LEVİLİLƏR 21:13
96
LEVİLİLƏR 22:30
və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb
Mənəm.
13
Bu kahin bakirə qız alsın;
14
* dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız
öz xalqından olan bakirə qız alsın ki,
15
onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən
Rəbb Mənəm”».
16
Rəbb Musaya dedi:
17
«Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam
Allahına pay təqdim etmək üçün yaxınlaşmasın.
18
Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın:
nə kor, nə axsaq, nə eybəcər, nə əlil,
19
nə əl-ayağından şikəst,
20
nə qozbel, nə cırtdanboy, nə
gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam,
21
yəni kahin Harunun nəslindən
bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun
bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın.
22
Belə adam
Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər.
23
Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın
ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”».
24
Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi.
22
Təqdimlərin və qurbanların müqəddəsliyi
1
Rəbb Musaya dedi:
2
«Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri
müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm.
3
Onlara
de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda
yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm.
4
Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana
qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən
hər kəs,
5
onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər
kəs də –
6
belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs
yeməkdən yeməsin.
7
Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki
bu onun xörəyidir.
8
Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın
ə
tini yesin. Rəbb Mənəm.
9
Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının
cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm.
10
Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin.
11
Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər.
12
Kənar adama ərə
gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin.
13
Amma dul qalmış və ya boşanmış, sonsuz
qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin
heç bir kənar şəxs ondan yeyə bilməz.
14
Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə
edərək əvəzini kahinə qaytarsın.
15
Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs
yeməyi ləkələməsinlər.
16
Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına
qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».
17
Rəbb Musaya dedi:
18
«Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından
yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə
görə təqdim və hər könüllü təqdim
19
sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən
qüsursuz erkək olsun.
20
* Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz.
21
Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən
ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir
qüsur olmasın.
22
Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb
üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.
23
Mal-qaradan yaxud qoyun-
keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul
olunmaz.
24
Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin,
ölkənizdə buna yol verməyin.
25
Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim
etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».
26
Rəbb Musaya dedi:
27
«Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın.
Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər.
28
Nə inək, nə qoyun,
nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin.
29
Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki,
o sizdən Rəbbə məqbul olsun.
30
Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb
Mənəm.
*
21:14 Yez. 44:22
*
22:20 Qanun. 17:1
LEVİLİLƏR 22:31
97
LEVİLİLƏR 23:28
31
Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm.
32
Mənim müqəddəs adımı ləkələməyin. Qoy
İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.
33
Allahınız olmaq üçün
sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».
23
Rəbbin bayramları
1
Rəbb Musaya dedi:
2
«İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim
bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:
Şənbə istirahət günü
3
* Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy
Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.
Pasxa və Mayasız Çörək bayramları
(Çıx. 12:14-20; Say. 28:16-25; Qanun. 16:1-8)
4
Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.
5
* Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır.
6
Həmin ayın on beşi Rəbbin Mayasız
Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin.
7
Birinci gün müqəddəs toplantınız olsun; gündəlik
işlərinizi görməyin.
8
Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə
müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”».
İlk dərzin həsr olunması bayramı
9
Rəbb Musaya belə dedi:
10
«İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman
məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin.
11
O, dərzi Rəbbin hüzurunda
yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin.
12
Dərzi
yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin.
13
Toğlu ilə birlikdə
taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin.
Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın
dörddə birini gətirin.
14
Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə
qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi
qayda olsun.
Biçin bayramı
(Say. 28:26-31; Qanun. 16:9-12)
15
* Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə,
16
yeddinci
Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin.
17
Yaşadığınız hər
yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə
çörəyi Rəbbə nübar təqdimi gətirin.
18
Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç
təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır,
Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
19
Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı
üçün isə iki birillik toğlu gətirin.
20
Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda
yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun.
21
Həmin gün özünüz üçün
müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-
nəslə sizin üçün əbədi qayda olsun.
22
* Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları
yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».
Şeypur çalınma günü
(Say. 29:1-6)
23
Rəbb Musaya dedi:
24
«İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət
günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun.
25
O gün heç bir gündəlik
iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”».
Kəffarə günü
(Lev. 16:2-34; Say. 29:7-11)
26
Rəbb Musaya dedi:
27
* «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs
toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin.
28
Həmin
*
23:3 Çıx. 20:8-10; 23:12; 31:15; 34:21; 35:2; Qanun. 5:12-14
*
23:5 Çıx. 12:1-13; Qanun. 16:1-2
*
23:15 Çıx. 23:16; 34:22
*
23:22 Lev. 19:9-10; Qanun. 24:19-22
*
23:27 Lev. 16:29-34; Say. 29:7