Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə51/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   47   48   49   50   51   52   53   54   ...   445

LEVİLİLƏR 14:26

90

LEVİLİLƏR 15:15



qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin.

26

Kahin zeytun yağından bir



az sol ovcuna töksün

27

və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi



dəfə çiləsin.

28

Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının



baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin.

29

Kahin ovcundakı yağın qalan



hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin.

30

Sonra bu



adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin.

31

Gücü çatan qədər



birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin.

Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin».

32

Bu, dərisində cüzamın əlaməti



olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.

Evlərdəki iyrənc kif

33

Rəbb Musaya və Haruna dedi:



34

«Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra

Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm,

35

qoy ev sahibi gedib kahinə “evimdə kifə



bənzər bir şey görünüb” deyə xəbər versin.

36

Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki,



evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin.

37

Əlamətə baxsın: evin divarlarında



yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa,

38

kahin evdən çıxsın və



onu bağlayıb yeddi gün müddətinə təcrid etsin.

39

Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət



evin divarına yayılıbsa,

40

onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə



atılsın.

41

Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara –



həmin murdar yerə töksünlər.

42

Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra



təzə mala götürüb evi malalasınlar.

43

Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,



44

kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın.

45

Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə



atılsın.

46

Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın.



47

O evdə


yeyən yaxud yatan adam geyimlərini yusun.

48

Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan



etsin, çünki kif keçib gedib.

49

O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa



otunu götürüb

50

quşların birini saxsı qabda axar su üzərində kəssin.



51

Sonra kahin sidr ağacının

budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın,

evə yeddi dəfə çiləyərək

52

quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al



rəngli iplə o evi pak etsin.

53

Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi



kəffarə etsin ki, o pak sayılsın».

54

Bu, hər cür cüzam, qotur,



55

geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif,

56

şiş, səpki və ləkə,



57

belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır.

15

Xəstəliyə görə bədən axıntıları

1

Rəbb Musaya və Haruna dedi:



2

«İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən

axıntısı olarsa, o murdar sayılsın.

3

Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də



qatılaşsın, o şəxs murdar sayılır.

4

Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın.



5

Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar

sayılsın.

6

Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs



də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.

7

Xəstəliyə görə bədən



axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama

qədər murdar sayılsın.

8

Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini



yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın.

9

Xəstəliyə görə bədən axıntısı olan şəxsin



mindiyi hər yəhər murdar sayılsın.

10

Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini



yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini

yusun.


11

Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini

yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.

12

Xəstəliyə görə bədən axıntısı olan



şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun.

13

Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini



axar su ilə yusun, sonra pak sayılsın.

14

Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin



hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin.

15

Kahin quşların birini günah



qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə

Rəbbin önündə kəffarə etsin.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə