÇIXIŞ 40:11
78
ÇIXIŞ 40:38
avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.
11
Ləyənlə altlığını məsh edib
təqdis et.
12
Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur.
13
Haruna müqəddəs
geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin.
14
Sonra Harunun oğullarını
təqdim et və onlara xirqələr geyindir.
15
Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə
kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar».
16
Rəbb Musaya necə
ə
mr etmişdisə, o da bu cür etdi.
17
İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən
quruldu.
18
Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini
dikəltdi.
19
Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya
ə
mr etdiyi kimi oldu.
20
Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri
sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.
21
Sandığı məskənin içinə gətirdi və
arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22
Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi.
23
Onun
üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
24
Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi.
25
Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
26
Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;
27
onun üstündə ətirli
buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
28
Məskənin girişində arakəsməni qurdu.
29
Yandırma qurbanları üçün qurulan qurbangahı
məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini
gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30
Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü.
31
Musa,
Harun və oğulları orada əl-ayaqlarını yuyardılar.
32
Onlar Hüzur çadırına girdikləri və qurbangaha
yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
33
Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə,
Musa işləri bitirdi.
Rəbbin izzəti
(Say. 9:15-23)
34
* O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu.
35
Musa Hüzur çadırına
girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.
36
* İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər;
37
bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər.
38
Səfərləri boyu bütün İsrail xalqının
gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.
*
40:34 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4; Yez. 43:4-5; V
ə
hy 15:8 *
40:36 Say. 9:17