Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə35/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   31   32   33   34   35   36   37   38   ...   445

ÇIXIŞ 22:4

62

ÇIXIŞ 23:3



gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın.

4

Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi



oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin.

5

Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa



buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin.

6

Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri



ödəməlidir.

7

Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa,



zərəri ikiqat ödəsin.

8

Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa



adamın əmanətinə xəyanət etməyib.

9

Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki



tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri

ikiqat ödəməlidir.

10

Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir



heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa

11

bu adamlar arasında Rəbbin adına içilən



and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona

zərəri ödəməsin.

12

Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə



ödəsin.

13

Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut



kimi sahibinə gətirsin, zərərini isə ödəməsin.

14

Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam



zərəri ödəməlidir.

15

Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla



tutulubsa, zərər muzd haqqına daxil edilir.

Əxlaqi və dini hökmlər

16

* Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu



özünə arvad etməlidir.

17

Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə



qızların başlığına müvafiq məbləğdə pul ödəsin.

18

* Cadugər qadın sağ qalmasın.



19

* Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir.

20

* Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun.



21

* Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz.

22

Heç bir dul qadına və yetimə əziyyət verməyin.



23

Əgər bunlardan birinə əziyyət versəniz və

o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm.

24

Qəzəblənib sizi qılıncdan keçirəcəyəm.



Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq.

25

* Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə



sələm qoymayın.

26

* Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu



qaytarın.

27

Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə



üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.

28

* Allaha küfr etmə və xalqın başçısına lənət etmə.



29

Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et.

30

Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci



gün Mənə həsr et.

31

* Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı



heyvanın ətini yeməyin, onu itlərə atın.

23

Ədalət və vicdan

1

* Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.



2

Şər iş görən

izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın.

3

*



Kasıba da məhkəmədə meylini salma.

*

22:16 Qanun. 22:28-29



*

22:18 Qanun. 18:10-11

*

22:19 Lev. 18:23; 20:15-16; Qanun. 27:21



*

22:20 Qanun. 17:2-7

*

22:21 Çıx. 23:9; Lev. 19:33-34; Qanun. 24:17-18; 27:19



*

22:25 Lev. 25:35-38; Qanun. 15:7-11; 23:19-20

*

22:26 Qanun.



24:10-13

*

22:28 H



ə

v. 23:5 *

22:31 Lev. 17:15

*

23:1 Çıx. 20:16; Lev. 19:11-12; Qanun. 5:20



*

23:3 Lev. 19:15




ÇIXIŞ 23:4

63

ÇIXIŞ 23:33



4

* Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan.

5

Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et



ki, bu yükdən azad olsun.

6

* Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə.



7

Yalan işdən uzaq ol.

Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam.

8

Rüşvət



alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər.

9

* Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz.



İstirahət vaxtları və bayramlar

(Çıx. 34:18-26; Qanun. 16:1-17)

10

* Altı il torpağınızı əkin və məhsulunu yığın.



11

Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan

möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda

da belə hərəkət edin.

12

* Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın,



evinizdə doğulan qullar və qəriblər də dincəlsin.

13

Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa



allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın.

14

Mənə ildə üç dəfə bayram edin:



15

* Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim

kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız.

Heç kəs önümə əliboş gəlməsin.

16

* * Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin



sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin.

17

İldə üç dəfə sizin bütün



kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər.

18

Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə



qədər qalmasın.

19

* * Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə



bişirməyin.

Vəd və nəsihətlər

20

Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk



göndərirəm.

21

Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın,



O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir.

22

Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən,



yağılarınıza isə yağı olacağam.

23

Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin



və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam.

24

Onların allahlarına səcdə etməyin,



onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş

sütunlarını parça-parça etməlisiniz.

25

Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və



suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm.

26

Ölkənizdə nə uşaq salan, nə



də sonsuz qadın olacaq. Ömrünüzü də uzun edəcəyəm.

27

Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq



salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam.

28

Eşşəkarısını da



qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq.

29

Lakin bir



il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb

sizin üstünüzə daraşmasın.

30

Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib



çoxalaraq ölkənin sahibi olacaqsınız.

31

Qırmızı dənizdən Filişt dənizinə* qədər, səhradan Fərat çayına



qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan

qovarsınız.

32

Nə onlarla, nə də allahları ilə əhd kəsin.



33

Qoymayın ki, onlar ölkənizdə yaşasınlar

və sizin Mənə qarşı günah edərək onların allahlarına ibadət etməyinizə bais olsunlar. Bu sizə tələ

olacaq».


24

Allahla İsrail arasında əhdin bağlanması

*

23:4 Qanun. 22:1-4



*

23:6 Lev. 19:15; Qanun. 16:19

*

23:9 Çıx. 22:21; Lev. 19:33-34; Qanun. 24:17-18; 27:19



*

23:10


Lev. 25:1-7

*

23:12 Çıx. 20:9-11; 31:15; 34:21; 35:2; Lev. 23:3; Qanun. 5:13-14



*

23:15 Çıx. 12:14-20; Lev. 23:6-8; Say. 28:17-25

*

23:16 Lev. 23:15-21; Say. 28:26-31



*

23:16 Lev. 23:39-43

*

23:19 Qanun. 26:2



*

23:19 Çıx. 34:26; Qanun. 14:21

*

23:31 Filişt d



ə

nizi – Aralıq dənizi.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə