Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə41/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   37   38   39   40   41   42   43   44   ...   445

ÇIXIŞ 35:30

74

ÇIXIŞ 36:38



Müqəddəs məskən üçün ustalar

(Çıx. 31:1-11)

30

Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli



adı ilə çağırıb

31

Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki,



32

o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın,

33

daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə



bacarıq göstərə bilsin.

34

Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə



başqalarını öyrətmək bacarığını qoymuş,

35

ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq,



naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq –

hər cür sənəti bacara bilsinlər.

36

1

Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və



dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».

2

Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət



qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.

3

Onlar müqəddəs yerin inşa



işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail

övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər.

4

Onda müqəddəs yerin inşası



ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq

5

Musanın yanına gəlib dedilər: «Xalq



Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir».

6

Musa əmr verdi və düşərgədə elan



etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə

gətirmədi.

7

Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.



Müqəddəs məskənin düzəldilməsi

(Çıx. 26:1-37)

8

İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən



düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən,

üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.

9

Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə



dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi.

10

Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər



beşini də bir-birinə birləşdirdilər.

11

Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər



düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər.

12

Bir



pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər.

13

Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə,



müqəddəs məskən bütöv oldu.

14

Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər.



15

Hər pərdənin uzunluğu

otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi.

16

Beş pərdəni ayrıca, altı pərdəni



də ayrıca bitişdirdilər.

17

Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq



pərdəsinin kənarında da əlli ilgək düzəltdilər.

18

Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli



bənd düzəltdilər.

19

Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti



dərilərindən bir pərdə düzəltdilər.

20

Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər.



21

Hər çərçivənin

uzunluğu on qulac, eni isə qulac yarım idi.

22

Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana



var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər.

23

Məskənin cənub tərəfi üçün iyirmi çərçivə



düzəltdilər.

24

Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq



düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi.

25

Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə



düzəltdilər.

26

Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər.



27

Məskənin qərbə

doğru arxası üçün altı çərçivə düzəltdilər.

28

Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər;



29

bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər.

30

Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.



31

Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül,

32

məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi.



33

Çərçivələrin ortasında bir

ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər.

34

Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi



halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər.

35

Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü



isə keruvlar şəklində naxışla düzəltdilər.

36

Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və



onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər.

37

Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə



kətandan naxış tikməsi ilə düzəltdilər.

38

Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını



və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər.


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə