ÇIXIŞ 8:18
50
ÇIXIŞ 9:19
tozu mığmığaya döndü.
18
Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu
bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu.
19
* Sehrbazlar firona dedilər:
«Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı.
Dördüncü cəza: mozalanlar
20
Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə:
“Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
21
Əgər sən onları azad etmək istəməsən,
sənin, əyanlarının, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin
evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq.
22
Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını
ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm.
23
Sənin
xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”».
24
Rəbb belə də etdi. Fironun
sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən
ölkə viran oldu.
25
Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin».
26
Ancaq
Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə
ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq
etməzlərmi?
27
Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi
qurban gətirək».
28
Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz,
ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın».
29
Musa dedi: «Mən sənin yanından gedirəm.
Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon
xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın».
30
Musa fironun yanından
gedib Rəbbə yalvardı.
31
Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan
qurtardı. Daha mozalan qalmadı.
32
Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı
buraxmadı.
9
Beşinci cəza: qırğın
1
Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı
burax ki, Mənə ibadət etsin!
2
Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən,
3
budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini
qaldıracaq; çox ağır qırğın olacaq.
4
Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin
heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”».
5
Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək».
6
Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının
heyvanlarından heç biri ölmədi.
7
Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç
birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı.
Altıncı cəza: irinli çibanlar
8
Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun
gözü önündə göyə səpsin.
9
Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində
irinli çibanlar əmələ gətirəcək».
10
* Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi,
insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı.
11
Sehrbazlar da bu cəzaya görə Musanın
qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı.
12
Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı.
Yeddinci cəza: dolu
13
Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə:
“İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
14
Çünki Mən bu dəfə sənin
ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki,
bütün dünyada Mənə bənzər yoxdur.
15
Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış
olsaydım, yer üzündən silinib atılardın.
16
* Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü
sənə göstərim və adım bütün dünyaya elan edilsin.
17
Sən hələ də Mənim xalqıma qarşı durmusan
və onu buraxmırsan.
18
Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu
ki Misir qurulandan indiyə qədər orada olmayıb.
19
İndi heyvanlarını və çöldə olan hər şeyini apar,
çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və
öləcəklər”».
*
8:19 Luka 11:20
*
9:10 V
ə
hy 16:2 *
9:16 Rom. 9:17
ÇIXIŞ 9:20
51
ÇIXIŞ 10:20
20
Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə
gətirdi.
21
Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular.
22
Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların,
heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın».
23
Musa əsasını göyə qaldırdı. Rəbb
ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı.
24
* Beləliklə, çox
güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə
dolu olmamışdı.
25
Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər
hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu.
26
Ancaq İsrail övladlarının yaşadığı
Qoşen torpağına dolu yağmadı.
27
Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən
və xalqım isə haqsızıq.
28
Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi
azad edərəm, daha burada qalmayın».
29
Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf
qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə
məxsusdur.
30
Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz».
31
Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı.
32
Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişir.
33
Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu
dayandı və yerə yağış yağmadı.
34
Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də
günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər.
35
Rəbbin Musa vasitəsilə söylədiyi
kimi fironun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı.
10
Səkkizinci cəza: çəyirtkə
1
Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar
etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim.
2
Sən isə Misirdə nə cür işlər etdiyimi və
onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm».
3
Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə
vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin!
4
Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm.
5
Çəyirtkələr
yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də
onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər.
6
Onlar sənin, əyanlarının və
bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən
saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı.
7
Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy
onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?»
8
Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə
ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?»
9
Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-
keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik».
10
Firon onlara dedi: «Əgər
mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var.
11
Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz
hüzurundan qovdu.
12
Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr
hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər».
13
Musa
ə
sasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi
göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi.
14
* Çəyirtkələr Misir ölkəsinə hücum
edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və
bundan sonra da olmayacaq.
15
Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü.
Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün
Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı.
16
Firon tələsik Musanı və
Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim,
17
xahiş edirəm, təkcə bu
dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin».
18
Musa
fironun yanından çıxıb Rəbbə yalvardı.
19
Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və
külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı.
20
Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı.
*
9:24 V
ə
hy 8:7; 16:21 *
10:14 Yoel 2:2; V
ə
hy 9:2-3