YARADILIŞ 46:26
39
YARADILIŞ 47:24
26
Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn
övladları altmış altı nəfər idi.
27
* Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun
ailəsində yetmiş nəfər var idi.
Yaqub oğullarının Qoşendə sakin olması
28
Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi.
Onlar Qoşen torpağına girəndə
29
Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi.
Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.
30
İsrail Yusifə
dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».
31
Yusif qardaşlarına və
atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla
atamın ailəsi yanıma gəliblər.
32
Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-
qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.
33
Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,
34
deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi
Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».
47
1
Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri,
mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər».
2
Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi.
3
Firon Yusifin qardaşlarına
dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq.
4
Bu ölkəyə
müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz
üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz».
5
Firon Yusifə dedi:
«Atanla qardaşların yanına gəliblər.
6
Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın
ə
n yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu
mənim sürülərimə çoban qoy».
7
Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi.
8
Firon
Yaqubdan soruşdu: «Neçə yaşın var?»
9
Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə
keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».
10
Sonra
firona xeyir-dua verib onun hüzurundan çıxdı.
11
Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı
yerində – Ramses bölgəsində mülk verdi.
12
Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının
ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı.
Aclıq güclənir
13
Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin
ə
halisini aclıq taqətdən salmışdı.
14
Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan
bütün pulları toplayıb fironun sarayına apardı.
15
Misir və Kənan ölkələrində pul qurtaranda bütün
Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb».
16
Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların
ə
vəzinə sizə çörək verərəm».
17
Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi
və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə
verdiyi çörəklə saxladı.
18
İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz
qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan
başqa bir şeyimiz qalmadı.
19
Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və
torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver
ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».
20
Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini
satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu.
21
Yusif Misir ərazisinin bir
ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü.
22
Yalnız kahinlərin torpağını satın
almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də
torpaqlarını satmadılar.
23
Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz,
torpağı əkin.
24
Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq
istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».
*
46:27 H
ə
v. 7:14
YARADILIŞ 47:25
40
YARADILIŞ 48:20
25
Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi
oluruq».
26
Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu.
Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.
İsrailin son sözü
27
İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq
çoxaldılar.
28
Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü.
29
* İsrailin
öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun
altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan,
30
ancaq
atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan».
Yusif dedi: «Dediyin kimi edərəm».
31
* Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının
başına* söykənib Allaha səcdə etdi.
48
Yaqubun Efrayimə və Menaşşeyə xeyir-dua verməsi
1
Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə
götürdü.
2
Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb
yatağı üstündə oturdu.
3
* Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə
göründü və xeyir-dua verdi.
4
O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam,
səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”.
5
İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim
və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq.
6
Onlardan sonra sənin üçün doğulan uşaqlar isə
səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq.
7
* Mən Paddandan
gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda,
yəni Bet-Lexemdə basdırdım».
8
İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?»
9
Yusif atasına dedi: «Allahın burada mənə
verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim».
10
İsrail artıq qocalmış,
gözləri zəifləmişdi və görə bilmirdi. Yusif oğullarını atasının yanına apardı və atası onları öpüb
qucaqladı.
11
Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə
sənin övladlarını da göstərdi».
12
Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun
qarşısında üzünü yerə qoyaraq səcdə etdi.
13
Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin
sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı.
14
İsrail əllərini
çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul
olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi.
15
İsrail Yusifə xeyir-dua verərək belə dedi:
«Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah,
Bu günə qədər mənim qayğıma qalan Allah,
16
Məni bütün pisliklərdən xilas edən Mələk
Qoy bu uşaqlara da xeyir-dua versin!
Onlar mənim adımla,
Atalarım İbrahim və İshaqın
Adı ilə çağırılsın,
Yer üzündə çoxaldıqca çoxalsın!»
17
Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O,
atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.
18
Buna görə də atasına
dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil».
19
Lakin atası istəməyib
dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik
qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq».
20
* O gün
İsrail nəvələrinə xeyir-dua verərək dedi:
«İsrail nəsli
“Qoy Allah səni
Efrayim və Menaşşe kimi etsin”
Deyərək sizin adınızla
Xeyir-dua verəcək».
*
47:29 Yar. 49:29-32; 50:6
*
47:31 İbr. 11:21
*
47:31 Yatağının başına – yaxud d
ə
yənəyinin başına. *
48:3 Yar.
28:13-14
*
48:7 Yar. 35:16-19
*
48:20 İbr. 11:21