LEVİLİLƏR 23:29
98
LEVİLİLƏR 24:16
gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə
günüdür.
29
Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun.
30
O
gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm.
31
Heç bir iş görməyin. Bu bütün
yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
32
O gün sizin üçün Şənbə istirahət
günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün
axşamına qədər Şənbə günü kimi istirahət edin”».
Çardaqlar bayramı
(Say. 29:12-40; Qanun. 16:13-17)
33
Rəbb Musaya dedi:
34
* «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb
üçün yeddi gün Çardaqlar bayramını keçirin.
35
Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik
işlərinizi görməyin.
36
Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə
müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür,
gündəlik işlərinizi görməyin.
37
Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini
öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət
qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin.
38
Bunlar Rəbbin Şənbələrinə və Rəbbə verdiyiniz
bütün ianələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir.
39
* Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb
üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun.
40
Birinci gün gözəl
ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən
qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin hüzurunda yeddi gün şənlik edin.
41
Hər il
Rəbb üçün bu bayramı yeddi gün keçirin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qaydadır; bu bayramı
yeddinci ayda qeyd edin.
42
Yeddi gün çardaqlarda qalın; bütün yerli İsraillilər çardaqlarda yaşasın.
43
Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra
onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb Mənəm”».
44
Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi.
24
Rəbbin hüzurunda yanan çıraq
(Çıx. 27:20-21)
1
Rəbb Musaya dedi:
2
«İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş
xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima
3
Hüzur çadırında, şəhadət pərdəsinin bayır tərəfində
yansın. Harun onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu, nəsildən-
nəslə sizin üçün əbədi qayda olsun.
4
Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara
daim nəzarət edilsin.
Təqdis çörəkləri
5
* Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir.
6
Onları Rəbbin
hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy.
7
Çörək sıralarının üstünə xalis
kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi
olsun.
8
Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün
ə
bədi əhddir.
9
* Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə
yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları
üçün əbədi paydır».
Allaha küfr edənin sonu
10
Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir
İsrailli ilə savaşıb
11
Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası
Dan qəbiləsindən Dibri qızı Şelomit idi.
12
O adamı həbs edib Rəbbin qərarını gözlədilər.
13
Rəbb Musaya belə dedi:
14
«Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini
o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin.
15
İsrail övladlarına belə
de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək;
16
Rəbbin adına küfr edən hər kəs
öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr
etdiyinə görə öldürülməlidir.
*
23:34 Say. 29:12,35
*
23:39 Çıx. 23:16; 34:22
*
24:5 Çıx. 25:30
*
24:9 Mat. 12:4; Mark 2:26; Luka 6:4
LEVİLİLƏR 24:17
99
LEVİLİLƏR 25:36
17
* Başqa bir adamın canını alan hər kəs öldürülməlidir.
18
Heyvanı öldürən isə can əvəzinə can
olaraq zərəri ödəsin.
19
Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin:
20
*
sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara
vurulsun.
21
Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün.
22
* Sizdə istər qərib,
istər yerli üçün ədalət bir olsun; çünki Allahınız Rəbb Mənəm”».
23
Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər.
Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər.
25
Dinclik ili haqqında
(Qanun. 15:1-11)
1
* Rəbb Sina dağında Musaya belə söylədi:
2
«İsrail övladlarına de: “Sizə verəcəyim torpağa daxil
olanda bütün ölkədə Şənbə günü kimi Rəbb üçün dinclik vaxtları olsun.
3
Altı il tarlanı ək, üzümlüyün
budaqlarını kəs və məhsulunu yığ.
4
Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu,
Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda,
5
biçinindən düşən toxumdan
bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun.
6
Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu
işçiniz, aranızda yaşayan gəlmənin,
7
ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq.
Azadlıq ili
8
Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir.
9
Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla
10
ə
llinci ili
təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz
mülkünə, öz ailəsinə qayıtsın.
11
Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən
toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın,
12
çünki bu Azadlıq ili
sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin.
13
Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın.
14
Kim torpaq sahəsini başqa adama satarsa, ondan
alan soydaşına haqsızlıq etməsin.
15
Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib
alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın.
16
İllərin sayı çoxdursa, qiyməti qaldır,
azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır.
17
Bir-birinizə qarşı haqsızlıq etməyin,
amma Allahınızdan qorxun, çünki Allahınız Rəbb Mənəm.
18
Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız.
19
Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız.
20
‹Məhsul əkib-biçmədiyimiz
yeddinci ildə nə yeyək?› soruşanda bilin:
21
altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq
üçillik məhsul verəcək.
22
Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul
yetişənə qədər köhnəni yeyin.
23
Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz.
24
Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın.
25
Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni
geri satın ala bilər.
26
Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatıb geri satınalma
məbləği tapsa,
27
qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama
verib yenə öz mülkünə malik olsun.
28
Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi Azadlıq ilinə qədər
onu geri satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə
malik olsun.
29
Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satınalma hüququ satdığı gündən bir
il müddətinə qüvvədədir; satan adam evi geri satın ala bilər.
30
Amma əgər bütöv il tamamlananacan o
adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən-nəslə qalsın.
Bu, Azadlıq ilində qaytarılmaz.
31
Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə torpaq sahələri kimi
sayılsın; onları geri satınalma hüququ olsun və Azadlıq ilində qaytarılsın.
32
Lakin Levililər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satınalma hüququna
malik olsunlar.
33
Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi Azadlıq ilində ona
qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir.
34
Onların
şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır, çünki bunlar Levililərin ayrılmaz mülküdür.
35
* Yanındakısoydaşınyoxsullaşıbvəözünütəminedəbilmirsə, onayardımet. Qoyosəninyanında
yadelli ya gəlmə kimi yaşasın.
36
Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy
*
24:17 Çıx. 21:12
*
24:20 Çıx. 21:23-25; Qanun. 19:21; Mat. 5:38
*
24:22 Say. 15:16
*
25:1 Çıx. 23:10-11
*
25:35
Qanun. 15:7-8