Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə48/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   44   45   46   47   48   49   50   51   ...   445

LEVİLİLƏR 10:4

86

LEVİLİLƏR 11:23



4

Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qar-

daşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun».

5

Musa bu sözü



deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular.

6

Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı



dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün

İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.

7

Hüzur çadırının girişindən kənara



çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi

etdilər.


Kahinlər üçün təlimat

8

Rəbb Haruna dedi:



9

«Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib

girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.

10

* Müqəddəslə adi



şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun.

11

Mənim Musa vasitəsilə bəyan



etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin».

12

* Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma



təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin,

çünki bu ən müqəddəsdir.

13

Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün



verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür.

14

* Yellədilən döş ətini və



qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının

ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb.

15

Qaldırılan bud ətini və yellədilən



döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və

övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir».

16

* Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan



oğullarına – Eleazara və İtamara qəzəblənib dedi:

17

«Siz nə üçün günah qurbanını müqəddəs sayılan



yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının

cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz.

18

Təkənin qanı içəri,



Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli

idiniz».


19

Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim

olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə

məqbul olardımı?»

20

Musa bunu eşidib razılaşdı.



11

Əti yeyilən və yeyilməyən heyvanlar

(Qanun. 14:3-21)

1

Rəbb Musa ilə Haruna belə dedi:



2

«İsrail övladlarına belə deyin: “Quruda yaşayan heyvanlardan

belələrinin ətini yemək olar.

3

Hər hansı qoşadırnaqlı gövşəyən heyvanın ətini yeyə bilərsiniz.



4

Lakin gövşəyən yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: dəvə, çünki o gövşəsə də,

qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır;

5

qayadovşanı, çünki o gövşəsə də qoşadırnaqlı



deyil, buna görə də sizin üçün haramdır;

6

dovşan, çünki o gövşəsə də qoşadırnaqlı deyil, buna görə



də sizin üçün haramdır;

7

donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün



haramdır.

8

Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır.



9

Sularda, dənizlərdə yaxud çaylarda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların

hamısını yeyə bilərsiniz.

10

Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan



üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun.

11

Onların ətini yeməyin



və leşindən iyrənin; onlar sizin üçün iyrənc olsun.

12

Sularda üzgəcləri və pulcuqları olmayanların



hamısı sizin üçün iyrənc olsun.

13

Quşlardan bunları iyrənc olduğuna görə yeməyin: qartal, keçələkərkəs, qaraquş,



14

çalağan, bütün

şahin cinsindən olanlar,

15

bütün qarğa cinsindən olanlar,



16

dəvəquşu, bayquş, qağayı, bütün qırğı

cinsindən olanlar,

17

yapalaq, qarabatdaq, böyük bayquş,



18

ağ bayquş, qutan, leş kərkəsi,

19

leylək,


bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.

20

Dördayaqla gəzən, qanadlı qaynaşan heyvanların hamısı da sizin üçün iyrənc olsun.



21

Lakin


dördayaqla gəzən, qanadlı qaynaşan heyvanlardan yerdə sıçramaq üçün oynaqlı ayaqları olanları

yeyə bilərsiniz;

22

onlardan bütün çəyirtkə cinsindən olanları, bütün keçəl çəyirtkə cinsindən olanları,



bütün sisək cinsindən olanları, bütün şala cırcıraması cinsindən olanları yemək olar.

23

Bütün digər



dördayaqlı qanadlı qaynaşan heyvanlar isə sizin üçün iyrənc olsun.

*

10:10 Yez. 22:26; 44:23



*

10:12 Lev. 6:14-18

*

10:14 Lev. 7:30-34



*

10:16 Lev. 6:24-26




LEVİLİLƏR 11:24

87

LEVİLİLƏR 13:3



24

Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama

qədər murdar sayılsın.

25

Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun;



axşama qədər murdar sayılsın.

26

Qoşadırnağı olmayan yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin



üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın.

27

Pəncələri üstündə yeriyən



dördayaqlı hər heyvan sizin üçün murdar olsun; onların leşinə toxunan hər kəs axşama qədər murdar

sayılsın.

28

Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar



sizin üçün murdar sayılsın.

29

Yerdə qaynaşan heyvanlar arasında sizin üçün murdar olan bunlardır: kor siçan, siçan, hər



növ kərtənkələ,

30

gekkon, varan, kərtəncik, kələz, buqələmun.



31

Bunlar bütün qaynaşan heyvanlar

arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşamadək murdar sayılsın.

32

Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya



nə cür iş üçün işlənsə, suya salınsın. Axşama qədər murdar sayılsın, axşamdan sonra təmiz sayılsın.

33

Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın.



34

Belə


bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır.

35

O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq



sökülsün, çünki murdarlanıb; onlar sizin üçün murdar olsun.

36

Ancaq su bulağı yaxud su anbarı pak



sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın.

37

Bunlardan birinin leşi əkin üçün



ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın.

38

Amma leş suya salınmış toxumun üstünə



düşərsə, toxum sizin üçün murdar olsun.

39

Əti sizin üçün yeməli olan heyvanlardan biri ölərsə, leşinə toxunan adam axşama qədər murdar



sayılsın.

40

O heyvanın leşindən yeyən adam geyimini yusun və axşama qədər murdar sayılsın. Leşini



daşıyan adam da geyimləri yusun və axşama qədər murdar sayılsın.

41

Yer üzündə sürünən hər qaynaşan heyvan sizin üçün iyrənc olsun; onu yeməyin.



42

İstər qarnı

üstündə, istər dörd ayağı ilə sürünən ya da yer üzündəki çoxayaqlı olan qaynaşan heyvanlardan

yeməyin, çünki onlar iyrəncdir.

43

Qaynaşan heyvanların heç biri ilə özünüzü iyrənc edib murdar-



lamayın, çünki onlara görə siz murdar olarsınız.

44

* Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm;



özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin.

45

Çünki Allahınız olmaq üçün



sizi Misir torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm”».

46

Heyvan, quş, sularda üzən hər cür canlı məxluq, yer üzündə qaynaşan hər cür heyvan haqqında



təlimat budur.

47

Bununla pakla murdar şeylər arasında, yeyilən və yeyilməyən heyvanlar arasında



fərq qoyulur.

12

Zahı qadınlar üçün qaydalar

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına belə de: “Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı,

murdarlıq dövründə olduğu kimi yeddi gün murdar sayılsın.

3

* Səkkizinci gün uşaq sünnət olunsun.



4

Qadın qanaxmadan paklanmaq üçün daha otuz üç gün gözləsin. Bu paklanma dövrü bitənə qədər

qadın heç bir müqəddəs şeyə toxunmamalı və Müqəddəs məkana yaxınlaşmamalıdır.

5

Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi iki həftə murdar sayılsın və paklanmaq üçün



ə

lavə olaraq altmış altı gün gözləsin.

6

Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik



toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi

gətirsin.

7

Kahin bunları Rəbbin hüzurunda qurban gətirib, zahı qadın üçün kəffarə etsin ki, o qan



axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur.

8

* Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah



qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəffarə

etsin ki, o pak olsun”».

13

Cüzam və dəri xəstəlikləri

1

Rəbb Musaya və Haruna dedi:



2

«Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib

dəridə cüzam * kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən

olan kahinlərin birinin yanına gətirilsin.

3

Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri



*

11:44 Lev. 19:2; 1Pet. 1:16

*

12:3 Yar. 17:12; Luka 1:59; 2:21



*

12:8 Luka 2:24

*

13:2 Cüzam – yaxud iyr



ə

nc dəri


xəstəliyi.


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə