SAYLAR 1:22
104
SAYLAR 2:17
22
Şimeon övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi.
23
Şimeon qəbiləsindən 59 300 nəfər siyahıya
alındı.
24
Qad övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil
və ailəyə görə adlar siyahısına qeyd edildi.
25
Qad qəbiləsindən 45 650 nəfər siyahıya alındı.
26
Yəhuda övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
27
Yəhuda qəbiləsindən 74 600 nəfər siyahıya alındı.
28
İssakar övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
29
İssakar qəbiləsindən 54 400 nəfər siyahıya alındı.
30
Zevulun övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
31
Zevulun qəbiləsindən 57 400 nəfər siyahıya alındı.
32
Yusif nəslindən – Efrayim övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi
mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
33
Efrayim qəbiləsindən 40 500 nəfər
siyahıya alındı.
34
Menaşşe övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
35
Menaşşe qəbiləsindən 32 200 nəfər siyahıya alındı.
36
Binyamin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
37
Binyamin qəbiləsindən 35 400 nəfər siyahıya alındı.
38
Dan övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil
və ailəyə görə adlar siyahısına qeyd edildi.
39
Dan qəbiləsindən 62 700 nəfər siyahıya alındı.
40
Aşer övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil
və ailəyə görə adlar siyahısına qeyd edildi.
41
Aşer qəbiləsindən 41 500 nəfər siyahıya alındı.
42
Naftali övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu
nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
43
Naftali qəbiləsindən 53 400 nəfər siyahıya alındı.
44
Musa, Harun və İsrailin on iki rəhbəri tərəfindən bunlar siyahıya alındı; hər biri mənsub olduqları
ailəni təmsil edirdi.
45
İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan kişilərin hamısı mənsub
olduqları ailəyə görə siyahıya alındı.
46
Siyahıya alınanlar cəmi 603 550 nəfər idi.
47
Lakin onların arasında Levililər ailələrinə görə siyahıya alınmadı.
48
Çünki Rəbb Musaya
demişdi:
49
«Ancaq Levi qəbiləsini siyahıya alma və digər İsrail övladlarını aldığın siyahıya daxil
etmə.
50
Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məsuliyyəti
Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və
onun ətrafında düşərgə salsınlar.
51
Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir
yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün.
52
İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının
altında olsun.
53
Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin
qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar».
54
İsrail övladları bütün bunları Rəbbin Musaya əmr etdiyi kimi etdilər.
2
Qəbilələrin düşərgə yerləri
1
Rəbb Musaya və Haruna dedi:
2
«İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər
biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar.
3
Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə
salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun.
4
Yəhuda ordusunda 74 600 nəfər
siyahıya alındı.
5
Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar
oğlu Netanel olsun.
6
Onun ordusundan 54 400 nəfər siyahıya alındı.
7
Sonra Zevulun qəbiləsi düşərgə
salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun.
8
Onun ordusundan 57 400 nəfər
siyahıya alındı.
9
Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar
birinci köçəcəklər.
10
Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar.
Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun.
11
Ruven ordusundan 46 500 nəfər siyahıya alındı.
12
Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu
Şelumiel olsun.
13
Onun ordusundan 59 300 nəfər siyahıya alındı.
14
Sonra Qad qəbiləsi düşərgə
salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun.
15
Onun ordusundan 45 650 nəfər siyahıya alındı.
16
Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər.
17
Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə
düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün.