Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə28/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   24   25   26   27   28   29   30   31   ...   445

ÇIXIŞ 5:22

48

ÇIXIŞ 7:5

Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc

etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz».

22

Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə



göndərdin?

23

Sənin adınla fironla danışmaq üçün gələndən bəri o bu xalqı bəlaya salır, Sən isə onları



heç azad etmirsən».

6

1



Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda

İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq».



Allahın Musaya vədləri

2

* Sonra Allah Musaya dedi: «Mən Rəbbəm.



3

Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar

Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım.

4

Onlarla da Mən əhd



bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim.

5

İndi də Misirlilərin əsarətdə



saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım.

6

Buna görə də İsrail övladlarına



söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam

və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam.

7

Sizi Özümə xalq edəcəyəm və sizin



Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm.

8

Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə



mülk olaraq verəcəyəm. Mən Rəbbəm”».

9

Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan



düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar.

10

Rəbb Musaya dedi:



11

«Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəsindən

buraxsın!»

12

Musa Rəbbin önündə dedi: «İsrail övladları mənə qulaq asmadı, firon mənə necə qulaq



asacaq? Mən yaxşı danışa bilmirəm».

13

Rəbb Musa və Harunla danışıb onlara İsrail övladları və Misir



padşahı firon üçün əmrlər verdi ki, İsrail övladlarını Misir torpağından çıxartsınlar.

Musanın və Harunun nəsil şəcərəsi

14

İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu,



Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir.

15

Şimeonun oğulları: Yemuel, Yamin, Ohad,



Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir.

16

* Nəsillərinə



görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü.

17

Nəsillərinə görə Gerşonun oğulları: Livni və Şimey.



18

Qohatın oğulları: Amram, İshar, Xevron və

Uzziel; Qohat yüz otuz üç il ömür sürdü.

19

Merarinin oğulları: Maxli və Muşi; nəsillərinə görə Levinin



ailəsi bunlardan ibarətdir.

20

Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı



doğdu. Amram yüz otuz yeddi il ömür sürdü.

21

İsharın oğulları: Qorah, Nefeq və Zikri.



22

Uzzielin


oğulları: Mişael, Elsafan və Sitri.

23

Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı;



arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.

24

Qorahın oğulları: Assir, Elqana və Aviasaf;



Qorahın ailəsi bunlardan ibarətdir.

25

Harunun oğlu Eleazar Putielin qızlarından birini arvad aldı;



arvadı ona Pinxası doğdu. Ailələrinə görə Levililərin nəsil başçıları bunlardır.

26

Adları çəkilən Harun və Musa o adamlardır ki, Rəbb onlara «İsrail övladlarını dəstələrlə



Misir torpağından çıxarın» demişdi.

27

Onlar həmin Musa və Harun idi ki, İsrail övladlarını Misir



torpağından çıxarmaq üçün Misir padşahı fironla danışmışdılar.

Allahın Musaya və Haruna buyurduğu əmrlər

28

Misir torpağında Rəbbin Musa ilə danışdığı gün



29

Rəbb Musaya dedi: «Mən Rəbbəm! Sənə

dediyim bütün sözləri Misir padşahı firona söylə».

30

Musa Rəbbin önündə dedi: «Mən yaxşı danışa



bilmirəm, firon mənə necə qulaq asacaq?»

7

1



Rəbb Musaya dedi: «Səni firon üçün Allah kimi qoydum, qardaşın Harun isə sənin peyğəmbərin

olacaq.


2

Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da firona söyləsin ki, İsrail

övladlarını ölkəsindən buraxsın!

3

* Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında



göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq,

4

firon sizə qulaq asmasın. Onda Mən



ə

limi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların

arasından dəstələrlə çıxaracağam.

5

Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların



arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb Mənəm!»

*

6:2 Çıx. 3:13-15



*

6:16 Say. 3:17-20; 26:57-58; 1Saln. 6:16-19

*

7:3 H


ə

v. 7:36



ÇIXIŞ 7:6

49

ÇIXIŞ 8:17



6

Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər.

7

Fironla danışdıqları vaxt Musanın



səksən, Harunun isə səksən üç yaşı var idi.

Harunun əsası

8

Rəbb Musaya və Haruna dedi:



9

«Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə

Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”».

10

Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını



fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü.

11

* Firon isə müdrik adamları



və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər.

12

Hər biri öz əsasını yerə atıb



ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu.

13

Lakin Rəbbin söylədiyi kimi fironun



ürəyi inadkar oldu və onlara qulaq asmadı.

Birinci cəza: suyun qana dönməsi

14

Rəbb Musaya dedi: «Fironun inadkar ürəyi var, xalqı buraxmaqdan boyun qaçırır.



15

Sən sabah

səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində

gözlə.


16

Sonra firona de: “İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim: ‹Xalqımı

burax ki, səhrada Mənə ibadət etsin!› Ancaq sən indiyə qədər qulaq asmadın,

17

* buna görə də



Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna

vuracağam, onda su qana dönəcək.

18

Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan



su içməyə iyrənəcəklər›”».

19

Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri,



hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm

də daş qablarda qan olacaq».

20

Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının



qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü;

21

çaydakı balıqlar öldü və çay iyləndi. Misirlilər buradan su içə bilmədilər. Misir torpağı qan içində idi.



22

Amma Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar

oldu və onlara qulaq asmadı.

23

Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı.



24

Bütün


Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə

bilmirdilər.

25

Rəbb çaya bəla göndərəndən sonra yeddi gün keçdi.



8

İkinci cəza: qurbağalar

1

Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə



ibadət etsin!

2

Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla



doldurub bəlaya salacağam.

3

Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında,



yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir

tabaqlarına girəcəklər.

4

Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq”».



5

Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə

uzat. Qoy Misir torpağı qurbağalarla dolsun».

6

Harun əlini Misir suları üzərinə uzatdı və oradan



qurbağalar çıxıb Misir torpağını bürüdü.

7

Sehrbazlar da öz sehrləri ilə belə etdilər və Misir torpağına



qurbağalar yetirdilər.

8

Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd



etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram».

9

Musa firona dedi: «Söylə, nə vaxt sənin,



ə

yanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda

qalsınlar?»

10

Firon dedi: «Sabah». Musa dedi: «Sən dediyin kimi olacaq. Bundan biləcəksən ki,



Allahımız Rəbbə bənzəri yoxdur!

11

Qurbağalar səndən, evlərindən, əyanlarından və xalqından rədd



olacaq, yalnız çayda qalacaqlar».

12

Musa və Harun fironun yanından çıxdılar.



Musa Rəbbin fironun üzərinə göndərdiyi qurbağalara görə Ona yalvardı.

13

Rəbb də Musanın sözünə



ə

məl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü.

14

Onları qalaq-qalaq yığdılar və



torpaq iylənməyə başladı.

15

Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi



ürəyində inad etdi və onlara qulaq asmadı.

Üçüncü cəza: mığmığalar

16

Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir



ölkəsində mığmığalara dönsün”».

17

Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna



vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin

*

7:11 2Tim. 3:8



*

7:17 Z


ə

b. 78:44; Vəhy 11:6; 16:4




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə