Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə50/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   46   47   48   49   50   51   52   53   ...   445

LEVİLİLƏR 13:47

89

LEVİLİLƏR 14:25



47

Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim

48

yaxud hər cür toxunma



parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur.

49

Ya geyimdə, dəridə ya da hər cür



parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu,

iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin.

50

Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə



təcrid etsin.

51

Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən



düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın.

52

Üstündə



ə

lamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu,

iyrənc təhlükəli kifdir, yandırılsın.

53

Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb,



54

kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə

təcrid etsin.

55

Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda



görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu

yandırmalısınız.

56

Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu



geyimdən, dəridən yaxud parçadan qopartsın.

57

Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud



dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın.

58

Yuyulduqdan sonra əlamət



üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın.

59

Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc



kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır».

14

Cüzam haqqında

1

Rəbb Musaya dedi:



2

* «Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu

adam kahinin yanına gətirildikdə

3

kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın;



onun dərisindəki əlamətlər sağalıbsa,

4

onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr



ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin.

5

Kahinin buyurduğuna görə quşların



biri saxsı qabda axar su üzərində kəsilsin.

6

Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al



rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın.

7

Sonra qoy



cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə

buraxsın.

8

Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak



sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın.

9

Yeddinci



gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini

su ilə yusun, sonra pak sayılsın.

10

Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq



bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin.

11

Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna



– Hüzur çadırının girişinə gətirsin.

12

Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir



qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin.

13

Toğlunu günah



qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı

kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir.

14

Sonra kahin təqsir qurbanının



qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş

barmağına çəksin.

15

Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və



16

sağ əlinin bir barmağını

sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin.

17

Ovcunda qalan yağdan



kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir

qurbanının qanından çəkdiyi yerlərə sürtsün.

18

Kahin ovcundakı yağın qalan hissəsini bu adamın



başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin.

19

Bundan sonra kahin günah qurbanını



kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib

20

onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak



sayılsın.

21

Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir



qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla

bir loq zeytun yağı,

22

biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki



göyərçin götürsün. Bunlara gücü çatar.

23

Paklanmasının səkkizinci günü bu adam bunları kahinin



yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin.

24

Kahin təqsir qurbanı olan toğlunu və



bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və

25

təqsir qurbanı



olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ

*

14:2 Mat. 8:4; Mark 1:44; Luka 5:14; 17:14




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə