Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə32/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   28   29   30   31   32   33   34   35   ...   445

ÇIXIŞ 15:7

56

ÇIXIŞ 15:27



Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir.

7

Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar,



Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar.

8

Burnunun nəfəsi ilə sular toplanar,



Yığılar bir yerə, axınlar dayanar,

Dəniz qoynunda coşan sular qatılaşar.

9

Düşmən dedi:



“İzləyim, çatıb qənimət paylayım:

Bundan canım doyacaq,

Qılıncımla onları məhv edəcəyəm”.

10

Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün.



Qurğuşun tək onlar nəhəng sularda batdılar.

11

Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı?



Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq,

Möcüzələr yaradan Sənin kimisi varmı?

12

Sağ əlini uzadanda torpaq onları uddu.



13

Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin.

Müqəddəs məskəninə Öz gücünlə apardın.

14

Xalqlar eşidib əsdi,



Filişt sakinlərini qorxu kəsdi.

15

Edom başçılarını o an dəhşət bürüdü.



Moav igidlərini vahimələrə saldı.

Kənan sakinləri isə üzülüb qaldı.

16

Onların üzərini qorxu, vəlvələ aldı.



Güclü qoluna görə daş tək lal-kar oldular,

O vaxtadək ki xalqın keçəcək,

Ya Rəbb, qurtardığın xalq keçəcək!

17

Ya Rəbb, xalqını gətirib salacaqsan mülkün olan dağına,



Yaşamaq üçün Özünə yaratdığın yerə,

Ey Xudavənd! Əlinlə qurduğun Müqəddəs məkanına.

18

Rəbb əbədi, daima padşahlıq edəcəkdir».



19

Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların

üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər.

20

Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq



onun ardınca çıxdılar.

21

Məryəm onların qarşısında bu ilahini oxudu:



Rəbbə ilahi oxuyun,

Çox böyük zəfər çaldı.

Atı və süvariləri dənizə tulladı!

Acı su

22

Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada



üç gün yol getdilər, amma su tapmadılar.

23

Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər,



çünki çox acı idi. Buna görə də o yer Mara* adlanır.

24

Xalq «Nə içək?» deyə Musadan giley-güzar



etdi.

25

Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu.



Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi:

26

«Əgər



siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün

qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki

sizə şəfa verən Rəbb Mənəm».

27

* Sonra İsrail övladları Elimə gəldilər. Orada on iki su qaynağı və yetmiş xurma ağacı var idi. İsrail



xalqı orada sular ətrafında düşərgə qurdu.

16

Allah manna və bildirçinləri göndərir

*

15:23 Mara – ibrani dilind



ə

acı. *


15:27 Say. 33:9


ÇIXIŞ 16:1

57

ÇIXIŞ 16:36



1

Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra

ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar.

2

Səhrada bütün



İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi.

3

İsraillilər onlara dedilər: «Kaş



ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində

öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz».

4

* Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb



lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox.

5

Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar».



6

Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən

çıxaran Rəbdir.

7

Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı



eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?»

8

Musa dedi: «Sizə axşam yeməyə ət,



səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz

kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır».

9

Musa Haruna dedi: «Bütün İsrail icmasına



belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”».

10

Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin



buludda göründüyünü gördülər.

11

Rəbb Musaya dedi:



12

«Mən İsrail övladlarının deyinməklərini

eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki,

Allahınız Rəbb Mənəm».

13

Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü.



14

Şeh


buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü.

15

* İsraillilər bunu



gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi:

«Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir.

16

Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi



miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün».

17

İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı.



18

* Onlar omer ilə ölçdükləri zaman

çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı.

19

Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın».



20

Lakin


bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb

iyləndi. Musa onlara qəzəbləndi.

21

İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər



ondan yığırdı. Günəş qızanda isə o əriyirdi.

22

İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları



gəlib bunu Musaya bildirdilər.

23

* Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü –



Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi

qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”».

24

İsrail övladları Musa onlara əmr etdiyi



kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi.

25

Musa dedi: «Bu gün o



yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız.

26

Siz onu altı



gün ərzində yığın; yeddinci gün – Şənbə günü o yemək yox olacaq».

27

Xalqın bəziləri yeddinci gün yemək yığmağa çıxdılar, amma tapmadılar.



28

Rəbb Musaya dedi:

«Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız?

29

Baxın Rəbb sizə



Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində

qalsın və yeddinci gün heç yerə çıxmasın».

30

Beləcə xalq yeddinci gün istirahət etdi.



31

* İsrail xalqı bu yeməyin adını «manna»* qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi

ağ, dadı isə ballı yuxaya bənzəyirdi.

32

Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer



doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy

bu nəsildən-nəslə qorunsun”».

33

* Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu



Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır».

34

Rəbbin Musaya əmr etdiyi kimi Harun onu şəhadət lövhələrinin önündə qoruyub saxladı.



35

*

İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər.



36

Bir omer efanın onda bir hissəsidir.

17

Qayadan çıxan su

*

16:4 Y



ə

h. 6:31 *

16:15 1Kor. 10:3

*

16:18 2Kor. 8:13-15



*

16:23 Çıx. 20:8-11

*

16:31 Say. 11:7-8



*

16:31


Manna – ibrani dilind

ə

nədir. Bax: Çıx. 16:15. *



16:33 İbr. 9:4

*

16:35 Yeşua 5:12; 1Kor. 10:3




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə