LEVİLİLƏR 1:1
79
LEVİLİLƏR 2:4
LEVİLİLƏR
KİTABI
GİRİŞ
«Levililər» Kitabı İsraillilərin hələ də Sina dağında qalmasını təsvir edir. Bu kitab qədim İsrailin
ibadət və dini mərasimlərindən bəhs edir.
Burada həmçinin bu ibadət üçün məsuliyyət daşıyan Levi tayfasından olan Harun və onun
oğullarının kahinlik vəzifəsinə təyin olunmasından danışılır.
Allahın müqəddəsliyi və insanların Onunla daima ünsiyyətdə olmaq üçün ibadət etməsinin yolları
kitabın əsas mövzusudur. İsa Məsihin ikinci böyük əmr adlandırdığı məşhur sözləri: «Qonşunu özün
kimi sev» bu kitabdandır (19:18).
Kitabın məzmunu:
1:1–7:38 Təqdim və qurbanlar haqqında qanunlar
8:1–10:20 Harunun və onun oğullarının kahinliyə təyin olunması
11:1–15:33 Paklıq və murdarlıq haqqında qanunlar
16:1-34 Kəffarə günü
17:1–27:34 Təqdisolunma və ibadət haqqında qanunlar
Yandırma qurbanı
1
Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi:
2
«İsrail övladlarına bəyan et və de: “Sizdən bir
nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun.
3
Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan
olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının
girişinə gətirsin.
4
O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə
kimi qəbul olunsun.
5
O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim
edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər.
6
Sonra o adam yandırma
qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın.
7
Kahin Harunun övladları qurbangahda
od qalayıb üstünə odun düzsünlər.
8
Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-
parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər.
9
Qurbanın
içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib
yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
10
Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan
olsun.
11
Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər
isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər.
12
Sonra o adam heyvanı parça-parça
doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan
od üstünə düzsün.
13
İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib
qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
14
Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud
göyərçinlərdən qurban gətirsin.
15
Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda
tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın.
16
Kahin quşun çinədanını
lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın.
17
Sonra o, qanadlarını tutaraq quşu
yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə
tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
2
Taxıl təqdimi
1
Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür *
qoysun.
2
Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün
hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn
ə
tir – yandırma təqdimidir.
3
Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu,
Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.
4
Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr
və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.
*
2:1 Kündür – saqqız ağacının qabığından hazırlanan xoşiyli sarımtıl madd
ə
.
LEVİLİLƏR 2:5
80
LEVİLİLƏR 4:7
5
Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş
mayasız kökə kimi bişir.
6
Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.
7
Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.
8
Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini
qurbangaha aparsın.
9
Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib
yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
10
Taxıl təqdiminin qalan hissəsi isə
Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün
ə
n müqəddəsdir.
11
Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya
da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.
12
Bunları ilk
məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim
olunmasın.
13
Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə.
Bütün təqdimlərini duzla.
14
Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını
təqdim et.
15
Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir.
16
Kahin bir az yarma
və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün
verilən yandırma təqdimidir.
3
Ünsiyyət qurbanı
1
Əgər kimsə ünsiyyət qurbanı gətirsə və qurbanlıq heyvan mal-qaradandırsa, qoy o, Rəbbin
hüzuruna qüsursuz erkək və ya dişi heyvan gətirsin.
2
Qoy adam əlini qurbanlığın başına qoyub Hüzur
çadırının girişində kəssin və Harun nəslindən olan kahinlər qanı qurbangahın hər tərəfinə səpsinlər.
3
Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən
piyi və üstündəki piyi,
4
belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər
hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
5
Bunları Harun övladları qurbangahda odunlarla
qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir –
yandırma təqdimidir.
6
Əgər Rəbbə təqdim olunan ünsiyyət qurbanı qoyun-keçidəndirsə, qoy o, qüsursuz erkək və yaxud
dişi heyvan gətirsin.
7
Əgər gətirdiyi qurban bir qoyundursa, qoy onu Rəbbin önündə belə təqdim
etsin:
8
ə
lini qurbanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin, Harun övladları qanı
qurbangahın hər tərəfinə səpsinlər.
9
Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma
təqdimi kimi gətirsin: onurğayadək kəsdiyi quyruğunu, içalatı örtən piyi və üstündəki bütün piyi
10
belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları
böyrəkləri ilə birgə çıxartsın.
11
Bunları kahin qurbangahda tüstülədib yandırsın. Bu, Rəbb üçün
yandırma təqdimi olaraq verilən paydır.
12
Əgər adamın qurbanlığı bir keçidirsə, qoy onu Rəbbin önündə belə təqdim etsin:
13
ə
lini heyvanın
başına qoyub onu Hüzur çadırının qabağında kəssin. Harun övladları onun qanını qurbangahın hər
tərəfinə səpsinlər.
14
Qoy o adam qurbandan bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin:
içalatı örtən piyi və üstündəki bütün piyi,
15
belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin
quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
16
Kahin bunları qurbangah üstündə
tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir.
Bütün piy Rəbbə məxsusdur.
17
Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda
olsun: piyi də, qanı da yeməyin”».
4
Günah qurbanı
1
Rəbb Musaya dedi:
2
«İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün
ə
mrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin.
3
Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah
qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin.
4
Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna
gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin.
5
Sonra məsh edilmiş
kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.
6
Kahin barmağını qana batıraraq Rəbbin
hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin.
7
* Sonra kahin Hüzur çadırında,
Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan
*
4:7 Say. 15:27-28