Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə38/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   34   35   36   37   38   39   40   41   ...   445

ÇIXIŞ 29:9

68

ÇIXIŞ 29:46



9

Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik

onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.

10

Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına



qoysunlar.

11

Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs.



12

Buğanın qanından götür

və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök.

13

Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və



üstündəki piyi qurbangahda tüstülədib yandır.

14

Buğanın ətini, dərisini və bağırsağını düşərgənin



kənarında yandır. Bu, günah qurbanıdır.

15

Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar.



16

Sonra qoçu kəs, qanını

götür və onu qurbangahın hər tərəfinə səp.

17

Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub,



tikələrinin və başının üstünə qoy.

18

* Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün



yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir.

19

Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar.



20

Sonra qoçu kəs;

qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə,

onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə

səp.

21

Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına



və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis

olunsun.


22

Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər

iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur.

23

Rəbbin önündə olan



mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və

bir qoğal götür.

24

Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və



onun oğullarının əllərinə qoy.

25

Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə



tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir.

26

Harunun



təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin

payındır.

27

Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu



təqdis et.

28

Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail



övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun.

29

Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub



vəzifəyə qoyulsunlar.

30

Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına



daxil olan oğlu yeddi gün o geyimləri geysin.

31

Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat.



32

Harunla oğulları o

qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər.

33

Özlərini vəzifəyə qoyub



təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad

adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir.

34

Əgər təqdis qurbanının ətindən və çörəkdən



səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir.

35

Mən sənə necə əmr



etmişəmsə, o cür də Harunla oğulları üçün et.

Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir.

36

Hər gün kəffarə üçün günah qurbanı



olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et.

37

Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs



sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.

Gündəlik təqdimlər

(Say. 28:1-8)

38

Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.



39

Toğlunun birini səhər,

digərini isə axşamçagı təqdim et.

40

Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş



onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.

41

Axşamçağı təqdim



etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn

ə

tirli təqdimdir.



42

Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi

yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.

43

Orada Mən İsrail



övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq.

44

Mən Hüzur çadırını



və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər.

45

İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam.



46

Onlar da biləcəklər ki,

aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı

Rəbb Mənəm.

*

29:18 Ef. 5:2; Fil. 4:18




ÇIXIŞ 30:1

69

ÇIXIŞ 30:38



30

Buxur yandırmaq üçün qurbangah

(Çıx. 37:25-28)

1

Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt.



2

Qoy uzunluğu bir qulac eni də

bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun.

3

Onun üzərini, hər



yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy.

4

Onun üçün iki qızıl halqa düzəlt;



qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun.

5

Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört.



6

Bu qurbangahı Şəhadət sandığının qarşısında

olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.

7

Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman,



8

həm də


axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə

daimi buxur təqdimidir.

9

Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi



gətirin; içmə təqdimi də tökməyin.

10

İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını



qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə

belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir».



Siyahıyaalma pulu

11

Rəbb Musaya belə dedi:



12

«İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz

həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın.

13

* Sayılmış adamlara



daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə

görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır.

14

İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar



arasından hər bir kişi bu payı Rəbbə versin.

15

Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını



verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin.

16

Bu kəffarə pulunu İsrail



övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün

Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq».



Tunc ləyən

17

Rəbb Musaya belə dedi:



18

«Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun.

Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki,

19

Harunla oğulları əl-ayaqlarını



o su ilə yusunlar.

20

Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər.



Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda

da

21



ə

l-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda

olsun».

Məsh üçün yağ

22

* Rəbb Musaya dedi:



23

«Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı

qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış

24

və beş yüz şekel Çin darçını, hər şey



Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı.

25

Bunların hamısından müqəddəs



məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq.

26

Həmin yağla



bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını,

27

masanı və onun bütün ləvazimatını, çıraqdanı



və onun əşyalarını, buxur qurbangahını,

28

yandırma qurbanları üçün qurulan qurbangahı və onun



bütün avadanlığını, tunc ləyəni və onun altlığını.

29

Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs



olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq.

30

Harunla oğullarını da məsh edərək təqdis et



ki, Mənə kahinlik etsinlər.

31

İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq.



32

Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ

müqəddəsdir, onu müqəddəs sayın.

33

Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən



hər kəs xalqı arasından qovulsun”».

Buxur

34

Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür;



hər şey eyni miqdarda olsun.

35

Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu



qatışıq duzlanmış, təmiz və müqəddəs olsun.

36

Ondan bir qədərini narın döy və Mənim səninlə



görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs

olsun.


37

Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün

müqəddəs sayın.

38

Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun».



*

30:13 Çıx. 38:25-26; Mat. 17:24

*

30:22 Çıx. 37:29




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə